İcra başçısından gülməli hərəkət
Bolge
Oxunub: 1 631
13 apr 2016 | 00:56
İcra başçısından gülməli hərəkət












İcra başçısı onlarla rayon sakininin çörəyinə belə bais oldu - "İtiniz mənə niyə hürdü?" deyib, istirahət mərkəzini sökdürdü

Ötən yazılarımızın birində Xızı rayon icra başçısı Xəzər Aslanovun həmin rayonun Baxışlı kənd sakini, sahibkar Şıxəliyev Pərviz Talıb oğluna qarşı apardığı amansız kampaniya barədə yazı dərc etmişdik.

Sahikar Pərviz Şıxəliyev bu gün Avropa.info-nun redaksiyasına gələrək icra başçısının artıq söz verdiyi kimi, sahibkarın obyektini sökdürmək üzrə olduğunu deyib.

Məsələnin tamamilə aydın olması üçün insidentin səbəblərini bir neçə cümlə ilə oxucularımızın diqqətinə çatdıraq. Keçən yazımızda qeyd etmişdik ki, sahibkar Pərviz Şıxəliyev 2003-cü ildən Xızı rayonunun Baxışlı kəndi ərazisində yerləşən 0.6 sotluq torpağı dövlətdən rəsmi yolla alaraq orada istirahət mərkəzi açıb. Sözügedən istirahət mərkəzi tam qanuni fəaliyyət göstərərək kəndin bir neçə ailəsinin dolanışığını təmin edir. Yazıda qeyd olunurdu ki, ərazinin bütün sənədləri qanuna uyğun olaraq əldə olunub.

İstirahət mərkəzi açıldığı gündən 2012-ci ildə Xəzər Aslanovun rayona icra başçısı təyin edilməsinə qədər heç bir problemlə üzləşməyib, vergi və rüsumları vaxtlı-vaxtında ödənilib. Amma öz axarı ilə gedən bu işlər bir gün icra başçısının istirahət üçün həmin yerə gəlməsi ilə sona çatıb. Sahibkar deyir ki, icra başçısı Xəzər Aslanov istirahət mərkəzinə gəldikdə işçilərdən birinə ona yer göstərməsini istəyib. Obyekt işçiləri də ona istirahət zonasında yer göstərərək, başçını həmin yerə qədər müşayiət ediblər. İstirahət mərkəzinin ərazisində bağlı olan mühafizəçi it icra başçısına hürüb və bu da Xəzər Aslanovun xoşuna gəlməyib. "Mənə it qədər də hörmət qoymursuz", deyən X. Aslanov bundan sonra "mən bu obyekti sökdürüm, sizə də baxın" deyərək ərazidən ayrılıb. Hadisələr də tam olaraq elə bundan sonra başlayıb.

Bu hadisədən sonra Xızı rayon icra hakimiyyətinin başçısı Pərviz Şıxəliyevə qarşı iddia qaldıraraq obyektin sökülməsini tələb edib və icra hakiminin təzyiqi ilə məhkəmə İcra Hakimiyyətinin leyhinə qərar qəbul edib.

Daha sonra sahibkar Apelyasiya Məhkəməsinə və Ali Məhkəməyə müraciət edib. Amma icra başçısı Xəzər Aslanov bu instansiyalara da bir yol taparaq qərarın öz leyhinə olmasına nail olub. Məsələnin ən qəribə tərəfi isə o olub ki, birinci instansiya məhkəməsini uduzan zaman Pərviz Şıxəliyevə mütləq bir vəkil tutması lazım olduğunu deyiblər. Vəkil axtaran sahibkarı isə Sumqayıtda fəaliyyət göndərən vəkil Polad Məhərrəmovun üzərinə yönəldiblər.

P. Şıxəliyevdən külli miqdarda pul alan vəkil onun hər vəchlə başqa yerlərə müraciət etməkdən çəkindirərək, onun Apelyasiya Məhkəməsində də uduzmasına səbəb olub. Daha sonra sahibkar mübarizəsindən vaz keçməyərək, Ali Məhkəməyə də müraciət edib. Onun sözlərinə görə, vəkil Polad Məhərrəmov onu hər şeyin qaydasında gedəcəyinə inandıraraq məhkəmə proseslərinə belə getməyinə ehtiyac olmadığını deyib. Amma nədənsə Ali Məhkəmədə də işlər qaydasında getməyib və məhkəmə sahibkarın obyektinin sökülməsinə qərar verib.

Məsələnin sensasion tərəfi isə məhz bundan sonra üzə çıxıb və sahibkar Pərviz Şıxəliyev vəkili olan Polad Məhərrəmovun icra başçısı Xəzər Aslanovun qohumu olduğunu öyrənib.

P. Şıxəliyevi bu yollarla aldadıb tələyə salan icra başçısı bununla da kifayətlənməyib. O rayonda fəaliyyət göstərən bütün idarələrə sahibkara qarşı təzyiqlər edilməsi üçün göstəriş verib.

Sahibkar P. Şıxəliyev dəfələrlə icra başçısının qəbuluna gedərək ondan bu məsələyə son qoymasını xahiş etsə də icra başçısının ona cavabı eyni olub: “Sənin obyektini sökdürəcəm”.

Sahibkar qeyd edir ki, rayonda məsələyə biganə qalmayan məmurlardan biri də icra hakiminin birinci müavini Azər Əlizadədir. O dəfələrlə Pərviz Şıxəliyevin obyektinə gələrək icra başçısı məsələdən haçansa əl çəksə belə, özünün obyektin sökülməsi üçün səy göstərəcəyini deyib.

İcra hakiminin bu intriqasına qoşulan məmurlar təkcə birinci müavinlə məhdudlaşmır. İcra Hakimiyyətinin vətəndaşların qəbulu üzrə ümumi şöbənin müdiri Namiq Quliyev, torpaq və xəritəçəkmə idarəsinin müdir müavini Bahadır Məmmədov da bu kampaniyanı layiqincə yürüdən məmurlar siyahısındadır.

Sahibkar Pərviz Şıxəliyev artıq icra hakiminin bu intriqasına son qoymasını, aidiyyatı qurumların bu məsələyə müdaxilə etməsini istəyir.

Məsələni diqqətdə saxlayacağıq. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

İcra başçısından gülməli hərəkət
İcra başçısından gülməli hərəkət
İcra başçısından gülməli hərəkət
İcra başçısından gülməli hərəkət
İcra başçısından gülməli hərəkət
İcra başçısından gülməli hərəkət
İcra başçısından gülməli hərəkət
İcra başçısından gülməli hərəkət
İcra başçısından gülməli hərəkət
İcra başçısından gülməli hərəkət
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı