Şabranda Ağalığa kim “ağa”lıq edir? - İTTİHAM VAR

Şabranda inşa edilən Taxtakörpü su anbarının quruması ilə yanaşı rayonun meşələri, torpaqları da seyrəkləşir
Bu barədə Vizual.az-a rayon sakinləri xəbər verib. Onların sözlərinə görə, rayonun mərkəzində və kəndlərdə boş yer tapmaq mümkün deyil. Şabranın kəndlərində pay torpaqları peşkəş olunub. İş adamlarına və məmurlara satılan torpaqlarda yalnız malikanələr, imarətlər ucaldılır.
Bu bölgədə kəndlilərin əsas məşğuliyyəti tərəvəzçilik, bağçılıq və taxılçılıqdır. Amma pay torpaqlarından məhrum olan, texnika, yanacaq, gübrəsiz qalan kəndlilər torpaqlarını məcburiyyət qarşısında satmalı olur. Onlara çatacaq pay torpaqları isə məmurlar tərəfindən zəbt edilir.
Gələn xəbərlərə görə, rayonun Ağalıq kəndində vəziyyət daha mürəkkəbdir. Ağalıq meşəsinin bir hissəsini məhv edən icra hakimi Novruz Novruzovun burada özünə şadlıq evi, hotel və restoranlar tikdirdiyi xəbər verilir. Bütün boş sahələri isə satıb pul qazanıblar.
Ağalıq kəndində su və yol problemi də torpaq dərdi qədər az deyil. Kəndlilər üzləşdiyi problemlə bağlı həm rayon İcra Hakimiyyətinə, həm müvafiq orqanlara müraciət ünvanlayıb.
Ancaq hələlik Ağalıqda "ağalıq” edən məmurlar və icra başçısı bu yurdun səfasını çəkir. Ağalıq kəndində istirahət mərkəzinə sahiblənən N.Novruzov biznesini yaxın adamlarına həvalə edib. Bu obyektlərin yaxınlarının adına rəsmiləşdiyi bildirilir.
Xəbərə görə, icra başçısı Rəhimli icra nümayəndəliyində də Udulu adlanan ərazinin 400 hektarını zəbt edib. Burada özü üçün ferma tikdirdiyi, mal-heyvan saxlatdığı qeyd olunur.
Sakinlərin araşdırmalarımızla bağlı verdiyi məlumatlarda o da məlum olub ki, təkcə 2015-ci ildə rayonda 13.6 milyon manat həcmində tikinti-quruculuq işləri aparıldığı rəsmi şəkildə açıqlanıb.
Sakinlər isə bu vəsaitlərin hara sərf olunduğunu sual edirlər. Bu haqda növbəti araşdırmada ətraflı bilg veriləcək.
Ümumilikdə, , Şabranın turizm zonaları başçının birbaşa əli ilə hansısa iş adamlarına, imkanlı şəxslərə satılıb. Bildirilir ki, rayonda icra başçısının əsas işlərini görən komandası rayon İcra Hakimiyyətindəki vəzifəlilərdən təşkil olunub. Bu heyətdə N.Novruzovun 1-ci müavini Mehdi Balabəyov, başçının müavini Fikrət Nuşiyev, baş mühasib Mərdan Qasımov təmsil olunur.
Yada salaq ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın 2013-cü ildə açılışında iştirak etdiyi Taxtakörpü su anbarı quruyur. Bu haqda ötən yazmızıda bildirmişdik ki, bu anbar ətraf rayonları su ilə təmin etmək üçün nəzərdə tutulub. Xızı, Siyəzən və Şabran rayonlarının tələbatını ödəməli olsa da, artıq qurumağa başlayıb.
Şabrandan verilən xəbərə görə, buna səbəb Taxtakörpü su anbarından sərfiyyatından daha çox istifadə olunmasıdır. Təqribən, üç il əvvəl 25 meqavatlıq Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışı olub. Növbəti yazıda Şabranda görülən işlər, RİH-nin hesabatı ilə bağlı araşdırmanı təqdim edəcəyik. Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı