Mingəçevirdə 4 milyon illik fil sümükləri tapıldı — VİDEO
Bolge
Oxunub: 853
31 mar 2016 | 01:01
Mingəçevirdə 4 milyon illik fil sümükləri tapıldı — VİDEO









Mingəçevirdə cənub filinə aid sümük qalıqları aşkarlanıb

Azerinfo.az Region TV-yə istinadən xəbər verir ki, Mingəçevir ərazisində 3-4 milyon il bundan əvvəl yaşadığı güman edilən nəhəng heyvana məxsus sümüklər aşkarlanıb. Aşkarlanan tapıntılar burada hələ buzlaşma dövründən öncə həyatın olmasına işarədir.

Mingəçevir Dövlət Rəsm Qalereyasının müdiri Böyükkişi Vəliyev cənub filinə aid sümük qalıqlarını aşkarlayıb.

Mingəçevirin su anbarının kənar hissələrində axtarışlarını davam etdirən Böyükkişi Vəliyev 3 il ərzində eyni ərazidən filin diz sümüklərini, kürək sümüyünün böyük hissəsini, çənənin və dişlərinin bir neçə fraqmentini, başın tam hissəsi, onurğa sütununun bir fəqərəsini tapıb.

Uzun müddət suyun altında konservasiyaya məruz qalan bu tapıntılar sonradan sahilə çıxıb. Böyükkişi Vəliyev həmin qalıqların aid olduğu cənub filinin keçmişdə burada yaşadığını söyləyir.

Böyükkişi Vəliyev bildirir ki, 2015-ci ilin oktyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnistitunun mütəxəssisləri tərəfindən bu tapıntı üzərində tədqiqat aparılıb. Araşdırmaların nəticəsi də göstərib ki, sümüklər 3-4 milyon il bundan əvvəl yaşayan və 1-1,5 ton çəkiyə malik olan nəhəng cənub filinə aiddir.

Böyükkişi Vəliyev gələcəkdə bu istiqamətdə axtarışları davam etdirəcəyini və aşkarladığı bütün tapıntıları tarixi eksponat kimi muzeyə təqdim edəcəyini bildirir.

Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”