Ağsuda notariuslar vətəndaşları soyur – 150 faiz
Bolge
Oxunub: 1 090
15 mar 2016 | 19:13
Ağsuda notariuslar vətəndaşları soyur – 150 faiz












Ağsu sakini Məğrur Bədəlli notariuslarda dövlət rüsumu adı ilə vətəndaşların soyulduğunu deyir

Rayon sakini adi bir sənədin təsdiq edilməsi üçün 5 manat tələb edildiyini deyib:

"Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 10.18-ci maddəsinə görə, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün 2 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün hər səhifəyə görə əlavə 0,5 manat rüsum tutulmalıdır.

Amma notariat kontorları əlavə səhifəsi olmayan sənədlərdən surət və çıxarışların təsdiqi üçün yuvarlaq 5 manat alırlar. Bağlantılı dövlət qurumlarına, Ədliyyə Nazirliyinə edilən müraciətlərə isə ya cavab verilmir, ya da qanundakı uyğunsuzluğu "xidmət haqqı” ilə bağlayırlar. Heç demə,”Notariat haqqında” Azərbaycan Respublikası qanunun 29-cu maddəsində sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə),sənədlərdən surət və çıxarışların təsdiqi üçün də eyni miqdarda,yəni 2 manat və sənədlərdən çıxarış və surətlərin təsdiqi üçün hər səhifəyə görə əlavə 0,5 manat göstərilən notariat xidmətinə görə haqq tutulması təsbit olunub. Başqa sözlə, sözügedən notariat hərəkətinə görə ödənilən dövlət rüsumu həcmində-100 faizlik xidmət haqqı da tutulur” .

Qeyd edək ki, digər notariat hərəkətlərinin aparılması zamanı tutulan xidmət haqqı ödənilən rüsumun 15 faizini keçmədiyi halda adi sənəddən çıxarışın təsdiqinə görə rüsum məbləğinin 100-150 faizi miqdarında haqq tutulması başa düşülən deyil. Bir dildən başqa dilə sənədin tərcüməsinə haqq ödənilməsini birtəhər anlamaq olar, amma tərcümənin özünü də notariusda yox, əlavə xərc hesabına vətəndaş özü edir.

Əlavə səhifə olmadığı halda (tələbə bileti,şəxsiyyət,veteran,qaçqın vəsiqələri,diplom), əhalinin daha çox aztəminatlı təbəqəsinin yararlandığı sənədlərdən surət çıxarmaya görə xidmət haqqı adı ilə əlavə 3 manatın (rüsum məbləğinin 150 faizi) alınmasına hüquq mühafizə orqanları da göz yumur.

Əmlakın özgəninkiləşdirilməsinə görə tutulan rüsum 200 manat, xidmət haqqı isə bunun 15 faizi miqdarında, yəni 30 manat olduğu halda, məsələn 30 səhifəlik hərbi biletdən, yaxud əmək kitabçasından çıxarışın təsdiqi üçün,ödənilməli olan 20 manatlıq rüsumun 100 faizi həcmində, yəni 20 manat xidmət haqqı (toplam 40 manat) tutulur.

Əhaliyə göstərilən "ASAN” 150 faizlik "xidmət” haqqının nədən qaynaqlandığına Ədliyyə Nazirliyinin Notariat və Vətəndaşlıq Vəziyyəti Aktları İdarəsindən aldığımız cavab isə belə oldu:

"Vətəndaş istənilən sənədin surətini heç bir rüsum və haqq ödəmədən onu verən orqanda təsdiq etdirə bilər”.

Bu isə o deməkdir ki, "ASAN xidmət” mərkəzlərində vətəndaş sənədin surətini təsdiq etdirmək üçün notariat kontorunun yox, müvafiq dövlət qurumunun (DİN,ƏƏSMN,Təhsil Nazirliyi,Dövlət Miqrasiya Xidməti və b.) nümayəndəsinə üz tutmalıdır
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı