Füzulidə məmur özbaşınalığı
Bolge
Oxunub: 1 164
29 fev 2016 | 00:34
 Füzulidə məmur özbaşınalığı










Rayonda Prezidentin qonaq olduğu ailəyə divan tutulur...

Prezident İlham Əliyevin dəfələrlə yerlərdə vətəndaşların şikayətlərinin dinlənilməsi, onların üzləşdikləri problemlərin həll olunması məqsədilə verdiyi tapşırıq və tövsiyyələrə baxmayaraq hələ də bir sıra yerli icra orqanlarının qanunsuz əməlləri, vətəndaşlara qarşı süründürməçilik halları davam edir. Yerli məmur özbaşınalığının nəticəsində isə vətəndaş son ümid yeri kimi Prezidentə müraciət etmək məcburiyyətinə qalır. Elə Füzuli rayonu, Horadiz qəsəbə sakini Xuraman Quliyevanı da dövlət başçısına müraciət etməyə yerli məmurların qanunsuz əməlləri məcbur edib. Redaksiyamıza daxil olmuş müraciətın qısa mətnini olduğu kimi oxucularımızın və əlaqədar təşkilatların nəzərinə catdırırıq. ”Cənab Prezident, mən məmur ozbaşınalığına məruz qaldığım üçün Sizə müraciət etməyə məcbur oldum.Bizim Horadiz qəsəbəsində,işğal gününə qədər rəsmi fəaliyyət göstərən ticarət mərkəzimiz olub. Ulu Öndərin əks hücum əmri ilə qəsəbə işğaldan azad olunan zaman əmlakımız qismən dağılsa da,çox hissəsi salamat qalmışdı. 18 il ərzində dəfələrlə sökülməyə cəhd edilsə də keçmiş icra başçısı buna imkan verməmişdi.
Cənab Prezident, Ulu Öndərin özəlləşmə ilə bağlı sərəncamına əsasən kim harda işləmişdısə oranı özü özəlləşdirə bilərdi. Biz isə həmin ticarət mərkəzini 3 ailənin şəxsi vəsaiti hesabına tikmişdik. Rayonun icra başçısı,baş memarı tikinti üçün rəsmi razılıq verib,indi isə həmin sənədləri yetərli saymırlar,yəni açıq aşkar icra başçısının müavininin imkanı cox olduğu üçün imkansızları əzir.Bəzi məmurlar isə açıq aydın deyir ki,bu dövlətdə pul qanundan qüclüdür.Artıq 3 ildir döymədiyim qapı,müraciət etmədiyim aidiyyatı orqan qalmayıb. Nə şahidlərə, nə də sənədlərə baxan yoxdur, açıq-aşkar pulla insanlıq da, qanunlar da tapdanır. Şikayətlərimə hec yerdə baxan yoxdur.
Cənab Prezident, Sizin Horadiz səfəriniz zamanı qonağımız olmağınız bizi dünyanın ən xoşbəxt insanı etdi.Mən etik normalara uyğun olaraq problemimi deyib Sizin ovqatınızı pozmaq istəmədim. Əvvəl də kecmiş icra başçısının qəbulunda olmuşdum və vəziyyəti bildirmişdim.Mənə məxsus əmlakın Abbasov Hüseyin Yusif oğlu tərəfindən dəfələrlə zəbt olunmasına o vaxt imkan verilməmişdi. Lakin Alı Alıyev icra başcısı təyin edildikdən sonra Hüseynin özbaşınalıqlarına hec kim dur- dayan demədi.Başqa yerlər kimi bizə məxsus 40 sot ərazidə hasarın icində daş mağaza binasını və başqa dəmir dayaqları sökərək həmin yeri də zəbt etdi. Bizim müdaxilələrimizə məhəl qoymadan qeyri- qanuni şəkildə restoran tikərək fəaliyyət göstərir. Rayonda uşaqdan böyüyə kimi hamı bilir ki, o ticarət mərkəzini biz tikib,işğal gününə kimi fəaliyyət göstərmişik.
Cənab Prezident, mən Sizin hər çıxışınıza, verdiyiniz Sərəncamlara diqqətlə qulaq asıram.Sizin ölkəmizin sadə vətəndaşlarına necə ürək ağrısı ilə can yandırdığınızı görürəm.Sizin tapşırıqlarınıza və tövsiyyələrinizə yerlərdə bütün rəhbər vəzifə sahibləri əməl etsələr bizim ölkəmiz dünyada insan hüquq və azadlıqlarının qorunmasında birinci yerdə olardı. Təssüf ki,bəzi pullu məmurların pulu sayəsində qanunlar deyil onların maraqları qalib gəlir. Mənim özümün üzləşdiyim problem buna sübutdur. Sizin Zaqatalada məhkəmələr haqqında dediyiniz sözlər elə bildim mənim üzləşdiyim haqsızlıqla bağlıdır.Cənab Prezident mən Sizə söz verdim ki, bir ana kimi həmişə Sizinləyəm. Elə ona görə də bütün bunları sızə deməyi özümə borc bildim.

Sizə və Ailənizə dərin hörmətlə Xuraman Quliyeva”

Bu Füzuli rayon sakini Xuraman Quliyevanın Rayondakı özbaşınalıqlardan cana doyaraq Respublika Prezidentinə ünvanladığı müraciətin qısa məzmunu idi.
Xuraman xanımın müraciətindən sonra adıçəkilən Hüseyin Abbasovun kimliyi ilə maraqlandiq. Qısa araşdırmalarımızdan sonra xeyli faktlar üzə çıxdı və məlum oldu ki, sən demə Hüseyn müəllimi indiki icra başcısı ilə bağlayan çox incə tellər varıymış.
Şikayətcinin müraciəti əsasında araşdırmalarımız davam edir və növbəti yazılarımızda bütün bunları oxucularımızın diqqətinə çatdıracayıq.
Qarşı tərəfi də dinləməyə və mövqeyini işıqlandırmağa hazırıq.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı