Kamaləddin Qafarov: Ağdam yeni inkişaf mərhələsindədir
---
Oxunub: 7
20 noy 2026 | 10:08
Kamaləddin Qafarov: Ağdam yeni inkişaf mərhələsindədir

“Birinci Qarabağ savaşında Ağdam uğrunda 42 gün davam edən ağır döyüşlər 1993-cü il iyulun 23-də rayon ərazisinin 73 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə nəticələndi.”

Bu sözləri 20 noyabr Ağdam şəhəri günü ilə bağlı mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, xatırladıb ki, rayon mərkəzi və 90 kənd düşmənin nəzarətinə keçdi, 128 min insan doğma yurdunu tərk edərək məcburi köçkünə çevrildi. “Ağdamın müdafiəsi uğrunda döyüşlərdə 6 mindən artıq soydaşımız şəhid oldu, minlərlə insan yaralandı. Rayon sakinləri Azərbaycanın müxtəlif rayonlarında yerləşən yüzlərlə yaşayış məntəqəsində məskunlaşaraq uzun illər doğma torpaqlarından uzaqda yaşamaq məcburiyyətində qaldılar. İşğalın ilk günlərindən beynəlxalq ictimaiyyətin müəyyən etiraz mövqeyi nümayiş etdirməsinə baxmayaraq, bu münasibət real nəticələr vermədi. Ermənistan beynəlxalq hüququn tələblərinə məhəl qoymadı, qəbul edilmiş qətnamələrin icrasından yayındı. Bununla kifayətlənməyən işğalçı dövlət Cenevrə Konvensiyalarını da kobud şəkildə pozaraq zəbt etdiyi ərazilərdə qanunsuz fəaliyyətini davam etdirdi. Ağdamın coğrafi adlarının dəyişdirilməsi, mülkiyyətin talan olunması, yaşayış məntəqələrinin və təbii sərvətlərin məhv edilməsi bu siyasətin tərkib hissəsi idi. Təəssüf ki, BMT və digər beynəlxalq qurumlar Ermənistanın təcavüzkar siyasətinin qarşısını almaq üçün təsirli tədbirlər görmədilər. Nəticədə Azərbaycan uzun illər pozulmuş hüquqlarını və ərazi bütövlüyünü öz gücü hesabına bərpa etmək məcburiyyətində qaldı.”

Millət vəkili bildirib ki, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycanın hərbi qüdrətini, xalqımızın birliyini və dövlətimizin siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən müharibə tarixi Zəfərimizlə başa çatdı. Bu qələbə yalnız döyüş meydanında qazanılmış hərbi uğur deyil, həm də beynəlxalq siyasi müstəvidə Azərbaycanın haqlı mövqeyinin təsdiqi idi. Ölkəmiz öz ərazi bütövlüyünü bərpa etməklə BMT Təhlükəsizlik Şurasının uzun illər icra olunmamış qətnamələrinin yerinə yetirilməsini də təmin etdi. Vətən müharibəsinin nəticəsi olaraq imzalanmış tarixi üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. Beləliklə, şəhərin və rayonun işğaldan azad edilməsi yeni hərbi əməliyyatlara ehtiyac qalmadan, siyasi-diplomatik səylərin də mühüm nəticəsi kimi gerçəkləşdi və əlavə insan tələfatının qarşısı alındı. Bu əlamətdar hadisənin tarixi yaddaşımızda xüsusi yer tutması üçün dövlət səviyyəsində mühüm qərarlar qəbul edildi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycanın işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis olundu. Həmin Sərəncama əsasən, noyabrın 20-si Ağdam şəhəri Günü kimi müəyyən edildi. Bu qərar Ağdamın azadlığına verilən siyasi və mənəvi qiymətin ifadəsi olmaqla yanaşı, xalqımızın tarixi yaddaşının qorunmasına xidmət edir. Bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri şəhərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Vaxtilə erməni vandalizminin qurbanına çevrilmiş Ağdam indi dövlətimizin gücü, xalqımızın quruculuq əzmi və Böyük Qayıdış strategiyası sayəsində yenidən dirçəlir. 20 Noyabr – Ağdam şəhəri Günü bu baxımdan həm tarixi ədalətin bərpasının, həm də Azərbaycanın gələcəyə inamla addımlamasının rəmzidir”.
Bu gün, 10:19
Prezident İlham Əliyevin Vyetnama səfəri ilə əlaqədar Hanoyun küçələri Azərbaycan bayraqları ilə bəzədilib
Bu gün, 10:15
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
Bu gün, 09:41
İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib
Bu gün, 09:13
Qarakənd faciəsindən 35 il ötür
Bu gün, 09:00
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Dünən, 16:00
Yeni il sevinci ailələrə neçəyə başa gələcək? — Xərclər açıqlandı
Dünən, 15:30
Britaniya hökuməti: Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya bunları veririk
Dünən, 15:15
İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib - Tam mətn
Dünən, 14:22
Erməni revanşistlərə ŞOK təklif – Bakının O tələbi...
Dünən, 14:00
"Qiyamət günü" TƏŞVİŞİ: Amerikalılar mağazalara HÜCUM ÇƏKDİ, generator və ərzaqlar TÜKƏNDİ
Dünən, 12:39
Sabah respublika üzrə pensiyalar tam ödəniləcək
Dünən, 12:29
Milyonların gözlədiyi oyunda SÜRPRİZ - Alim Qasımovun ifası "GTA 6"da
Dünən, 12:14
Bu rayonda 3 kəndin layihəsi hazırlanır - 2 milyon ayrıldı
Dünən, 11:38
Qayınanasının qızıllarını oğurlayıb nişanlısına “İphone 17” aldı - Bakıda film kimi cinayət
Dünən, 11:34
Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edən şəxslər barəsində qərar verildi
Dünən, 11:30
Bakıda ilk: Avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq
Dünən, 11:26
Məktəb müəllimlərinin sayı azalır - 15 min nəfər...
Dünən, 11:22
30 il sədr oldu, indi isə rektor təyin edildi - Dosye
Dünən, 11:18
Prezident rektoru vəzifəsindən azad etdi
Dünən, 11:02
Məleykə Abbaszadə vəzifəsindən azad edildi, rektor təyin olundu
Dünən, 10:04
“Xankəndi” doğma arenada ilk oyununa çıxır
Dünən, 10:00
Ağdamın iqtisadiyyatı 8 dəfə böyüyüb
Dünən, 09:56
Orxan Kəngərli polis tərəfindən saxlanıldı
Dünən, 09:43
Putin və Tramp arasında ikitərəfli görüş başladı
Dünən, 09:39
Soltanlı və Cahangirbəyli sakinlərinin doğma yurda qayıdışı davam edir
Dünən, 09:34
Rəsmi Bakıdan Fransaya çağırış: Daxili işlərimizə müdaxilədən çəkinin
Dünən, 09:00
“Azərbaycanla sülh olmadan vəzifəmdən getməyəcəm” – Paşinyan