Ağdam Azərbaycanın əsas sənaye mərkəzlərindən birinə çevriləcək

Azərbaycanın müasir tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, gələcək nəsillərin taleyinə də təsir göstərir. 20 Noyabr – Ağdam Şəhəri Günü məhz belə əlamətdar tarixlərdəndir. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda yeni həyatın başlanmasını, doğma yurda qayıdışın gerçəkləşməsini və Azərbaycan dövlətinin quruculuq əzmini özündə təcəssüm etdirir. Ağdam uzun illər Qarabağın iqtisadi, mədəni və ictimai həyatında mühüm rol oynayan şəhərlərdən biri olub. Öz tarixi, memarlıq abidələri, mədəni irsi və zəhmətkeş insanları ilə seçilən Ağdam hər zaman Qarabağın inkişafında xüsusi mövqeyə malik olub. İşğal illərində şəhərin dağıdılması, tarixi-mədəni irsin məhv edilməsi, yaşayış məntəqələrinin viran qoyulması isə xalqımıza qarşı törədilmiş böyük ədalətsizliyin nümunəsi idi. Lakin Azərbaycan xalqı Ağdamın yenidən dirçələcəyinə, burada həyatın bərpa olunacağına heç vaxt inamını itirmədi.
2020-ci il Vətən müharibəsində əldə edilən tarixi Qələbə bu inamı reallığa çevirdi. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, Müzəffər Ali Baş Komandan kimi rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad edildi. Noyabrın 20-də Ağdamın Azərbaycana qaytarılması isə Zəfər tariximizin mühüm hadisələrindən biri oldu.
Bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı quruculuq işləri dövlətimizin işğaldan azad edilmiş ərazilərin inkişafına verdiyi xüsusi əhəmiyyətin göstəricisidir. Prezident İlham Əliyevin təsdiq etdiyi Ağdam şəhərinin Baş planı əsasında şəhərin gələcək inkişafının müasir və dayanıqlı prinsiplər üzərində qurulması istiqamətində ardıcıl tədbirlər görülür. Yeni yaşayış məhəllələri, məktəblər, səhiyyə müəssisələri, sosial və mədəniyyət obyektləri inşa edilir, mühəndis-kommunikasiya sistemləri yenilənir.
2025-ci il mayın 10-da Ağdamın dirçəlişi istiqamətində daha bir mühüm mərhələ yaşanmışdır. Həmin gün Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi istifadəyə verilmiş, Kəngərli kəndinin birinci mərhələsinin açılışı olmuşdur. Kənddə inzibati bina, klub-icma mərkəzi, tam orta məktəb və körpələr evi-uşaq bağçası sakinlərin istifadəsinə verilmiş, yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanışlıq keçirilmişdir. Doğma yurda qayıdan sakinlərlə görüşən Prezident İlham Əliyev onlara evlərin açarlarını təqdim etmişdir. Həmin gün Ağdam Muğam Mərkəzinin açılışı da şəhərin mədəni həyatının bərpası baxımından əlamətdar hadisə olmuşdur.
2026-cı il iyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olmuş, burada 840 şagird yerlik tam orta məktəb binasının təməlini qoymuşlar. Bu səfər Ağdamda həyata keçirilən quruculuq işlərinin beynəlxalq səviyyədə də nümayişi və Azərbaycanın azad edilmiş ərazilərdə yaratdığı yeni reallıqların mühüm göstəricisi olmuşdur.
Ağdamın bərpası yalnız yaşayış evlərinin və infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır. Şəhərin tarixi irsinin qorunması, İmarət Kompleksinin, Pənahəli xanın sarayının, Qarabağ atçılıq ənənələrinin dirçəldilməsi, Muğam Mərkəzinin fəaliyyəti və turizm obyektlərinin yaradılması bölgənin əvvəlki şöhrətinin qaytarılmasına xidmət edir. Ağdamın sənaye, kənd təsərrüfatı, nəqliyyat və turizm potensialının inkişaf etdirilməsi də qarşıya qoyulan əsas məqsədlərdəndir.
Bu gün Ağdam keçmişin ağır izlərini geridə qoyaraq müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur. Bir vaxtlar dağıntıları ilə erməni vandalizminin sübutuna çevrilmiş şəhər indi Azərbaycanın quruculuq qüdrətinin, dövlət siyasətinin və xalqımızın yenilməz iradəsinin rəmzinə çevrilir.
Zülfüqar Cəfərov – YAP Sabunçu rayon təşkilatının sədr müavini, Vətən müharibəsi iştirakçısı
Bu gün, 16:00
Yeni il sevinci ailələrə neçəyə başa gələcək? — Xərclər açıqlandı
Bu gün, 15:30
Britaniya hökuməti: Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya bunları veririk
Bu gün, 15:15
İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib - Tam mətn
Bu gün, 14:22
Erməni revanşistlərə ŞOK təklif – Bakının O tələbi...
Bu gün, 14:00
"Qiyamət günü" TƏŞVİŞİ: Amerikalılar mağazalara HÜCUM ÇƏKDİ, generator və ərzaqlar TÜKƏNDİ
Bu gün, 12:39
Sabah respublika üzrə pensiyalar tam ödəniləcək
Bu gün, 12:29
Milyonların gözlədiyi oyunda SÜRPRİZ - Alim Qasımovun ifası "GTA 6"da
Bu gün, 12:14
Bu rayonda 3 kəndin layihəsi hazırlanır - 2 milyon ayrıldı
Bu gün, 11:38
Qayınanasının qızıllarını oğurlayıb nişanlısına “İphone 17” aldı - Bakıda film kimi cinayət
Bu gün, 11:34
Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edən şəxslər barəsində qərar verildi
Bu gün, 11:30
Bakıda ilk: Avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq
Bu gün, 11:26
Məktəb müəllimlərinin sayı azalır - 15 min nəfər...
Bu gün, 11:22
30 il sədr oldu, indi isə rektor təyin edildi - Dosye
Bu gün, 11:18
Prezident rektoru vəzifəsindən azad etdi
Bu gün, 11:02
Məleykə Abbaszadə vəzifəsindən azad edildi, rektor təyin olundu
Bu gün, 10:04
“Xankəndi” doğma arenada ilk oyununa çıxır
Bu gün, 10:00
Ağdamın iqtisadiyyatı 8 dəfə böyüyüb
Bu gün, 09:56
Orxan Kəngərli polis tərəfindən saxlanıldı
Bu gün, 09:43
Putin və Tramp arasında ikitərəfli görüş başladı
Bu gün, 09:39
Soltanlı və Cahangirbəyli sakinlərinin doğma yurda qayıdışı davam edir
Bu gün, 09:34
Rəsmi Bakıdan Fransaya çağırış: Daxili işlərimizə müdaxilədən çəkinin
Bu gün, 09:00
“Azərbaycanla sülh olmadan vəzifəmdən getməyəcəm” – Paşinyan
Dünən, 16:24
Gecikən qatarlara görə kompensasiya veriləcək - Rəsmi açıqlama
Dünən, 16:20
Azərbaycan Prezidenti Oman sultanını milli bayram münasibətilə təbrik etdi
Dünən, 16:17
Bu qurumda sədrin müavinlərinin sayı artırıldı - Fərman
Dünən, 16:00
İranın İrəvanda nəhəng planı – Tərəflər razılığa gəldi
Dünən, 15:30
Bayramqabağı bu məhsullar bahalaşacaq — Açıqlama