“JEK”lər qanunvericiliyə məhəl qoymadan əhalidən “zibil pulu”, “mənzil haqqı” yığırlar - AÇIQLAMA
Sosial
Oxunub: 195
13 sen 2023 | 15:53
“JEK”lər qanunvericiliyə məhəl qoymadan əhalidən “zibil pulu”, “mənzil haqqı” yığırlar - AÇIQLAMA


““Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 14-cü maddəsində birbaşa göstərilir ki, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə ancaq müqavilə əsasında xidmət göstərə bilərlər. Əgər belə müqavilə yoxdursa, mənzil-istismar təsərrüfatlarının əhalidən pul yığmaq ixtiyarı yoxdur. İcra hakimiyyətinin bu qurumları qanunsuzluq edərək hələ də əhalidən pul yığırlar. Vətəndaşların hüququ var ki, MİS-lərə hər hansı haqq ödəməsinlər. Belə ki, 2009-cu ildə qüvvəyə minən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə mənzil-istismar təsərrüfatları mənzil fondunun idarə edilməsi prosesindən hüquqi baxımdan kənarlaşdırılıb”.

“JEK”lər qanunvericiliyə məhəl qoymadan əhalidən “zibil pulu”, “mənzil haqqı” yığırlar - AÇIQLAMA


Bu sözləri Pravda.az-ın sorğusuna cavab olaraq tanınmış vəkil Turan Abdullazadə deyib.

Vəkil bildirib ki, yeni Məcəlləyə görə, dövlət mənzil fondu müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondu bələdiyyələr tərəfindən idarə olunur: “Özəl mənzil fondu isə mülkiyyətçinin birbaşa özü və ya onun seçimi əsasında idarəedici təşkilat tərəfindən idarə olunur. Qanunvericiliyə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi, idarəedici təşkilat tərəfindən idarə edilmə üsullarından birini seçməyə borcludur. Göründüyü kimi, mənzil fondunun heç bir - dövlət, bələdiyyə və özəl mülkiyyət formasında mənzil-istismar təsərrüfatının iştirakı nəzərdə tutulmayıb. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” 10 mart 2000-ci il tarixli, 40 saylı Qərarına əsasən, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin saxlanılması üçün xidmət haqqı 1 kvadratmetr yaşayış sahəsi üçün ayda 1,5 qəpik müəyyənləşdirilib. Mənzil-istismar təsərrüfat birlikləri isə hələ də mənzil mülkiyyətçilərindən bu tariflə mənzil haqqı yığmaqda davam edirlər. Halbuki pul yığılan mənzillərin çoxu hazırda dövlət və ictimai mülkiyyət yox, özəl mülkiyyətdir”.



T.Abdullazadə bunu da qeyd edib ki, mənzil-istismar təsərrüfat birlikləri 1959-cu ildə yaradılıb: “Lakin həmin MİS-lər mənzil qanunvericiliyinin tələblərinə məhəl qoymadan davamlı olaraq əhalidən “zibil pulu”, “mənzil haqqı” və bəzən də yerli vergi yığırlar. Artıq 9 ildir, bu qurumlar qanunvericiliyə zidd olaraq fəaliyyət göstərirlər. Vətəndaşlar qapıya gəlib pul istəyənlərə ödəniş edirlər. Bu pulun hara xərcləndiyi isə məlum deyil. Əgər belə ödənişlər qanunidirsə, “Azərsu”, “Azərişıq”dakı kimi elektron qaydada həyata keçirilməlidir. Və əgər pul ödənilirsə, bunun rəsmi hesabatı olmalıdır. Bu pulların hara xərclənməsində hesabatlılıq olmalıdır. Üstəlik “jek”lər təkcə binanın həyətini təmizləyir, bloklar isə bərbad gündədir. Hesab edirəm ki, bu məsələnin həlli üsulu qardaş Türkiyədəki kimi bələdiyyələrin çoxillik təcrübəsi və iş prinsipi əsas götürülərək yerli bələdiyyələr yenidən təşkil olunmalı, bələdiyyələrə bu sahədə geniş səlahiyyətlər verilməli, bələdiyyələrdə hesabatlılıq və şəffaflıq təmin olunmalıdır. Məhz bu cür problemlərə görə, dövlətin 2022-2026-cı illər üzrə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında ölkədə mənzil kommunal istismar sahələrinin ləğvi yer alıb”.



Aytəkin Qardaşova
Dünən, 21:04
Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib
Dünən, 20:58
Prezident İlham Əliyev hərbi qulluqçuları təltif edib
Dünən, 15:57
Bayden Adminstrasiyası niyə tələsik Bakı-İrəvan sülhünü istəyir? - AÇIQLAMA
Dünən, 15:53
QHT-lərin Əməkdaşlıq Forumunun iştirakçıları Prezidentə müraciət ünvanlayıblar
Dünən, 15:48
Əhmədin xalasından ŞOK: “O, cinayəti tək törətməyib“ - VİDEO
Dünən, 15:42
DSX və DTX-dən dənizdə əməliyyat: silahdan atəş açıldı - VİDEO
Dünən, 11:13
Cibdə "bıçaqlar" olmayan bir dünya - VİDEO
Dünən, 11:00
Bu silahlar Rusiya ordusuna CİDDİ TƏHDİDDİR - ATACMS hansı texniki imkanlara sahibdir?
Dünən, 10:21
Qərb Qafqazda “hibrid müharibə”yə başlayıb: Gürcüstan “qaranlıq ssenarilər”in güdazına gedir
Dünən, 10:11
Ərdoğan yaxın günlərdə Astanada Putinlə görüşə bilər
Dünən, 10:00
Dünya nizamını yalnız bu ölkə dəyişə bilər - ABŞ AD ÇƏKDİ
Dünən, 09:45
Netanyahu İsrailin müharibəni nə vaxt bitirəcəyini AÇIQLADI
Dünən, 09:33
İcra hakimiyyətində ƏMƏLİYYAT: Saxlanılanlar var
Dünən, 09:16
Oğlu əsgərlikdən gələn kişi qatil oldu: Arvadının xəyanətindən şübhələnib divara tarix yazıbmış - VİDEO
Dünən, 09:00
Baş verən silahlı hadisə Rusiyanın başqa şəhərlərində də olacaq!
24-06-2024, 16:00
Paşinyan üçün EV TAPŞIRIĞI... - İşi yarıda buraxmamalıdır...
24-06-2024, 15:30
Ermənistanı silahlandıran Fransa NƏYİN PEŞİNDƏDİR? - GƏLİŞMƏ
24-06-2024, 15:30
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
24-06-2024, 15:25
Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM
24-06-2024, 14:00
Kamran Əliyevdən separatçılarla bağlı açıqlama
24-06-2024, 13:56
Ruhanidən İranı qarışdıracaq etiraf: Bundan betər qanunumuz olmayıb
24-06-2024, 13:45
Azərbaycan yaşıl gündəliyi nümayiş etdirir
24-06-2024, 12:39
Bu gün həlak olan 3 polislə vida mərasimi keçirilir
24-06-2024, 12:30
Alimpaşa Məmmədova hökm oxunub
24-06-2024, 12:07
3 polisi və qonşusunu gülləyən Rövşən Allahverdiyev barədə BƏZİ DETALLAR
24-06-2024, 12:02
İlham Əliyev Putinə başsağlığı verib
24-06-2024, 11:57
10 gün sonra toyu olacaqmış