Ermənistanı silahlandıran Fransa NƏYİN PEŞİNDƏDİR? - GƏLİŞMƏ
Siyaset
Oxunub: 63
24 in 2024 | 15:30
Ermənistanı silahlandıran Fransa NƏYİN PEŞİNDƏDİR? - GƏLİŞMƏ


Ermənistan Fransa ilə 155 mm-lik özüyeriyən SEZAR qaubitsasının alınmasına dair müqavilə imzalayıb. Müqavilə Ermənistan müdafiə nazirinin Parisə səfəri zamanı imzalanıb. Təfərrüatlar açıqlanmasa da Fransanın 15 ay ərzində 36 Sezar öldürücü silahını Ermənistana təhvil verəcəyi bildirilib.
Fransanın açıq formada Ermənistana hücum silahları verməsi region ölkələrinin, xüsusən də Azərbaycanın kəskin etirazına səbəb olub. Ekspertlərin fikrincə, Fransa Ermənistanı öldürücü silahlarla təchiz etməklə onun qəbrini qazır və bunu bütün region ölkələri də görür. Rusiya XİN öz bəyanatında bildirib ki, regional təhlükəsizlik yalnız region ölkələrinin birgə əməkdaşlığından keçir. Buraya regiondan kənar qüvvələrin təsiretmə cəhdləri isə sadəcə yeni qarşıdurmalar yarada bilər. İran XİN də oxşar bəyanat yayıb və xarici qüvvələrin regionda olmasını böyük təhlükə adlandırıb. Bütün bu siqnallar Ermənistan üçün ciddi mesaj olmalıdır. Region ölkələrinə edilən xəyanətin bədəli Ermənistana baha başa gələcək.
Fransa ilə Ermənistan arasında Sezar artilleriya sistemlərinin alqı-satqısı barədə kontraktın imzalanmasına münasibət bildirən Azərbaycan Müdafiə Nazirliyinin rəsmi mövqeyi isə kifayət qədər sərt olub. Əvvəlki xəbərdarlıqlardan tamamilə fərqlənən bəyanatda birbaşa və ya dolayı yolla qarşı tərəfə müharibə mesajı ötürülüb: “Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaqdır".
Azərbaycan MN həmçinin qeyd edib ki, Ermənistanın yenidən silahlandırılması yeni müharibəyə aparan yoldur.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov isə “Sherg.az"a açıqlamasında xatırladıb ki, Azərbaycan və Ermənistan arasında sülh, təhlükəsizlik və sabitlik istiqamətində mühüm danışıqlar getdiyi bir zamanda Ermənistan ordusu tərəfindən mövqelərimiz atəşə tutulur:

“Bütün bunlar isə onu göstərir ki, rəsmi İrəvan regionda sabitliyi pozmaq məqsədlərini güdür, işğalçılıq siyasətini davam etdirmək üçün fürsət axtarır.
Eyni zamanda Ermənistan daxilində revanşist qüvvələrin baş qaldırması və müxalif qüvvələrin Azərbaycanla Ermənistan arasındakı delimitasiya-demarkasiya prosesinə qarşı çıxması bu və ya digər formada sülh danışıqlarına mənfi təsir göstərir. Ermənistanın Fransa və Hindistan tərəfindən silahlandırılması da regionda təhlükəsizliyə böyük əngəllər yaradır, yeni təhdidlər formalaşdırır. Fransa və Ermənistan arasında hərbi təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsi birmənalı olaraq regional sabitliyə təhlükə törədir. Bu həm də, rəsmi Parisin öz geosiyasi ambisiyalarını regionda daha da artırmaq məqsədindən irəli gəlir. Nəzərə almaq lazımdır ki, bu gün Bakı və İrəvan arasında dialoq nəticəsində bütün problemlərin həllinə şərait yaradılır. Qazaxın dörd kəndinin geri qaytarılması, COP29-un keçirilməsi ilə bağlı Ermənistanın Azərbaycanın lehinə öz namizədliyini geri götürməsi və hərbi əsirlərin dəyişdirilməsi region üçün müsbət şərait yaradıb. Lakin Makron administrasiyası bu razılıqların üstündən xətt çəkir və Ermənistana hərbi dəstəyin göstərilməsini davam etdirir”.
Politoloqun sözlərinə görə, Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfərində “Caesar” özüyeriyən artilleriya qurğularının Fransadan Ermənistana tədarükü barədə razılığa gəlməsi, şübhəsiz, regional təhlükəsizliyə bir sıra təhdidlər yaradır:
“Azərbaycan da baş verən bütün bu proseslərə öz reaksiyasını bildirir. Əgər yaxın zamanlarda da Fransa Ermənistanı eyni şəkildə silahlandırmağa davam edərsə, dövlətimiz buna səssiz qalmayacaq. Düşünürəm ki, rəsmi Bakıdan adekvat cavab gələcək. Fransa bilərəkdən bu eskalasiya yolunu tutub, bu da tamamilə yolverilməzdir. Heç kim zəmanət verə bilməz ki, Fransanın hücum silahlarını əldə edən Ermənistan yenidən Azərbaycan torpaqlarını işğal etmək həvəsinə düşməyəcək, ölkədə revanşizm dalğası güclənməyəcək. Biz Ermənistandakı müxtəlif dairələrin zaman-zaman müharibə ritorikası ilə çıxış etdiyini də görürük”.
Bu gün, 14:16
Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələri ilə bağlı qaydalar təsdiqləndi
Bu gün, 11:35
Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib
Bu gün, 10:23
Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər
Bu gün, 10:18
Ucuz mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Bu gün, 10:03
“Zirə” “Kəpəz”ə, “Neftçi” “Sumqayıt”a qarşı
Bu gün, 09:55
Toyuna hazırlaşan qız faciəvi şəkildə öldü - Foto
Bu gün, 09:47
Pezeşkian Nyu-Yorkdan 1100 tarixi lövhəni ölkəsinə qaytarıb
Bu gün, 09:41
Ceyhun Bayramov Annalena Berbok ilə Azərbaycanın sülh səylərini müzakirə edib
Dünən, 16:00
“Qarabağ” - “Malmö” matçının biletləri satışa çıxarılır
Dünən, 15:30
Ermənistanda dəhşət: morqlarda qalan 88 hərbçi kimdir? - 4 il sonra sirlər açılır
Dünən, 13:54
Bu atalar sözü həm bizdə, həm də Azərbaycanda var – Paşinyan
Dünən, 12:33
Aparıcının qızının bağçada ölümü ilə bağlı YENİ DETALLAR - Görüntülərdən məlum oldu ki...
Dünən, 12:29
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Dünən, 12:20
Rəsmilər Zəfər parkında - Fotolar
Dünən, 11:55
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər parkında - Fotolar
Dünən, 11:50
Həm şəhidin, həm övladının, həm Vətənin dilindən... - Video
Dünən, 11:44
Gözlərdə yaş, dillərdə “Vətən sağ olsun”... - Fotolar
Dünən, 11:29
Prezident Zəfər parkında - Fotolar - YENİLƏNİB
Dünən, 11:24
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 4 il ötür
Dünən, 11:17
ABŞ ilə İran arasında tarixi razılaşma
14-09-2024, 10:36
Fatma Səttarova vəfat etdi
14-09-2024, 10:32
Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİB
14-09-2024, 10:10
Kremldən Ərdoğanın Krım açıqlamasına - Cavab
14-09-2024, 10:06
DYP yeni dərs ili ilə bağlı müraciət yaydı
14-09-2024, 09:40
Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başlayıb
14-09-2024, 09:35
Üçtərəfli Bəyannamənin ilk səkkiz bəndini kim pozub?
14-09-2024, 09:28
"Formula 1": Azərbaycan Qran-prisində ikinci günə start veriləcək