Bu fırıldaqları aidiyyatlı orqanlar görmür? - Məktəbli formalarının üstündə qurulmuş dələduzluq..
Sosial
Oxunub: 316
5 sen 2023 | 20:45
Bu fırıldaqları aidiyyatlı orqanlar görmür? - Məktəbli formalarının üstündə qurulmuş dələduzluq..


Milyon qazanıb, amma dövriyyəsini “kartdan-karta at” üsulu ilə gizlədən “Ela” adlı əcnəbi satış şəbəkəsi…
Azərbaycanda Təhsil Nazirliyi ilə əlbir olan bəzi şirkətlər əhalini sözün həqiqi mənasında talamaqla məşuldurlar. Tədris ili boyu valideynlərdən müxtəlif adlar adı altında ödənişlər toplamaqla yanaşı, həm də fərqli konsert proqramları, teatr tamaşaları və başqa adda mədəni tədbirlərdə iştirak məcburi xarakter daşıyır. Xüsusi yerlərə ödənişli ekskursiyaların təşkilini hələ demirəm. Aydındır ki, belə üsullarla valideynlərdən toplanan vəsaitlər Təhsil Nazirliyi ilə həmin təşkilatçılar arasında bölünür.
İndi də belə bir addımı məktəbli formaları ilə bağlı atırlar. Şəhərin mərkəzində olan, daha çox şagirdin təhsil aldığı (yağlı tikə sayılan- M.Q) çox tanınmış məktəb və litseylərin şagirdlərini məcbur edirlər ki, məktəbli formalarını məhz onların dediyi, bəlli yerlərdən alsınlar. Belə yerlərdən biri də Türkiyə vətəndaşlarının işlətdiyi, “Təzə Bazar”a yaxın ərazidə olan “Ela” adlı satış mərkəzidir. Artıq ikinci ildir ki, bizi də məhz oradan forma almağa məcbur edirlər. Keyfiyyət aşağı, qiymətlər isə çox yuxarı olur.
Mən başa düşə bilmirəm, bəyəm, Azərbaycanda bu işi görə biləcək şirkət və ya iş adamı yoxdur ki, əcnəbi şirkət adı ilə bizə belə bahalı və keyfiyyətsiz mal soxuşdururlar? Dediyim yerdə növbə böyükdür, “iynə atsan yerə düşməz”. Bu o deməkdir ki, pul dövriyyəsi milyonlarla ölçülür. Həmin yerin müdiri türk vətəndaşı olan bığlı bir kişidir. Onu keçən il də orada görmüşəm deyə, xarici görkəmini belə dəqiq təsvir etdim. Təsəvvür edin ki, bu qədər böyük maliyyə dövriyyəsi olan bir yer nağdsız ödənişlərdən açıq şəkildə yayınır və sanki bunun belə də olmalı olduğunu yeritmək istəyir.
Deyir ki, ödəniş terminalı işləmir. Bir az dirəşəndə isə bildirir ki, vəsaiti kartdan-karta köçürün. Müdir olan həmin bığlı kişi mənə də bu variantı təklif etdi. Mənim cavabım isə belə oldu:
-Türkiyə bizim qardaş ölkəmizdir, amma bu o demək deyil ki, sən burada həm milyon qazanmalısan, həm də qanunları pozmalısan. Sənin etdiyin bu əməli, hansısa bir azərbaycanlı iş adamı Türkiyədə etsə , doğru olaraq onun “dərisinə saman təpərlər”. Sizin ölkənin hüdudları çərçivəsində fəaliyyət göstərən bir neçə terror təşkilatı var. Məsələn, FETÖ, PKK və s. Türkiyə vətəndaşları sırasında bu təşkilatlara üzv olanlar da az deyil. İndi mən nə bilim ki, sənin kartına köçürəcəyim məbləğ həmin təşkilatlardan birinin maliyyələşməsinə getmir? Niyə bu qanunsuzluğu edirsən?.. Təbiidir ki, belə sərt misalı adamı bir az ayıltmaq üçün çəkdim. Onun terrorçuluqla əlaqəli olduğunu iddia da edə bilmərəm.
Göstəriş verdi, dərhal piştaxtanın altından işlək vəziyyətdə olan ödəniş aparatını mənə uzatdılar və mən qanuni ödənişimi etdim.
Son vaxtlar buna bənzər “ödənişi kartdan-karta at” kimi hallara bizim vətəndaşların da sahibi olduğu iri biznes şəbəkələrində rast gəlinir. Tam qanunsuz və qanunvericiliklə böyük cəriməsi olan tələbdir. Ayıq olun…
Məhəmmədəli Qəribli,
AZİNFORUM.AZ
Dünən, 21:04
Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib
Dünən, 20:58
Prezident İlham Əliyev hərbi qulluqçuları təltif edib
Dünən, 15:57
Bayden Adminstrasiyası niyə tələsik Bakı-İrəvan sülhünü istəyir? - AÇIQLAMA
Dünən, 15:53
QHT-lərin Əməkdaşlıq Forumunun iştirakçıları Prezidentə müraciət ünvanlayıblar
Dünən, 15:48
Əhmədin xalasından ŞOK: “O, cinayəti tək törətməyib“ - VİDEO
Dünən, 15:42
DSX və DTX-dən dənizdə əməliyyat: silahdan atəş açıldı - VİDEO
Dünən, 11:13
Cibdə "bıçaqlar" olmayan bir dünya - VİDEO
Dünən, 11:00
Bu silahlar Rusiya ordusuna CİDDİ TƏHDİDDİR - ATACMS hansı texniki imkanlara sahibdir?
Dünən, 10:21
Qərb Qafqazda “hibrid müharibə”yə başlayıb: Gürcüstan “qaranlıq ssenarilər”in güdazına gedir
Dünən, 10:11
Ərdoğan yaxın günlərdə Astanada Putinlə görüşə bilər
Dünən, 10:00
Dünya nizamını yalnız bu ölkə dəyişə bilər - ABŞ AD ÇƏKDİ
Dünən, 09:45
Netanyahu İsrailin müharibəni nə vaxt bitirəcəyini AÇIQLADI
Dünən, 09:33
İcra hakimiyyətində ƏMƏLİYYAT: Saxlanılanlar var
Dünən, 09:16
Oğlu əsgərlikdən gələn kişi qatil oldu: Arvadının xəyanətindən şübhələnib divara tarix yazıbmış - VİDEO
Dünən, 09:00
Baş verən silahlı hadisə Rusiyanın başqa şəhərlərində də olacaq!
24-06-2024, 16:00
Paşinyan üçün EV TAPŞIRIĞI... - İşi yarıda buraxmamalıdır...
24-06-2024, 15:30
Ermənistanı silahlandıran Fransa NƏYİN PEŞİNDƏDİR? - GƏLİŞMƏ
24-06-2024, 15:30
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
24-06-2024, 15:25
Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM
24-06-2024, 14:00
Kamran Əliyevdən separatçılarla bağlı açıqlama
24-06-2024, 13:56
Ruhanidən İranı qarışdıracaq etiraf: Bundan betər qanunumuz olmayıb
24-06-2024, 13:45
Azərbaycan yaşıl gündəliyi nümayiş etdirir
24-06-2024, 12:39
Bu gün həlak olan 3 polislə vida mərasimi keçirilir
24-06-2024, 12:30
Alimpaşa Məmmədova hökm oxunub
24-06-2024, 12:07
3 polisi və qonşusunu gülləyən Rövşən Allahverdiyev barədə BƏZİ DETALLAR
24-06-2024, 12:02
İlham Əliyev Putinə başsağlığı verib
24-06-2024, 11:57
10 gün sonra toyu olacaqmış