Sürücülük vəsiqəsini dəyişənlər və etibarnamə istəyənlərə VACİB XƏBƏR
«Səyyar ASAN xidmət» eyni vaxtda 10 regionda xidmət göstərir
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, "Səyyar ASAN xidmət"in xüsusi avadanlıqlarla təchiz olunmuş 10 avtobusu “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlarda vətəndaşların xidmətlərdən yararlanmaları üçün aşağıdakı 10 regionda əhaliyə xidmətlər göstərir: Qobu, Xırdalan, Şəmkir, Qəbələ, Quba, Masallı, Hacıqabul, Tərtər, Zərdab, Neftçala.
Xatırladaq ki, "Səyyar ASAN xidmət" 2013-cü ildə 2 avtobusla fəaliyyətə başlayıb. Daha sonra cənab Prezident İlham Əliyevin tapşırığına əsasən əlavə xüsusi avadanlıqlarla təchiz olunmuş 8 avtobus alınaraq avtobusların sayı 10-a çatdırılıb. Bununla da
"Səyyar ASAN xidmət"in ölkənin bütün regionlarını əhatə etməsi təmin olunub. Belə ki, "Səyyar ASAN xidmət"in 10 avtobusu dövri olaraq ölkənin şəhər və rayonlarında xidmət göstərəcək.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycanın Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
- Notariat fəaliyyəti;
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
- Əmək pensiyalarının təyin edilməsi;
- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.
Qeyd edək ki, bugünədək "Səyyar ASAN xidmət" vasitəsilə 350 minə yaxın vətəndaşa səyyar formada xidmət göstərilib. "Səyyar ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Bu gün, 11:52
Meloni Ərdoğanın sözünü yerə salmadı - Siqareti tərgitdi
Bu gün, 11:48
Şükürbəyli kəndinə daha 45 ailə yola salınıb
Bu gün, 11:44
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Bu gün, 11:39
Bərdədə 10 kiloqramlıq narkotik yükü ələ keçdi
Bu gün, 10:43
“Əhalini təşvişə düşməməyə çağırırıq” - MN
Bu gün, 10:39
Xəzərdən su götürənlər bu qədər ödəniş etməlidirlər - Sentyabrın 1-dən
Bu gün, 10:35
Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi - Fotolar
Bu gün, 10:12
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
Bu gün, 09:53
17 yaşlı Zəhranın həlak olduğu qəza yerindən - Görüntülər
Bu gün, 09:47
Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olundu - Foto
Bu gün, 09:41
Ronaldo DÇ öncəsi azarkeşlərə səsləndi
Bu gün, 09:34
Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?
Bu gün, 09:27
Rusiya ilə sülh danışıqlarına hazırıq - Merts
Bu gün, 09:00
Qərb Kremlin qorxduğu ssenarini niyə işə saldı: Almaniya NATO-nun vuracağı Rusiya ərazilərini anons etdi
Dünən, 16:00
Qazaxıstanda Ceki Çanın rol aldığı film çəkilir – Növbəti dayanacaq Azərbaycan olacaq
Dünən, 15:30
Lukaşenko Zelenskidən üzr istədi: Onun döyüşdüyünü nəzərə almalıydım...
Dünən, 13:17
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış etdi
Dünən, 13:13
Azərbaycanda bu ödəniş ləğv edilir - Pulsuz olacaq
Dünən, 13:07
Məktəbli forması ilə bağlı qanunu pozanları nə gözləyir?
Dünən, 13:02
Müəllimlər də forma geyinəcək
Dünən, 12:57
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olundu
Dünən, 11:56
TƏCİLİ: Putin o sənədi imzaladı! Tarix bəlli oldu...
Dünən, 11:38
SON DƏQİQƏ! Moskva küçələrində hərəkət dayandı
Dünən, 10:51
“İrana 300 milyard dollar ödəyəcəyimiz xəbəri feykdir”
Dünən, 10:47
Prezident qəbul keçirdi - Foto
Dünən, 10:34
Yeni Şuranın vəzifələri bunlar olacaq - Siyahı
Dünən, 10:14
Bu qurumlar ləğv edilir - Media və Yayım Şurası yaradılır