Müəllimlər də forma geyinəcək

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır.
Bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Layihədə, təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişiklik dövlət ümumi təhsil müəssisələrində artıq müəyyən edilmiş geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbit edilməsini nəzərdə tutur.
Qeyd edilib ki, təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsasın yaradılması da dövlət ümumi təhsil müəssisələrində peşəkar iş mühitinin və təşkilati mədəniyyətin daha da möhkəmləndirilməsinə yönəlib. Müəllim yalnız bilik və bacarıqları şagirdlərə çatdıran şəxs deyil, eyni zamanda, davranışı, ünsiyyət mədəniyyəti və peşəkar görünüşü ilə onlar üçün nümunə rolunu yerinə yetirir. Bu baxımdan müəllimin işgüzar üslubda olması onun peşəkar statusunu, məsuliyyətini və təhsil müəssisəsinin nümayəndəsi kimi daşıdığı missiyanı daha dolğun şəkildə ifadə edir. Səliqəli, sadə və işgüzar geyim müəllimin pedaqoji fəaliyyətinin səmərəli təşkili baxımından mühüm amillərdən hesab olunur. Belə görünüş dərs prosesində diqqətin əsas məqsəddən yayınmamasına kömək edir, müəllimin sinfi idarəetmə bacarıqlarını və ünsiyyət effektivliyini dəstəkləyir. Eyni zamanda, şagirdlərdə müxtəlif mühitlərə uyğun geyim seçimi, peşəkar davranış mədəniyyəti və etik ünsiyyət normaları ilə bağlı düzgün yanaşmanın formalaşmasına müsbət təsir göstərir. Müəllimin geyimi onun gündəlik fəaliyyətinin xarakterinə uyğun, rahat və praktik olmaqla yanaşı, məktəbin peşəkar mühitini əks etdirən xüsusiyyətlərə malik olmalıdır.
Müəllimlər üçün vahid işgüzar yanaşmanın tətbiqi məktəblərdə korporativ idarəetmə mədəniyyətinin inkişafına da mühüm töhfə verir. Peşəkar görünüş müəllim kollektivində komanda ruhunun, qarşılıqlı həmrəyliyin və ortaq təşkilati dəyərlərin güclənməsinə xidmət edir. Şagirdlər üçün məktəbli forması məktəb kimliyinin və aidlik hissinin ifadəsi olduğu kimi, müəllimlər üçün də işgüzar geyim təhsil müəssisəsinin korporativ mədəniyyətinin, peşəkar davranış standartlarının və institusional dəyərlərinin mühüm tərkib hissəsi kimi çıxış edir. Bu yanaşma məktəbin ictimai nüfuzunun möhkəmlənməsinə, valideynlərin təhsil müəssisəsinə etimadının daha da artmasına və ümumilikdə sağlam, nizamlı və peşəkar təhsil mühitinin formalaşmasına xidmət edir.
Beləliklə, qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər yalnız geyim məsələsinin tənzimlənməsini hədəfləmir. Onların əsas məqsədi dövlət ümumi təhsil müəssisələrində vahid idarəetmə yanaşmasının möhkəmləndirilməsi, təşkilati mədəniyyətin inkişaf etdirilməsi, məktəbdaxili nizam-intizamın daha da gücləndirilməsi, peşəkar iş mühitinin formalaşdırılması və təhsil prosesinin bütün iştirakçıları üçün daha səmərəli şəraitin yaradılmasıdır. Eyni zamanda, bu yanaşma uşaqların maraqlarının qorunmasına, məktəb–ailə əməkdaşlığının genişləndirilməsinə, qarşılıqlı məsuliyyət və hörmət mədəniyyətinin təşviqinə, eləcə də müasir, təhlükəsiz və keyfiyyətli təhsil mühitinin davamlı inkişafına xidmət edir. Bu baxımdan nəzərdə tutulan dəyişikliklər təhsil sistemində vahid yanaşmanın gücləndirilməsinə yönəlmiş kompleks institusional addım kimi qiymətləndirilə bilər.
Bu gün, 11:28
Culfada hərbçi dəm qazından öldü
Bu gün, 11:13
Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb
Bu gün, 10:33
ABŞ və Qətər İranın dondurulmuş 6 milyardını qaytarmağa hazırlaşır
Bu gün, 10:28
DÇ-2026: Türkiyə Paraqvaya məğlub oldu
Bu gün, 10:23
“Riskli ötmə manevrlərindən çəkinin” - XƏBƏRDARLIQ
Bu gün, 09:22
Donald Tramp: "Venesuela ABŞ-nin 51-ci ştatı ola bilər"
Bu gün, 09:17
“Gənclərə mane olur, kənara çəkilsin” - Ronaldonu topa tutdu
Bu gün, 09:12
Mikroavtobus aşdı, xəsarət alanlar var
Bu gün, 09:00
Uşaqları qoruyan hüquqi qalxan güclənir - Azərbaycanda 16 yaşlılar üçün...
Dünən, 16:00
Avropa İttifaqında ilk: Rusiyaya qarşı sanksiyalar...
Dünən, 15:30
Qalibaf ABŞ-ni hədələdi
Dünən, 14:22
Lox kəndində inanılmaz olay: adına görə, gələnlər bu hərəkəti edir
Dünən, 13:40
Prezident fərman imzaladı
Dünən, 13:10
Azərbaycan vətəndaşları 95 ölkəyə vizasız səfər edə bilər
Dünən, 13:00
Prezident babasından danışdı: "İş kabinetlərimdə heç bir heykəl yoxdur, təkcə bu var"
Dünən, 12:55
İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib
Dünən, 12:49
Evinin "kupça"sı olmayanlara ŞAD XƏBƏR - Amnistiya təklif olunur
Dünən, 12:45
Ölkəyə bu malları gətirən şəxslərə güzəşt ediləcək
Dünən, 12:32
Vilayət Eyvazov xidmətə qəbul üçün sıra baxışı keçirdi - VİDEO
Dünən, 12:19
"AÇIQLANDI: Azərbaycan quru sərhədlərini bu səbəbdən bağlı saxlayır"
Dünən, 11:23
Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb
Dünən, 11:18
ABŞ-İran danışıqları təxirə salındı
Dünən, 11:13
Xankəndi şəhərinə daha 18 ailə yola salındı
Dünən, 10:05
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
Dünən, 09:54
"Memorandum İranın kapitulyasiyasıdır" - Tramp
Dünən, 09:50
Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
Dünən, 09:40
Arvadını bacısı kimi təqdim edirmiş... – Bakıda film kimi dələduzluq