Pulla aldığımız ölüm: - Wi-Fi
Sosial
Oxunub: 1 382
23 mar 2015 | 22:29
Pulla aldığımız ölüm: - Wi-FiPulla aldığımız ölüm: Wi-Fi

Kabelsiz bağlantı sistemi ən çox uşaqlara mənfi təsir edir, hətta xərçəngə yol açır
Azerinfo.az kaspi.az-a istinadən bildirir ki, internet olan hər evdə kabelsiz bağlantı (Wi-Fi) standart halını alıb. Wi-Fi kəşf olunanda çoxlarımız bunu sevinclə qarşılasaq da, alimlərin araşdırmaları göstərdi ki, simsiz rabitə vasitəsinin üstün tərəfləri qədər, cana ziyanı da varmış. Buna görə də bir sıra Avropa ölkələrində ictimai təşkilatlar hökumətdən tələb edirlər ki, ən çox uşaqlara təsir edən Wi-Fi-ın bağçalarda və orta məktəblərdə istifadəsi məhdudlaşdırılsın.

Məsələn, İngiltərədə Müəllimlər Dərnəyi hökumətə müraciət edərək məktəblərdən Wi-Fi-ın yığışdırılmasını tələb edib. Hətta sözügedən ölkədə bəzi məktəb rəhbərləri kabelsiz internet bağlantısını yığışdırıblar. Kanadada da bir sıra orta məktəblər simsiz rabitədən imtina edib.

Uşaqlar radiasiyanı daha çox qəbul edir

Wi-Fi ikinci dünya müharibəsi zamanı düşmənin uçan obyektlərini təyin etmək üçün quraşdırılan və güclü şüalanma verən radar operatorları ilə müqayisə edilir və insan orqanizminə vurduğu ziyana görə eyniləşdirilir. Ümumiyyətlə, mikrodalğalı radiasiyadan ilk dəfə ikinci dünya müharibəsi zamanı istifadə edilib.

Alimlərin hesablamalarına görə, 3 yaşından 16 yaşına qədər uşaqlar əvvəlcə uşaq bağçasında, daha sonra isə məktəbdə 10 min saat simsiz rabitə vasitələrinin şüalarına məruz qalırlar.

Britaniyanın Sunday Mirror qəzetinin mütəxəssislərə istinadən yazdığına görə, uşaqların beyinləri kiçik olduğu və onların beyinlərində su az olduğu üçün mikrodalğalar onlara sürətli və tez təsir edir: Uşaqlar radiasiyanı daha çox qəbul etmək xüsusiyyətinə malik olduğu üçün bu şüaların beyin şişi yaratma riski daha böyükdür. Məsələn, mobil telefonun uşaq olan otaqda iki dəqiqə zəng çalması uşaq beyininin funksiyasını 1 saatlıq dəyişir.

Xərçəngə aparan yol

Alimlərin araşdırmalarına görə, 5 yaşlı uşağın bədəninə ətrafdakı elektromaqnit dalğaları böyüklərdən 60 faiz çox hopur. Hətta şüalanma səbəbi ilə uşaqların sümük iliyi xəstəliyinə tutulması da böyüklərdən 10 dəfə çoxdur. Beynəlxalq Xərçəng Xəstəliyi Araşdırmaları Agentliyi də elan edib ki, mobil rabitə vasitələrində istifadə olunan radiotezliklər insan bədəni üçün xərçəng xəstəliyini əmələ gətirən potensial vasitədir.

Müsahibimiz Fəridə Bağırova 14 yaşlı dayısı oğlunun sümük iliyi xərçəngindən dünyasını dəyişdiyini bildirdi: O, bütün günü yemədən-içmədən İnternetin qarşısında otururdu. Gün ərzində demək olar ki, bir dəfə yemək yeyirdi, internetin qarşısında oturmaqdan iştahasızlıq yaranmışdı və uşaq gündən-günə arıqlamağa başladı. Türkiyəyə apardıq. Dedilər ki, İnternetin qarşısında çox oturduğundan elektromaqnit dalğaları sümük iliyi xəstəliyinə səbəb olub.

Yuxusuzluq, miqren, ürək döyüntüsü...

İKT mütəxəssisi Ramil Qafarovun sözlərinə görə, Wi-Fi insan sağlamlığı üçün potensial təhlükədir: Buna görə də gecələr yatanda, yaxud gündüzlər istifadə edilməyəndə modemi söndürmək məsləhətdir. Çünki istifadə edilməsə belə, açıq qalan modem evdə elektromaqnit dalğaların yaranmasına səbəb olur. Alimlərin apardığı araşdırmalara görə, wi-fi yuxu problemi, ürək döyünməsi, miqren, ümumi zəiflik yaradır. Hətta bu xəstəliklərin hamısının bir arada olmasına da səbəb olur. Elektromaqnit dalğaları insan toxumalarına zərər verir, hüceyrələrdə DNT pozğunluğuna da yol aça bilir.

Terapevt Məlahət Abbasova da bildirdi ki, İnternetdən çox istifadə edənlərdə ümumi zəiflik və qan azlığı yaranır: Elektromaqnit şüaları şişlərin yaranmasına, yaddaş pozğunluğuna və beyinə zədə vuracaq digər nəticələrə də gətirib çıxarır. Bu şüalar insanın təbii enerji sahəsinə ziyan vurur, stressə səbəb olur, ürək bulanması, baş ağrısı, yorğunluq yaradır. Xüsusilə hamilə qadınların Wi-Fi olan yerdən uzaq durması məsləhətdir.

Nə etməli?

Həkimlər Wi-Fi-dan az zərər çəkmək üçün aşağıdakıları məsləhət görür:
1) Wi-Fi aparatını insanın daha çox vaxt keçirdiyi yerlərdən (çarpayı, stol, divan) ən azı 1 metr uzağa qoymaq lazımdır;
2) Böyük həcmdə faylları və videoları yalnız internetin sürəti yaxşı olduğu zaman yükləyin (əks halda, işləmək üçün əlavə güc sərf edən aparat daha çox şüa buraxır);
3) Modemdən istifadə etmədikdə söndürün, əks halda, o yenə də şüa yayacaq;
4) Yatdığınız otaqda modem qoymayın.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu