İlham Əliyev Antalyada - Bakı-Ankara xətti güc nümayişinə çevrilir

Azərbaycan Prezidenti İlham Əliyevin Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyədə səfərdədir. Qlobal qarşıdurmaların artdığı, yeni güc mərkəzlərinin formalaşdığı və diplomatik platformaların rolunun daha da aktuallaşdığı bir dövrdə Antalyada keçirilən bu forum nüfuzlu beynəlxalq tribuna statusunu qazanıb. Antalya tribunası rəsmi Bakının mövqeyinin birbaşa və vasitəsiz şəkildə dünya auditoriyasına çatdırılması üçün mühüm platforma rolunu oynayır. Azərbaycanın təşəbbüsləri və Türkiyənin dəstəyi ilə reallaşan layihələr artıq Avropa ilə Asiyanı birləşdirən əsas körpülərdən birinə çevrilib.
Antalya Diplomatiya Forumunun önəmi həm də ondadır ki, burada qlobal və regional aktorlar açıq dialoq şəraitində qarşılıqlı maraqları müzakirə etmək imkanı əldə edirlər. Belə bir platformada Azərbaycanın aktiv iştirakı isə ölkənin diplomatik manevr imkanlarının genişliyini və beynəlxalq proseslərə təsir gücünü nümayiş etdirir. Bu, eyni zamanda Azərbaycanın təkcə regionda deyil, daha geniş coğrafiyada söz sahibi olan aktora çevrildiyini təsdiqləyir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Antalya Forumunda iştirakı Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını bir daha nümayiş etdirməklə yanaşı, ölkəmizin beynəlxalq nüfuzunun artdığını, diplomatik təşəbbüslərinin geniş rezonans doğurduğunu və qlobal proseslərdə aktiv iştirakını açıq şəkildə ortaya qoyur. Antalya platformasından verilən mesajlar isə onu göstərir ki, Bakı bundan sonra da regionun gələcəyini müəyyən edən əsas siyasi mərkəzlərdən biri olaraq qalacaq.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı Musavat.com-a bildirib ki, Antalya səfəri sarsılmaz qardaşlığın və qüdrətli diplomatiyanın növbəti təntənəsidir:
“Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın artan nüfuzu, regionun aparıcı güc mərkəzinə çevrilməsi və qlobal proseslərdə həlledici rol oynaması məhz Prezident İlham Əliyevin uzaqgörən, milli maraqlara söykənən diplomatik strategiyasının bəhrəsidir. Dövlət başçımızın Antalya Diplomatiya Forumu çərçivəsində reallaşan səfəri bütünlüklə dünyaya verilən güc və birlik mesajıdır”.
Partiya sədrinin sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri günümüzdə tarixin ən yüksək zirvəsini yaşayır: “Münasibətlərimiz Şuşa Bəyannaməsi ilə rəsmiləşmiş strateji müttəfiqlik və sarsılmaz qardaşlıq modelinə çevrilib. Dövlət başçısı İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı səmimi dostluq və qarşılıqlı etimad, iki dövlətin "Bir millət, iki dövlət" fəlsəfəsini real siyasi müstəvidə necə böyük bir qüdrətə çevirdiyini nümayiş etdirir. Antalya səfəri sarsılmaz və qüdrətli münasibətlərin növbəti nümayişi kimi olduqca əhəmiyyətlidir. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra bölgədə formalaşmış yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından Antalya mühüm tribunadır. Platformanın önəmi həm də Cənubi Qafqazda sülhün, sabitliyin və əməkdaşlığın yeganə yolunun ədalətli beynəlxalq hüquq normalarından keçdiyini bir daha təsdiqləməsindədir”.
Deputat onu qeyd edib ki, Azərbaycan və Türkiyə bu gün Türk Dövlətləri Təşkilatının lokomotivi rolunda çıxış edir:
“Antalyadakı təmaslar türk dövlətləri arasında həm siyasi, həm də iqtisadi birliyin daha da möhkəmlənməsinə xidmət edir ki, bu da milli maraqlarımızın qorunması baxımından baxımımdan önəmlidir. Türkiyə ilə birlikdə reallaşdırdığımız layihələr Avropanın enerji təhlükəsizliyinin qarantına çevrilib. Antalya görüşləri bu sahədə yeni perspektivlərin açılması, Orta Dəhliz layihəsinin tam gücü ilə işə düşməsi üçün zəmin yaradır. Ölkə başçımızın yürütdüyü siyasət Azərbaycanın müstəqilliyinin sarsılmazlığının və dövlət suverenliyimizin əbədiliyinin ən böyük təminatıdır. Azərbaycan və Türkiyə arasındakı birlik sarsılmazdır, əbədidir və bu birlik regionun təhlükəsizlik arxitekturasının təməl daşıdır. Qardaşlığımız var olsun!”.
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi