Pensiyalar artırıla bilər - DSMF sədrindən müjdə
Sosial
Oxunub: 1 672
26 fev 2015 | 12:38
Pensiyalar artırıla bilər - DSMF sədrindən müjdə



"Məzənnənin dəyişməsinin istehlak səbətinə hər hansı bir təsiri olacaqsa, istehlak qiymətləri indeksinin hər hansı bir dəyişməsi halı müşahidə olacaqsa, pensiya məbləğlərində nəzərə alınacaq və pensiya məbləğlərinin indeksləşdirilməsi yolu ilə bu aradan qaldırılacaq".



Azerinfo.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev məlumat verib.


Narahatlığa əsas olmadığını deyən E. Mehdiyev bildirib ki, sığorta-pensiya sistemi Azərbaycan qanunvericiliyinə uyğun olaraq bir çox fiskal təzyiqlərdən qorunma mexanizminə malikdir.


“Bunlardan biri də hər il inflyasiya göstəricisinə uyğun olaraq pensiya məbləğlərinin indeksləşdirilməsi prosesidir. Prezident tərəfindən hər il bu barədə qərar qəbul olunur. DSMF isə avtomatlaşdırılmış sistemdə pensiyaların indeksləşdirməsini aparır. Cari ildə də ötən ilin inflyasiya səviyyəsinə uyğun olaraq pensiyaların indeksləşdirilməsi prosesini, eləcə də fərdi hesablarda sığorta kapitallarında indeksləşdirilməni aparmışıq. Bu mexanizm özlüyündə inflyasiyanın səviyyəsindən asılı olmayaraq, eləcə də, istehlak qiymətləri indeksinin dəyişməsindən asılı olmayaraq pensiya məbləğlərinin bazar iqtisadiyyatı şəraitində fiskal təsirlərindən qorunmasını ifadə edir”, o deyib.


O bildirib ki, DSMF pensiyaçıların öz pensiyalarını bütün bankomatlardan ala bilmələri üçün iş aparır.

“DSMF bankomatlarda gərginliyin aradan qaldırılması üçün iki istiqamətdə iş aparır. Bunlardan biri banklara açıq tipli şəbəkənin yaradılması və onun vasitəsilə bir pensiya kartının digər banklardan istifadə etməklə istifadə imkanının yaradılmasıdır. İkinci istiqamət isə pensiyaçılara verdiyimiz çoxfunksiyalı plastik kartlardan istifadə edərək vəsaitləri nağd çıxarmaq yox, post-terminallardan istifadə edərək alış-veriş edilməsinə nail olmaqdır”.

E. Mehdiyev həmçinin bildirib ki, bu artıq Fondun müəyyənləşdirdiyi hədəflərdir . Proses nə zaman yekunlaşacaqsa, bu barədə əlavə məlumat veriləcək.
Bu gün, 12:18
Füzulidə mina partladı - Ölən var
Bu gün, 11:43
Gədəbəydə icra rəisi və icra məmuru aliment, borc pullarını “yeyib”lər – ŞOK CİNAYƏT
Bu gün, 11:21
UEFA Çempionlar Liqası: Bu gün ilk yarımfinalçılar bəlli olacaq
Bu gün, 11:16
Məkkəyə giriş dayandırıldı - SƏBƏB
Bu gün, 11:12
Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb - YENİLƏNİB
Bu gün, 11:09
Tehran: Bu, 5 ölkədən təzminat tələb edirik - SİYAHI
Bu gün, 10:47
Mansur Yavaş barəsində araşdırma başladıldı
Bu gün, 10:32
İpoteka kreditləri ilə bağlı mübahisələr belə həll olunacaq
Bu gün, 09:56
Qohum evliliyi davam edir – Qanun niyə işləmir...
Bu gün, 09:52
Sürücülərə təhlükəli anlar yaşadan körpü - VİDEO
Bu gün, 09:43
Şirvanda əməliyyat - Bir nəfər həbs edildi
Bu gün, 09:39
Ağcabədidə xalauşaqları evləndi - Araşdırmalar başladı
Bu gün, 09:21
Neftin qiyməti ABŞ-ın təsiri ilə 150 dollara qədər arta bilər - "Bloomberg"
Bu gün, 09:13
Macar faktoru: regionda güc balansı yenidən qurulur
Bu gün, 09:06
ABŞ və İran arasında "buzlar əriyir": danışıqlarda müsbət dinamika
Bu gün, 09:00
Qonşu ölkə siqaretlə vidalaşır: tam qadağa planı
Dünən, 16:00
Tramp niyə İranla atəşkəs elan etdi? - ŞOK SƏBƏBLƏR
Dünən, 15:30
Hər evdə var: İşıq pulunu çox yazan cihaz
Dünən, 14:59
Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi
Dünən, 13:54
Bulvarda gülləri əzən 10 nəfər polisə çağırıldı - Video
Dünən, 13:50
Antalya Diplomatiya Forumu çərçivəsində TDT XİN Şurasının qeyri-rəsmi toplantısı keçiriləcək
Dünən, 12:57
Qadınların ən böyük stres mənbəyi kişilərdir - Araşdırma
Dünən, 12:53
Vüqar Gülməmmədov tikinti səhəsindəki maliyyə pozuntularını AÇIQLADI
Dünən, 11:45
ABŞ-nin Hörmüz boğazını blokadası: "Qıtlığa səbəb olacaq"
Dünən, 11:40
Alabaşlı-Qızılca dəmir yolu sahəsində əsaslı təmir işləri aparılıb
Dünən, 11:26
Polisdən son əməliyyatlar - 2 günə onlarla cinayət açıldı, narkotik və axtarışda olan şəxslər saxlanıldı
Dünən, 11:15
Bu şəxslər pensiyaya tez ÇIXA BİLƏCƏK - AÇIQLAMA