"Olimpik Star" uşaq əyləncə mərkəzində nələr baş verir
"Olimpik Star"da əyləncə, içki və yeməklər "ceyran belindən" düşmək istəmir düşmək istəmir
Son illər sayı sürətlə artan uşaq əyləncə mərkəzləri valideynlərə seçim imkanı versə də, bəziləri cibin və əsəblərin birbaşa düşmənidir. Bu günlərdə paytaxtda yerləşən Olimpic Star əyləncə mərkəzində qiymətlərlə tanış olub. Bakıdakı bir çox uşaq əyləncə mərkəzləri ilə müqayisədə burda qiymətlər sözün birbaşa mənasında əl yandırır.
Oyun aparatları, zoom(uşaqların içində oynayacağı, kiçik toplarla, yumşaq kreslolarla dolu məkan) və ən önəmlisi yeməklər, içki müştərini birbaşa aldatmağa, cibinə girməyə hesablanıb. Ondan başlayaq ki, burda da əyləncə imkanlarından yararlanmaq üçün kart almaq lazımdır.
Karta pul yükləməklə oyun aparatlarındakı minimal qiyməti 1 AZN-dən başlayan, 2-3 AZN-ə qədər davam edən oyunları oynamaq mümkündür. Təsəvvür edin ki, uşağın 5 oyun oynaması üçün kartda 5-15 AZN pul olmalıdır. Və ən maraqlısı zoom qiymətləridir. Uşağınızın zooma daxil olması nə az, nə çox 5 AZN qiymətindədir. Bakıdakı heç bir əyləncə mərkəzində zoom qiymətləri bu həddə deyil. İçində elektriklə çalışan heç bir cihaz, oyun aparatı olmayan bu məkana təkcə girişin bu qiymətdə olması isə absurdun pik həddidir.
Və gələk məkanın restoranındakı qiymətlərə. Bura əsasən uşaqları üçün ad günü keçirmək istəyən ailələr gəlir. Ad günü tortunun kəsilməsi, ayı və Maşanın iştirakı ilə "Happy birthday" mahnısının oxunması-filan... bunlar uşaqlara əyləncəli gələ bilər. Amma menyudakı qiymətlər valideynlərini gerçəkdən ağladır.
Öncə anormal içki qiymətləri barədə. Coca Cola, Fanta, Sprite (1L) - 3 AZN, Red bull - 4AZN, Coca Cola, Fanta, Sprite (250 qr) - 1AZN, təbii meyvə şirəsi(1L) - 5AZN, Kompot(1L) - 4AZN
Yeməklərdə də vəziyyət təxninən eynidir:
Pizza qarışıq - 8 AZN, Pizza toyuqlu-7AZN(digər pizzalar da eyni qiymətədir), pidelər 7-8AZN. Kabablar da 7-8 AZN. Tabaka(qarnirsiz), toyuq soyutması -12 AZN. Kartof freenin 2 manat(halbuki kartofun kilosu 80 qəpikdən başlanır və masaya gətirilən kartof heç 200 qram da deyil)Soyuq qəlyanalatı, çay dəstgahı da norma qiymətlərindən bir neçə dəfə bahadır.
Elementar bir müqayisə. Cola, Fanta, Sprite içkilərinin satış qiyməti 60 qəpikdir. Burada isə onu maya dəyərindən 2-3 yox, məhz 5 dəfə baha satırlar. Üstəlik müştərilər də görür ki, onların masasına gətirilən qazlı içkilərin ağzı tam qapalı olmur. Yəni, qapağını açmaq üçün xüsusi burmağa ehtiyac olmur, açılanda qazı çıxmır və sair. Bu isə onun təmizliyi və daha öncə istifadəsi ilə bağlı şübhələrə əsas verir. Maya dəyəri 4-5 AZN olan toyuğu 3 dəfə baha satmaq da işbazların yeni şakəridir.
Və ən maraqlısı da odur ki, ofisiantlara bu barədə hər hansı şikayət edəndə sanki öyrədilmiş kimi bir cavabları olur: "İstəmirsizsə almayın. Biz məcbur etmirik"... Valideynlərin narazılığına cavab verəcək şəxslər isə ortada görünmür.
Bu durumla bağlı Olimpik Starın rəsmi nümayəndəsi ilə danışmağa cəhd edilsə də, həmin gün orda suallarımıza adekvat şəxs tapılmadı. Bu gün ərzində isə telefon zənglərimizə heç kim cavab vermədi. Rəhbərliyin mövqeyini işıqlandırmağa və onların "marketinq mövqeyini" işıqlandırmağa hazırıq.

http://xalqxeber.az

Bu gün, 12:18
Füzulidə mina partladı - Ölən var
Bu gün, 11:43
Gədəbəydə icra rəisi və icra məmuru aliment, borc pullarını “yeyib”lər – ŞOK CİNAYƏT
Bu gün, 11:21
UEFA Çempionlar Liqası: Bu gün ilk yarımfinalçılar bəlli olacaq
Bu gün, 11:16
Məkkəyə giriş dayandırıldı - SƏBƏB
Bu gün, 11:12
Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb - YENİLƏNİB
Bu gün, 11:09
Tehran: Bu, 5 ölkədən təzminat tələb edirik - SİYAHI
Bu gün, 10:47
Mansur Yavaş barəsində araşdırma başladıldı
Bu gün, 10:32
İpoteka kreditləri ilə bağlı mübahisələr belə həll olunacaq
Bu gün, 09:56
Qohum evliliyi davam edir – Qanun niyə işləmir...
Bu gün, 09:52
Sürücülərə təhlükəli anlar yaşadan körpü - VİDEO
Bu gün, 09:43
Şirvanda əməliyyat - Bir nəfər həbs edildi
Bu gün, 09:39
Ağcabədidə xalauşaqları evləndi - Araşdırmalar başladı
Bu gün, 09:21
Neftin qiyməti ABŞ-ın təsiri ilə 150 dollara qədər arta bilər - "Bloomberg"
Bu gün, 09:13
Macar faktoru: regionda güc balansı yenidən qurulur
Bu gün, 09:06
ABŞ və İran arasında "buzlar əriyir": danışıqlarda müsbət dinamika
Bu gün, 09:00
Qonşu ölkə siqaretlə vidalaşır: tam qadağa planı
Dünən, 16:00
Tramp niyə İranla atəşkəs elan etdi? - ŞOK SƏBƏBLƏR
Dünən, 15:30
Hər evdə var: İşıq pulunu çox yazan cihaz
Dünən, 14:59
Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi
Dünən, 13:54
Bulvarda gülləri əzən 10 nəfər polisə çağırıldı - Video
Dünən, 13:50
Antalya Diplomatiya Forumu çərçivəsində TDT XİN Şurasının qeyri-rəsmi toplantısı keçiriləcək
Dünən, 12:57
Qadınların ən böyük stres mənbəyi kişilərdir - Araşdırma
Dünən, 12:53
Vüqar Gülməmmədov tikinti səhəsindəki maliyyə pozuntularını AÇIQLADI
Dünən, 11:45
ABŞ-nin Hörmüz boğazını blokadası: "Qıtlığa səbəb olacaq"
Dünən, 11:40
Alabaşlı-Qızılca dəmir yolu sahəsində əsaslı təmir işləri aparılıb
Dünən, 11:26
Polisdən son əməliyyatlar - 2 günə onlarla cinayət açıldı, narkotik və axtarışda olan şəxslər saxlanıldı
Dünən, 11:15
Bu şəxslər pensiyaya tez ÇIXA BİLƏCƏK - AÇIQLAMA