Ailə xoşbəxtliyinin səkkiz şərti
Psixoloqlar ailə xoşbəxtliyinin şərtlərini təsnifatlara ayırıblarHegel deyirdi: "İki müxtəlif cinsin nümayəndəsi arasında nikah adlanan əlaqə sadəcə olaraq, təbii heyvani əlaqə və hətta mülki müqavilə də deyildir. O, hər şeydən əvvəl ər ilə arvadın ikisini bir şəxsə çevirərək, qarşılıqlı sevgi və inam əsasında yaranan mənəvi ittifaqdır".
Təbii ki, bu ittifaq ailənin əsasını təşkil edən nikah qarşılıqlı sevgi və inam hissinə arxalandıqda daha möhkəm olur. Ailə də öz növbəsində sağlam olmalıdır ki, cəmiyyət də sağlam olsun.
Psixoloqlara görə ailə xoşbəxtliyinin səkkiz şərti var. Ganca.az saytında həmin şərtlər sadalanıb. Azerinfo oxuculara həmin şərtləri təqdim edir.
Psixoloqlar ailə xoşbəxtliyinin şərtlərini belə təsnifatlara ayırıblar.
1. Ailə həyatı ilə yaşamaq lazımdır. Bu sözlər ər və arvada eyni dərəcədə aiddir. Onlardan heç biri özünü həyat yoldaşından, uşaqlarından ayırmamalı və öz ömründə onların ömrünü yaşamalıdır. Ər-arvad ailənin sevinc və kədərini birlikdə yaşamalı, bir-birinin zövqünü, marağını və arzusunu nəzərə almalı, bir-birinin qayğısına qalmalı, asudə vaxtlarını bir yerdə mənalı keçirməli, öz xoşbəxtliklərini uşaqların səadətində axtarmalıdır.
2. Ər-arvad özlərinə övladlarının gözü ilə baxmalıdır. Ər-arvad bir-birinə təkcə ər-arvad kimi deyil, birinci növbədə, ana və ata kimi yanaşmalı, özlərinə övladlarının gözü ilə baxmalıdır. Bu yolla, eyni zamanda uşaqlarımızın psixi sağlamlığını qorumuş oluruq. Çünki onların əhvalı ana və atanın ovqatından asılıdır.
3. Xoş ünsiyyət (Yəni söz-söhbətsiz, giley-güzarsız, ixtilafsız ünsiyyət). Bu əlamətlərə görə, ailə xoşbəxtliyinin sirlərini müxtəlif istiqamətlərdə təhlil etmək olar. Ailə münasibətlərini xərçəng kimi içindən didən-dağıdan birinci hal deyingənlikdir. Qadının həmişə nədənsə narazı olması ailədə sakitliyi, əsl xoşbəxtliyi pozur və evə kədərli, soyuq ab-hava gətirir. Kişilər isə buna əhəmiyyət vermir, qadının nədən narazı olması ilə maraqlanmırlar. Bəs kişilər nə üçün deyinirlər? Həssas qadın həmişə bu suala cavab axtarır, evdə yersiz söz-söhbətin olmamasına çalışır. Ancaq o, öz təcrübəsində bir həqiqəti gec-tez kəşf edir ki, kişi deyinməyə sadəcə olaraq adət edib, deyinməsə darıxar. Psixoloqlar isə imkan daxilində deyinməməyi məsləhət görürlər. İkinci hal, ərin və ya arvadın bir-birini danlaması, tənqid etməsidir.
4. Həyat yoldaşının əhval və ovqatına həssaslıqla yanaşmaq lazımdır. Onun sevincinə şərik olmaq, dərdilə yaşamaq gərəkdir. Həyat yoldaşının hisslərini bütün zərifliyi ilə başa düşmək və ona həyan olmaq əslində ər-arvadlıq istedadıdır.
Psixologiyada başqa adamın sevincini, dərd-sərini sezməyə, ona şərik olmağa, bu emosional halların təsiri ilə yaşamağa empatiya (empateya latın sözü olub, "hisslərlə yaşama" mənasında işlədilir) deyilir. Onun kökünü rəğbət hissi təşkil edir. Tanımadığımız, ancaq xoşladığımız, bəyəndiyimiz adamların halına belə, tez acıyırıq.
5. Etibar: ər və ya arvad bir-birinə etibar etməli, inanmalıdır. Etibar olmayan yerdə sədaqət də, vəfa da öz dəyərini itirir. Ər arvada, arvad da ərə inanmadığı üçün bir-birində qiymətli keyfiyyətləri görmür, görsələr də, onu başqa meyarlarla qiymətləndirir. Həmişə səmimi olmaq, həyat yoldaşından heç nəyi gizlətməmək, hər şeyi açıq etiraf etmək, yalan danışmamaq lazımdır. Qısqanclıq, ər və ya arvadı güdmə, telefon söhbətlərinə qulaq asma, cibini və ya çantasını xəlvəti axtarmaq və kim bilir daha nələr, ailə həyatının ab-havasını tədricən zəhərləyir.
6. Bir-birini anlama. Ər-arvadın bir-birini başa düşməsi onların sədaqəti ilə bağlıdır. Lakin bu iki amili eyniləşdirmək olmaz. Ailə münasibətlərinin inkişafında onlardan hər birinin öz yeri var. Ərlə arvadın bir-birini başa düşməsi və anlaması ailənin normal həyatı üçün olduqca zəruridir.
7. Normal intim həyat. Ər-arvad həyatının çox mühüm bir sahəsi onların intim münasibətləri ilə bağlıdır. Məhz bu münasibətlər sahəsində ərlə-arvad bir-birini təmin etmədikdə ailədə söz-söhbət, dava-dalaş üçün şərait yaranır, ailə münasibətləri tədricən pozulmağa başlayır, kişi və ya arvad evdən soyuyur, hətta kişinin gözü başqa qadınlarda qalır. Həkimlər bunu seksual uyğunsuzluq kimi qiymətləndirirlər. Mütəxəssislərin hesablamalarına görə, boşanmaların təxminən 30%-i məhz seksual uyğunsuzluq zəminində baş verir.
8. Və öz Evlərinin olması. Psixoloqlar bu məsələdən danışarkən "Ev" sözünü böyük hərflə təsadüfən yazmırlar. Burada söhbət hər hansı bir yaşayış sahəsindən deyil, ailə münasibətlərini öz hərarəti ilə isidən doğma evdən gedir. Bu ocaq bənzərsiz, təkrarolunmazdır.
Psixoloq Azad İsazədə bu məsələlərlə bağlı fikirlərini Lent.az oxucuları ilə bölüşüb. İsazədənin sözlərinə görə, ailə fərdi anlayışdır. Hər kəsin ailəsi özünəməxsus xüsusiyyətləri, daxili "qanunları" ilə müxtəlif ola bilər. Amma bütün ailələrdə ilk növbədə hər iki tərəf ər və arvad bir-birini başa düşməlidir: "Söhbət ondan getmir ki, ər qadını döyür, yoxsa döymür, spirtli içkilər içir, ya içmir. Əgər ər-arvad bir-birini başa düşürsə, səhvlərini görüb ona göz yumursa, o ailədə inkişaf ola bilər. Başa düşməyəndə ailədə bir növ lider və onun tabeliyində olan insanlar yaranır. Ailə münasibətləri hegemonluğa, diktatorluğa çevrilməməlidir. Bütün məsələlər, problemlər ailədə birgə müzakirə olunmalıdır. Məsələn, ən xırda nümunələr göstərim. Evdə xörəyi qadının bişirməyi cəmiyyət tərəfindən birmənalı qəbul olunub. Amma qadın axşam yoldaşından, uşaqlarından sabah onlar üçün hansı yeməyi bişirməsini istədiklərini soruşur. Ya da başqa bir misal. Kişi maşın almaq istəyəndə niyə ailə üzvlərindən soruşmasın ki, məsələn, maşın nə rəngdə, hansı markada olsun. Onsuz da çox vaxt nəticə etibarilə kişi öz istədiyini edir. Amma ən azından qadının ürəyində xal qalmır, fikrinin soruşulması ona xoş təsir bağışlayır".
Azərbaycan reallığında isə ailədə adətən kişi obyektiv və subyektiv qərarlar qəbul edir. Psixoloq deyir ki, bəzən xanım da lider rolu oynayır: "Əlbəttə söhbət vaxtilə kişinin "saqqızını oğurlayan" qadınlardan gedir. Belə hallarda qərarı guya kişilər qəbul edir, amma arvadının təsiri altında edir. Azərbaycan ailələrində və cəmiyyətimizdə başqa bir problem də var. Biz daha çox öz sözümüzü deməyə çalışırıq, bir-birimizi eşitmək istəmirik. Bunun özü də bir problemə yol açır. Bu, son vaxtlar tok-şoularda daha çox gözə çarpır. Əslində hamısı eyni fikri deyir, amma öz bildikləri kimi. Bir-birlərinə diqqətlə qulaq asmadıqlarına görə isə bunu başa düşmür".
Ailədə qısqanclıq hallarının olmasına gəlincə, Azad İsazadə bunu normal hal kimi qəbul edir. Çünki qısqanc olmayan insan yoxdur. Amma qısqanclığın da həddi olmalıdır və onu daxilən nəzarət altında saxlamaq lazımdır: "Biz özümüz qısqanclıq hissini idarə etməliyik. Qoymamalıyıq ki, qısqanclıq bizi idarə etsin. Çünki qısqanclıq elə bir hissdir ki, xərçəng xəstəliyi kimi insan beynini içəridən yeyir. Və bu hiss ailələri dağıdır, faciəli nəticələrə gətirib çıxarır. Hətta qısqanclıq üstündə bir-birini sevən cütlüklər ailə qurmaq fikrindən də daşınır və ömürlərinin sonuna kimi bədbəxt olur. Çünki özünəinam hissini itirir".
Bu gün, 12:18
Füzulidə mina partladı - Ölən var
Bu gün, 11:43
Gədəbəydə icra rəisi və icra məmuru aliment, borc pullarını “yeyib”lər – ŞOK CİNAYƏT
Bu gün, 11:21
UEFA Çempionlar Liqası: Bu gün ilk yarımfinalçılar bəlli olacaq
Bu gün, 11:16
Məkkəyə giriş dayandırıldı - SƏBƏB
Bu gün, 11:12
Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb - YENİLƏNİB
Bu gün, 11:09
Tehran: Bu, 5 ölkədən təzminat tələb edirik - SİYAHI
Bu gün, 10:47
Mansur Yavaş barəsində araşdırma başladıldı
Bu gün, 10:32
İpoteka kreditləri ilə bağlı mübahisələr belə həll olunacaq
Bu gün, 09:56
Qohum evliliyi davam edir – Qanun niyə işləmir...
Bu gün, 09:52
Sürücülərə təhlükəli anlar yaşadan körpü - VİDEO
Bu gün, 09:43
Şirvanda əməliyyat - Bir nəfər həbs edildi
Bu gün, 09:39
Ağcabədidə xalauşaqları evləndi - Araşdırmalar başladı
Bu gün, 09:21
Neftin qiyməti ABŞ-ın təsiri ilə 150 dollara qədər arta bilər - "Bloomberg"
Bu gün, 09:13
Macar faktoru: regionda güc balansı yenidən qurulur
Bu gün, 09:06
ABŞ və İran arasında "buzlar əriyir": danışıqlarda müsbət dinamika
Bu gün, 09:00
Qonşu ölkə siqaretlə vidalaşır: tam qadağa planı
Dünən, 16:00
Tramp niyə İranla atəşkəs elan etdi? - ŞOK SƏBƏBLƏR
Dünən, 15:30
Hər evdə var: İşıq pulunu çox yazan cihaz
Dünən, 14:59
Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi
Dünən, 13:54
Bulvarda gülləri əzən 10 nəfər polisə çağırıldı - Video
Dünən, 13:50
Antalya Diplomatiya Forumu çərçivəsində TDT XİN Şurasının qeyri-rəsmi toplantısı keçiriləcək
Dünən, 12:57
Qadınların ən böyük stres mənbəyi kişilərdir - Araşdırma
Dünən, 12:53
Vüqar Gülməmmədov tikinti səhəsindəki maliyyə pozuntularını AÇIQLADI
Dünən, 11:45
ABŞ-nin Hörmüz boğazını blokadası: "Qıtlığa səbəb olacaq"
Dünən, 11:40
Alabaşlı-Qızılca dəmir yolu sahəsində əsaslı təmir işləri aparılıb
Dünən, 11:26
Polisdən son əməliyyatlar - 2 günə onlarla cinayət açıldı, narkotik və axtarışda olan şəxslər saxlanıldı
Dünən, 11:15
Bu şəxslər pensiyaya tez ÇIXA BİLƏCƏK - AÇIQLAMA