Kimlər əfv olunacaq?
Martda əfv sərəncamı imzalanacağı artıq dəqiqləşib. Martın 17-də dövlətdə axırıncı iş gününün olduğunu nəzərə alsaq, çox qısa zamanda bu sərəncamın şahidi olacağıq. Hazırda müzakirə edilən məsələlərdən biri də bu əfvə siyasilərdən kimlərin düşəcəyi ilə bağlıdır.
Həbsdə olan bir çox siyasi fəal var ki, əfv siyahısında adlarının olması üçün nəzərdə tutulan bütün kriteriyalara cavab verirlər. Onlardan bir neçəsinin adını çəkmək olar; Seymur Həzi, Məmməd İbrahim, Elvin Abdullayev, Asif Yusifli, Zeynalabdin Bağırzadə, NİDA-dan İlkin Rüstəmzadə və Əbdül Əbilov, REAL sədri İlqar Məmmədov və sair. Qarşıda imzalanacaq əfv sərəncamı ilə bu şəxslərin azadlığa buraxılacağına olan ümidlər kifayət qədər çoxdur.
REAL sədrinin həyat yoldaşı Vəfa Məmmədova əfvə ümid etmədiyini söylədi: "İlqarla keçən həftə görüşdüm. Vəziyyəti yaxşıdır. Əfv barədə bir söz deyə bilmərəm. Elə də böyük ümidimiz yoxdur. Hər il bir neçə siyasi məhbus azad olunur, tək İlqardan başqa. Artıq 4 ildir bu belə davam edir. Ona görə də ümidlərimiz yoxdur”.
Əfv Komissiyasına 27 nəfərlik siyahi təqdim edən İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı bunları dedi: "Əfvə kimlərin düşməsi cənab prezidentin səlahiyyətində olan məsələdir. Bizim siyahıda olanlar cəzalarının böyük hissəsini çəkiblər. Gənclər var ki, onların həyatları sınmasın deyə azadlıqlarını xahiş etmişik. Bütün nüansları nəzərə alıb, 27 nəfəri seçmişik. Məncə, müsbət nəticə gözlənilir. Hər halda, bir az gözləyək, düşünürəm ki, ötənilki Novruzda olduğu kimi, bu dəfə də sevinəcəyik. Ötən il kifayət qədər şəxslər azad olundu. Əfv sözü çox məsuliyyətli bir sözdür. Bu, humanizm, insanpərvərlikdir. Bayramımızın özü də məhz buna yüklənib. Mənə elə gəlir ki, siyahımızda olan 27 nəfər azadlığa buraxılacaq. Bizim siyahı nə 160, nə də 120 nəfərlik deyil. Kifayət qədər çox şəxsin adlarını siyahılara salmaqla düşünürlər ki, işlər düzələcək. Onların düşüncələri tam yanlışdır. Hamısını bir-bir yoxlayıb seçmişik ki, onlar real olaraq azadlığa buraxıla bilərlər”.
///Yeni Müsavat
Bu gün, 14:04
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb
Bu gün, 13:37
TƏBİB: WUF13-la bağlı 75 briqada və 35 təcili tibbi yardım avtomobili ayrılıb
Bu gün, 13:32
Azərbaycanda küçə ticarəti ilə bağlı yeni QƏRAR
Bu gün, 12:56
İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir
Bu gün, 12:49
Pensiyalarla bağlı ŞAD XƏBƏR: 10 faiz ARTIB
Bu gün, 12:13
Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - VİDEO
Bu gün, 11:59
AZAL Bakı-Dubay reyslərini bərpa edib
Bu gün, 11:52
Kəlbəcərdə 855 ailənin köçürüləcəyi kənddən GÖRÜNTÜLƏR
Bu gün, 11:40
Azərbaycanda illik inflyasiyaya təsir edən amillər açıqlandı
Bu gün, 11:32
Vüsal Nəsirli direktoru işdən çıxardı, yeni vəzifə verdi
Bu gün, 11:01
Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR: Şərtlər sadələşdirilə bilər
Bu gün, 10:53
Azərbaycanda bəzi şəxslərə hər ay 1000 manatadək PUL MÜKAFATI veriləcək
Bu gün, 10:48
Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunun qrafikində DƏYİŞİKLİK OLACAQ
Bu gün, 10:43
Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının təşkilinə görə 3.6 milyon QAZANACAQ
Bu gün, 10:36
Film kimi HADİSƏ - Vəzifəli şəxs inək cəsədinin içində ölkədən qaçdı
Bu gün, 10:06
Bu gündən bu zolaqlarına daxil olan maşınlar CƏRİMƏLƏNƏCƏK
Bu gün, 09:59
TDT liderlərinin Türküstanda kritik toplantısı
Bu gün, 09:43
Çin dönüşü İran planı - İki hərbi seçim var
Bu gün, 09:34
Hərbi Hava Qüvvələrinin polkovniki vəfat etdi
Bu gün, 09:28
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Bu gün, 09:19
ABŞ-də saxlanılan Nikolas Maduronun həbsxana həyatı və vida mesajı
Bu gün, 09:14
İsrail İrana qarşı əməliyyatın yenidən başlaya biləcəyini açıqlayıb
Bu gün, 09:12
Anar Rzayev: "Xırdalan dairəsinə yaxın ərazidə böyük yolötürücüsünün tikintisi planlaşdırılır"
Bu gün, 09:00
Azərbaycanda əcnəbilərə yaşama icazələri vəsiqələri elektron qaydada veriləcək
Dünən, 16:00
Bu peşələrin dövrü başlayır – şirkətlər işçi tapa bilmir
Dünən, 14:02
Ermənistana GETMƏYİN! – Rusiyadan RƏSMİ çağırış, GƏRGİNLİK pikdə
Dünən, 13:55
Gürcüstanda ağır qəza - Azərbaycanlılar həlak oldu