Tamara Həmidova ilə Hacıbala Abutalıbovu nə birləşdirirmiş?

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq mühasibi Tamara Həmidovaya qarşı dələduzluğun yeni təfərrüatları haqda məlumatlar əldə etmişik
Ötənlərdə xəbər vermişdik ki, T.Həmidovanın 505 min dolları ələ keçirilib. Məsələ belə olub ki, 2013-cü ildə Gündüz Bağırov və Çingiz Təndirov ortaq tanışları vasitəsi ilə T.Həmidova tanış olublar. Onlar qadını inandırıblar ki, Birləşmiş Ərəb Əmirliklərində böyük bizneslə məşğuldurlar.
Əllərindəki milyonlarla pulu biznesə yatırıblar, dövriyyəni böyütmək üçün onlara əlavə vəsait lazımdır. Sabiq baş mühasibdən biznesə yatırmaq üçün pul istəyiblər. Bu yolla T.Həmidovadan 2013-2014-cü illər ərzində ümumilikdə 505 min dollar pul alıblar və ona hər ay faiz verəcəklərini vəd ediblər. İlkin dövrlərdə sabiq baş mühasibə faizlər verilsə də, sonradan proses dayandırılıb. T.Həmidova bir neçə müraciətdən sonra ona pulu verməkdən imtina ediblər. Deyiblər ki, hara istəsə şikayət edə bilər. T.Həmidova deyildiyi kimi də edib. Bir çox ünvanlara şikayət ünvanlasa da, aylarla davam edən araşdırmalardan sonra ona məhkəməyə müraciət etməyi məsləhət biliblər.
Aldığımız məlumatda bildirilir ki, T.Həmidova faizləri deyil, əsas məbləği almaq üçün bu gün də çalışır, davamlı olaraq Prezident Administrasiyasına, hüquq mühafizə orqanlarına şikayətlər edir. O, faizlə borc verdiyi 505 min dolları illərlə topladığını gizlətmir. Pulların mənbəyi haqda bilinən isə budur ki, keçmiş mühasibin vaxtilə Bakı Şəhər İcra Hakimiyyətində işləyərkən Hacıbala Abutalıbovla yaxşı münasibətləri olub. Həmin vaxt T.Həmidova Bakının müxtəlif ərazilərindən çoxlu torpaqlar əldə etməyə nail olub. Onun Bakının əksər rayonlarında - Sabunçu, Səbayel, Xəzər, Yasamal, Nizami rayonu ərazisində çoxsaylı torpaq sahələrinə sahib olduğu bilinir. Həmin torpaq sahələrinin əksəriyyəti ilə bağlı T.Həmidovanın məhkəmə çəkişmələri olub. Çox vaxt torpaqların başqa şəxslərə məxsus olması üzə çıxıb, T.Həmidova məhkəmələrə çəkilib. Belə məhkəmə çəkişmələri uzun müddət Səbayel, Sabunçu, Xəzər Rayon Məhkəmələrində araşdırılıb.
İddialara görə, T.Həmidovanın sabiq milli təhlükəsizlik nazirinin yaxın çevrəsinə daxil olan şəxslə əlaqəsi hesabına əksər məhkəmə çəkişmələrindən qalib çıxıb. Bu əlaqə üzərindən onun torpaqlarla bağlı məhkəmə çəkişmələri yoluna qoyulub. Bu məsələnin getdikcə böyüməsi mühasiblə Abutalıbov arasında münaqişənin yaranmasına gətirib çıxarıb.
Mer mühasibini zəiflətmək istəsə də, ona bata bilməyib. İddia edilir ki, torpaq söhbətinə görə aralarında böyük davalar olub. Nizami rayonu, Çobanzadə küçəsində T.Həmidovanın satdığı bir torpaq sahəsində ət dükanı tikilib. Torpağı alan şəxsə vəd olunub ki, torpağın sənədləri ona veriləcək. Amma verilməyib. Torpaq sahibi biləndə ki, onun mağazasının altından magistral xətt keçir, artıq gec olub. Hətta həmin xətdə baş verən qəza nəticəsində mağaza vaxtilə sökülüb. Mağaza sahibi böyük ziyana düşüb. Sonradan öz hesabına mağazanı yenidən bərpa etdirib.
Baş verənlər T.Həmidovanın torpaq biznesini davam etdirməsinə mane olmayıb. Abutalıbovun sabiq mühasibi torpaq biznesdən böyük gəlirlər əldə edib. 2013-cü ildə isə Gündüz Bağırov və Çingiz Təndirovla tanışlığı onun illərlə torpaq biznesindən əldə etdiyi pulların əlindən getməsinə səbəb olub. Pulların geri qaytarılacağına ümidlər də aradan qalxır...(musavat.com)
Bu gün, 14:04
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb
Bu gün, 13:37
TƏBİB: WUF13-la bağlı 75 briqada və 35 təcili tibbi yardım avtomobili ayrılıb
Bu gün, 13:32
Azərbaycanda küçə ticarəti ilə bağlı yeni QƏRAR
Bu gün, 12:56
İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir
Bu gün, 12:49
Pensiyalarla bağlı ŞAD XƏBƏR: 10 faiz ARTIB
Bu gün, 12:13
Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - VİDEO
Bu gün, 11:59
AZAL Bakı-Dubay reyslərini bərpa edib
Bu gün, 11:52
Kəlbəcərdə 855 ailənin köçürüləcəyi kənddən GÖRÜNTÜLƏR
Bu gün, 11:40
Azərbaycanda illik inflyasiyaya təsir edən amillər açıqlandı
Bu gün, 11:32
Vüsal Nəsirli direktoru işdən çıxardı, yeni vəzifə verdi
Bu gün, 11:01
Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR: Şərtlər sadələşdirilə bilər
Bu gün, 10:53
Azərbaycanda bəzi şəxslərə hər ay 1000 manatadək PUL MÜKAFATI veriləcək
Bu gün, 10:48
Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunun qrafikində DƏYİŞİKLİK OLACAQ
Bu gün, 10:43
Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının təşkilinə görə 3.6 milyon QAZANACAQ
Bu gün, 10:36
Film kimi HADİSƏ - Vəzifəli şəxs inək cəsədinin içində ölkədən qaçdı
Bu gün, 10:06
Bu gündən bu zolaqlarına daxil olan maşınlar CƏRİMƏLƏNƏCƏK
Bu gün, 09:59
TDT liderlərinin Türküstanda kritik toplantısı
Bu gün, 09:43
Çin dönüşü İran planı - İki hərbi seçim var
Bu gün, 09:34
Hərbi Hava Qüvvələrinin polkovniki vəfat etdi
Bu gün, 09:28
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Bu gün, 09:19
ABŞ-də saxlanılan Nikolas Maduronun həbsxana həyatı və vida mesajı
Bu gün, 09:14
İsrail İrana qarşı əməliyyatın yenidən başlaya biləcəyini açıqlayıb
Bu gün, 09:12
Anar Rzayev: "Xırdalan dairəsinə yaxın ərazidə böyük yolötürücüsünün tikintisi planlaşdırılır"
Bu gün, 09:00
Azərbaycanda əcnəbilərə yaşama icazələri vəsiqələri elektron qaydada veriləcək
Dünən, 16:00
Bu peşələrin dövrü başlayır – şirkətlər işçi tapa bilmir
Dünən, 14:02
Ermənistana GETMƏYİN! – Rusiyadan RƏSMİ çağırış, GƏRGİNLİK pikdə
Dünən, 13:55
Gürcüstanda ağır qəza - Azərbaycanlılar həlak oldu