Broylerlər rəsmən qəsdimizə durublar... - Gizli anlaşma

Azərbaycanda fəaliyyət göstərən iri broylerlərin müdhiş fırıldağı ilə bağlı AFN-in redaksiyasına məlumat daxil olub.
Quşçuluq sahəsində çalışan mənbənin saytımıza bildirdiyinə görə, bazarlarda müşahidə edilə bahalaşma əslində hər hansı iqtisadi qanunauyğunluqdan yox, broyler fabriklərinin işbirliyindən qaynaqlanır: “Bazarda əsas paya sahib olan “Şəfalı”, “Dəvəçi”, “Siyəzən” bir-birlərilə sövdələşməyə gedərək süni mal qıtlığı yaradırlar. Onların sövdələşməsi belə olur ki, bazara hər həftə biri mal çıxarır. Bazarın 70-80 faiz tələbatını ödəyən iri broylerlərin hər həftə yalnız biri satışa mal çıxaranda təbii olaraq qıtlıq yaranır. Bu baxımdan da istədikləri qiyməti diktə edə bilirlər. Normal bazar münasibətləri şəraitində bunlar arasında rəqabət olmalıdır, amma əksinə, broylerlər sözləşib işbirliyinə gedərək bazarda qiymətləri real məbləğdən xeyli baha saxlamağa müvəffəq olurlar. Bu səbəbdəndir ki, yanvar ayı ərzində qiymətlər təxminən 20-40 qəpik bahalaşdı”.
Dövlət Statistika Komitəsi bildiri ki, Azərbaycanda yerli istehsal quş ətinə olan tələbatın 98 faizini təmin etmək gücündədir. Lakin kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun AFN-ə verdiyi açıqlamaya görə, yerli istehsal daxili tələbatı ödəmək gücündə deyil: “Yerli istehsal 100 min tondur. Hökumət nümayəndələri hesab edir ki, bu qədər istehsal quş ətinə olan təlabatın 100 faizi qədərdir. Bu yanlış yanaşmadır. Daxildə istehsal olunan quş əti bizim təlabatın 37 faizini təşkil edir. Adambaşına ət norması 84 kiloqramdır. Mal və qoyun ətini də nəzərə alsaq, 260-270 min ton quş əti istehsal olunmalıdır ki, daxili təlabatı ödəyə, qiymətlər də qonşu ölkələrdə olduğu kimi, bütün istehlakçılar üçün əlçatan olar”.
Nazirlər Kabinetinin ötən ilin sentyabrında qəbul etdiyi qərarla yerli istehsalı qorumaq üçün xaricdən quş əti və ət məhsulları idxalına əlavə rüsumlar tətbiq olunub. Qərara əsasən 1 kq toyuq ətinin ölkəyə idxalı üçün 1 dollar ƏDV tətbiq edilir. Vahid Məhərrəmov deyir ki, hakimiyyət özü sahibkarlar üçün şərait yaradıb ki, istehsal etdikləri məhsulu baha satıb xərclərini qarşılasınlar: “Quş əti istehsalı baha başa gəlir. Keçən il “Şəfalı” 2 milyon manat ziyanla işləmişdi. Ona görə də imkan verirlər ki vəziyyətdən istifadə etsinlər”.
Azərbaycan 2015-ci ildə 319 min ton ət istehsal edib, bunun 100 min tonu quş əti, qalan 219 min tonu isə mal və qoyun ətidir. Buraya ölkəyə kəsim üçün idxal olunn diri heyvanların əti də daxildir. Ümumilikdə bu qədər ət ölkə təlabatının az bir hissəsini ödəyir. V.Məhərrəmovun sözlərinə görə, Nazirlər Kabinetinin müəyyən etdiyi minimum istehlak səbətindəki rəqəmləri ümumi norma kimi təqdim etmək və müqayisə aparmaq qüsurludur: “Dünyada qəbul olunmuş qida norması var, bu normanı Ümumdünya Səhiyyə Təşkilatı müəyyən edib. Ümumdünya Səhiyyə Təşkilatı müəyyən etdiyi qida normasına uyğun olaraq adambaşına il ərzində ət istehlakı 84 kiloqram nəzərdə tutulur. Azərbaycanda isə bu göstərici 2,5 dəfədən də çox aşağıdır. Ölkədə adambaşına il ərzində 33 kiloqram ət və ət məhsulları istehlak olunur. Bu da müəyyən edilmiş normanın 39 faizi qədərdir. Onu da xatırladım ki, bir müddət əvvəl BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) hazırladığı hesabatda Azərbaycan əhalisinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi gündəlik və illik qida normasından xeyli aşağı miqdarda ərzaq və qida məhsulları istehlak etdiyi, xüsusən, yüksək kalorili məhsulların istehlakının müəyyən olunmuş normadan xeyli aşağı olduğu qeyd edilmişdi. Ət və ət məhsulları istehlakının adambaşına illik norması 84 kiloqramdır. Reallıqda isə ölkə əhalisi adambaşına ildə cəmi 33 kiloqram ət istehlak edir”.
Qeyd edək ki, yola saldığımız ilin sonlarında bu ilin yanvarından etibarən toyuq əti idxalının ƏDV-dən azad ediləcəyi barədə xəbərlər yayılmışdı. Bu barədə vergilər naziri Fazil Məmmədov mediaya açıqlama vermişdi. Həmin xəbərdən sonra gözlənilənlərin əksinə olaraq bazarda toyuq əti kəskin bahalaşdı-təxminən 30-50 qəpik civarinda. O zaman ticarət sektorundakı mənbələrdən AFN-ə verilən məlumatda bildirilirdi ki, broylerlər ehtiyat tədbiri görürlər, yanvarda ƏDV ləğv edilsə qiymətlər avtomatik ucuzlaşmalıdır, ona görə də indidən bahalıq yaradırlar ki, onda ciddi ucuzlaşmaya getməsinlər. Lakin göründüyü kimi, belə bir qərar verilmədi və nəticədə toyuq əti ciddi surətdə bahalaşdı. Həm də broylerlərin işbirliyi nəticəsində.
Məsələ ilə bağlı araşdırmamız davam edir.
Bu gün, 14:04
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb
Bu gün, 13:37
TƏBİB: WUF13-la bağlı 75 briqada və 35 təcili tibbi yardım avtomobili ayrılıb
Bu gün, 13:32
Azərbaycanda küçə ticarəti ilə bağlı yeni QƏRAR
Bu gün, 12:56
İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir
Bu gün, 12:49
Pensiyalarla bağlı ŞAD XƏBƏR: 10 faiz ARTIB
Bu gün, 12:13
Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - VİDEO
Bu gün, 11:59
AZAL Bakı-Dubay reyslərini bərpa edib
Bu gün, 11:52
Kəlbəcərdə 855 ailənin köçürüləcəyi kənddən GÖRÜNTÜLƏR
Bu gün, 11:40
Azərbaycanda illik inflyasiyaya təsir edən amillər açıqlandı
Bu gün, 11:32
Vüsal Nəsirli direktoru işdən çıxardı, yeni vəzifə verdi
Bu gün, 11:01
Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR: Şərtlər sadələşdirilə bilər
Bu gün, 10:53
Azərbaycanda bəzi şəxslərə hər ay 1000 manatadək PUL MÜKAFATI veriləcək
Bu gün, 10:48
Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunun qrafikində DƏYİŞİKLİK OLACAQ
Bu gün, 10:43
Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının təşkilinə görə 3.6 milyon QAZANACAQ
Bu gün, 10:36
Film kimi HADİSƏ - Vəzifəli şəxs inək cəsədinin içində ölkədən qaçdı
Bu gün, 10:06
Bu gündən bu zolaqlarına daxil olan maşınlar CƏRİMƏLƏNƏCƏK
Bu gün, 09:59
TDT liderlərinin Türküstanda kritik toplantısı
Bu gün, 09:43
Çin dönüşü İran planı - İki hərbi seçim var
Bu gün, 09:34
Hərbi Hava Qüvvələrinin polkovniki vəfat etdi
Bu gün, 09:28
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Bu gün, 09:19
ABŞ-də saxlanılan Nikolas Maduronun həbsxana həyatı və vida mesajı
Bu gün, 09:14
İsrail İrana qarşı əməliyyatın yenidən başlaya biləcəyini açıqlayıb
Bu gün, 09:12
Anar Rzayev: "Xırdalan dairəsinə yaxın ərazidə böyük yolötürücüsünün tikintisi planlaşdırılır"
Bu gün, 09:00
Azərbaycanda əcnəbilərə yaşama icazələri vəsiqələri elektron qaydada veriləcək
Dünən, 16:00
Bu peşələrin dövrü başlayır – şirkətlər işçi tapa bilmir
Dünən, 14:02
Ermənistana GETMƏYİN! – Rusiyadan RƏSMİ çağırış, GƏRGİNLİK pikdə
Dünən, 13:55
Gürcüstanda ağır qəza - Azərbaycanlılar həlak oldu