Bahalaşma dalğası siqaret və arağa da çatdı: “nə iç, nə çək...” - Səfalət
Sosial
Oxunub: 1 070
19 yan 2017 | 10:43
Bahalaşma dalğası siqaret və arağa da çatdı: “nə iç, nə çək...” - Səfalət










Ölkədə bahalaşma dalğası tütün və spirtli içki məmulatlarına da çatdı

Topdansatış mərkəzlərdə siqaret və araq məhsullarının qiyməti qalxıb.

Bu malların əsasən xaricdən idxal olunması tariflərin dəyişməsinə səbəb olub. Yerli istehsal olan siqaret və spirtli içkilərin qiymətində isə cüzi bahalaşma qeydə alınıb.

Ölkədə əhalinin gündəlik tələbatı olmasa da, insanların əksəriyyətinin siqaret çəkdiyini söyləmək olar. Eyni zamanda spirtli içki də tələbat olan məmulatdır.

Benzinin bahalaşması, manatın tam devalvasiyası deməyə əsas yaradırdı ki, hər şeyin qiyməti artacaq. Artıq tütün məmulatların nağd pulla topdan satışı qadağan olunub.

Tütün məmulatlarının pərakəndə satışı ilə məşğul olanlar ildirib ki, mağazalara tütün məmulatlarının tədarükü dayandırılıb.

"Bu gün mağazamıza siqaret gəlməyib. Bizə bildiriblər ki, bu gündən siqareti ancaq plastik kartla almaq mümkündür. Topdan satışla məşğul olanlar siqareti plastik kartla və ya öncədən hesaba köçürmə yolu ilə sata biləcəklər.

Pərakəndə ticarətlə məşğul olanların 90%-nin nə kartı var, nə də hesabları. Bir sözlə, siqaretin pulu öncədən ödənildikdən sonra mağazalara siqaret göndəriləcək. Pul əvvəlcədən ödənməyəcəksə, siqaret də gəlməyəcək".

Tütün məmulatlarının nağdsız topdan satışı qiymət artımına yol aça bilər.

"Artıq dünəndən bizə siqaret satmırlar. Buna səbəb kimi də kartımız və hesabımızın olmaması göstərilir. Bizə bildirirlər ki, hansı siqaretdən nə qədər lazımdırsa, qabaqcadan pulunu ödəyin biz də gətirək.

Hazırda topdan satış mərkəzlərində siqaretin qiymətində artım yoxdur. Amma pərakəndə satışla məşğul olanlara nağd pulla satış qadağan olunduğundan tütün məmulatlarında qıtlıq müşahidə edilir.

Ona görə də bəzi mağazalar siqaretlərin qiymətini cüzi artırıb. Əvvəllər topdansatışla məşğul olanlar pərakəndə ticarət mərkəzlərinə sifariş olunan həcmdə siqaret gətirir, müəyyən müddətdən sonra gəlib malın pulunu götürürdülər.

Siqaretlərin nağdsız qaydada əvvəlcədən ödəniş edilməklə alınması üçün külli miqdarda pul lazımdır. Belə davam etsə, pərakəndə ticarətlə məşğul olanlar qiymətləri mütləq qaldıracaqlar", - deyə pərakəndə ticarətlə məşğul olanlar vurğulayıb.

Politika.Az xatırladır ki, ölkədə tütün bahalaşdıran deputat Rüfət Quliyevin sahibi olduğu fabrikdir. Rüfət Quliyevin rəhbəri olduğu “EUROPEAN TOBACCO Baku” fabrikinin yenə qiymət artımına yol verəcəyi gözlənilir.

Buradan belə görünür ki, əslində monopoliyaya qarşı qanunların qəbul edilərək onların reallaşmasına maneə olan məmurlardan biri də məhz Rüfət Quliyevin özüdür. Bildirildiyinə görə o nazirlərin, yüksək çinli məmurların istəyilə parlamentə düşməyi bacarıb.

Şirkət “British American Tobacco” və “İmperial Tobacco Group” kimi qlobal şirkətlərlə birgə “Viceroy” və “Prima De Luxe” siqaret brendlərini istehsal edir.
Bu gün, 12:56
İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir
Bu gün, 12:49
Pensiyalarla bağlı ŞAD XƏBƏR: 10 faiz ARTIB
Bu gün, 12:13
Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - VİDEO
Bu gün, 11:59
AZAL Bakı-Dubay reyslərini bərpa edib
Bu gün, 11:52
Kəlbəcərdə 855 ailənin köçürüləcəyi kənddən GÖRÜNTÜLƏR
Bu gün, 11:40
Azərbaycanda illik inflyasiyaya təsir edən amillər açıqlandı
Bu gün, 11:32
Vüsal Nəsirli direktoru işdən çıxardı, yeni vəzifə verdi
Bu gün, 11:01
Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR: Şərtlər sadələşdirilə bilər
Bu gün, 10:53
Azərbaycanda bəzi şəxslərə hər ay 1000 manatadək PUL MÜKAFATI veriləcək
Bu gün, 10:48
Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunun qrafikində DƏYİŞİKLİK OLACAQ
Bu gün, 10:43
Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının təşkilinə görə 3.6 milyon QAZANACAQ
Bu gün, 10:36
Film kimi HADİSƏ - Vəzifəli şəxs inək cəsədinin içində ölkədən qaçdı
Bu gün, 10:06
Bu gündən bu zolaqlarına daxil olan maşınlar CƏRİMƏLƏNƏCƏK
Bu gün, 09:59
TDT liderlərinin Türküstanda kritik toplantısı
Bu gün, 09:43
Çin dönüşü İran planı - İki hərbi seçim var
Bu gün, 09:34
Hərbi Hava Qüvvələrinin polkovniki vəfat etdi
Bu gün, 09:28
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Bu gün, 09:19
ABŞ-də saxlanılan Nikolas Maduronun həbsxana həyatı və vida mesajı
Bu gün, 09:14
İsrail İrana qarşı əməliyyatın yenidən başlaya biləcəyini açıqlayıb
Bu gün, 09:12
Anar Rzayev: "Xırdalan dairəsinə yaxın ərazidə böyük yolötürücüsünün tikintisi planlaşdırılır"
Bu gün, 09:00
Azərbaycanda əcnəbilərə yaşama icazələri vəsiqələri elektron qaydada veriləcək
Dünən, 16:00
Bu peşələrin dövrü başlayır – şirkətlər işçi tapa bilmir
Dünən, 14:02
Ermənistana GETMƏYİN! – Rusiyadan RƏSMİ çağırış, GƏRGİNLİK pikdə
Dünən, 13:55
Gürcüstanda ağır qəza - Azərbaycanlılar həlak oldu
Dünən, 13:50
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı - Fotolar
Dünən, 13:47
Ceki Çan yeni filminin bir hissəsini Azərbaycanda çəkəcək
Dünən, 12:38
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə mayın pensiyaları ödənilib