Mikayıl Cabbarovun әmri 275 saylı mәktәbdә saya salınmır
Amma, aparılan yoxlamalar zamanı әsl hәqiqәtlәr deyil, mәhz hәqiqәtlәrin görünmәyәn tәrәflәri üzә çıxarılır
Bu da bir hәqiqәtdir ki, son illәr respublikamızda tәhsilin inkişafı, problemlәrinin hәlli daha aktuallıq kәsb edәn mövzulardan birinә çevrilib. Belә ki, Mikayıl Cabbarovun tәhsil naziri vәzifәsinә tәyin olunması, bu sahәyә müәyyәn abhava gәtirmәklә bәrabәr, hәm hәm kadr tәyinatında, hәm dә tәhsilimizin bir çox sahәlәri üzrә müәyyәn islahat proqramlarının hәyata keçirilmәsindә mühüm rol oynadı. Bir sözlә, Azәrbaycanda tәhsilin inkişaf etdirilmәsi, әsas prioritet mövzulardan birinә çevrildi.
Bütün bunlara baxmayaraq, “Gündәm Xәbәr”in ötәn saylarının birindә Bakı şәhәri, Suraxanı rayonu Yeni Günәşli qәsәbәsindә fәaliyyәt göstәrәn ?.A.Eyvazov adına 275 saylı orta mәktәbdә yaşananlardan bәhs etmişdik vә onu da vurğulamışdıq ki, bu gün dә adı çәkilәn tәhsil ocağında tәhsilimiz bilәrәkdәn mәhvә sürüklәnmәkdәdir. Belә ki, tәhsil ocağında yaşananlarla bağlı mәlumatları redaksiyamıza çatdıran mәnbәnin bildirdiyinә görә, 2008ci ildә Elmira xanım İsmayılovanın adı çәkilәn mәktәbә direktor tәyin olunması, әslindә analoqu olmayan faciәlәrin әmәlә gәlmәsinә sәbәb oldu. Çünki, hәlә bir müddәt bundan әvvәl istәr bayraq mәsәlәsi, istәrsә dә tәrtib etdiyi “Rüşvәt dәftәri” vә digәr çoxsaylı qanunsuzluqları ilә gündәmi zәbt edәn xanım direktora, atdığı addımlarının müqabilindә rәhbәrlik tәrәfindәn şiddәtli töhmәt dә verildi. O halda
hәr kәs düşünürdü ki, Elmira xanım ona qarşı atılan belә bir addımlarından sonra azçox qanunqaydaya әmәl edәcәk vә idarәçiliyindә qismәn dә olsa dönüş yaradacaq. Amma, atalar demişkәn “Sәn saydığını say, gör fәlәk nә sayır” deyimi, çox keçmәdi ki, özünü göstәrmәyә başladı.
Ümumiyyәtlә, xanım direktorun әvvәlki illәrdә qol qoyduğu çoxsaylı qanunsuzluqlar haqda mәlumatları redaksiyamıza çatdıran mәnbә qeyd edir ki, “Elmira xanım İsmayılovanın ilk illәrdә atdığı addımlardan biri, onun qanunsuz yollarla mәktәbә müәllim götürmәsi olmuşdur. Belә ki, o, İncәsәnәt Unversitetini bitirәn Böyükxanım adlı müәllimәni Azәrbaycan dili, heç bir zәrurәt olmadığı halda Dinarә xanımı isә, qrup müәllimi tәyin etmişdir. Daha iki nәfәrә dә, müәllim işlәmәk sәlahiyyәti verir. Onun belә bir addımlarından sonra, mәktәb müәllimlәrinin kütlәvi narazılığı baş qaldırır vә ayrıayrı instansiyalara silsilә şikayәtlәr dә ünvanlanır. Çox keçmir ki, direktorun qanunsuz yollarla işә götürdüyü müәllimlәrin hәr biri, müәllimlik vәzifәlәrindәn uzaqlaşdırılırlar. O, hәtta Mәshәti Mirzәyevanı da dәrnәk rәhbәri tәyin edibmiş. Baxmayaraq ki, tәhsil haqqında Qanuna görә mәktәb direktoru kimisә dәrnәk rәhbәri tәyin edә bilmәz. Tahirә xanım Gülmәmmәdova RFnın Kamenski şәhәrindә “pedoqoji tәhsil almasına” baxmayaraq, xanım direktor onu azәrbaycan bölmәsi üzrә ibtidai sinif müәllimi dә tәyin edir. Elmira xanımın qol qoyduğu qanunsuzluqlardan әn başlıcası, bu gün onun mәktәb müәllimlәrini tәbәqәlәrә ayırması vә rәhbәrlik etdiyi tәhsil ocağına, sanki gәlir mәnbәyi kimi dә baxmasıdır. Mәsәlәn, o, ona rüşvәt vermәyi bacaran, “sözünü eşidәn” hәr bir müәllimi yüksәk dәrs saatı ilә tәmin edir. Hәtta, bu azmış kimi hәmin müәllimlәrә mәktәbdә repititorluq etmәk üçün lazımi şәrait dә yaradır. Hәmin vaxt Elmira xanımın basilica marağı o olur ki, repititorluqdan әldә olunan gәlirin müәyyәn hissәsi ona çatır vә belә bir sәbәblәr üzündәn dә, bu gün o, hәm hörmәtli, hәm dә olduqca imkanlı mәktәb direktoru hesab olunur. Adı çәkilәn tәhsil ocağında yaşanan әn biabırçı olay, Elmira xanımın tәrtib etdiyi “Rüşvәt dәftәri”nin bir müddәt bundan әvvәl, müәmmalı şәkildә yoxa çıxarılması olur. Yәni, bu haqda geniş ictimaiyyәt mәlumatlı olsa da, o, bütün imkanlarını sәfәrbәr edәrәk, yoxa çıxarılmış “Rüşvәt dәftәri”ni geri qaytarmağa da nail olur. Çox keçmir ki, xanım direktorun rәhbәrlik etdiyi tәhsil ocağında yaşanan biabırçı olaydan sonra, Bakı şәhәr
Baş Tәhsi İdarәsi әmәkdaşları tәrәfindәn mәktәbdә yoxlamalar aparılır. Amma, aparılan yoxlamalar zamanı әsl hәqiqәtlәr deyil, mәhz hәqiqәtlәrin görünmәyәn tәrәflәri üzә çıxarılır. Belә ki, adı “Rüşvәt dәftәri”nin siyahısında olan müәllimlәrdәn, yuxarı sinif şagirdlәrindәn, hәtta mәktәbin “ölü can”lar siyahısında yer alan Arif müәllimdәn belә izahatlar alınarkәn, onların hәr biri “lotareya oynayırdıq”, “maddi yardımlar edirdik” vә s.mәzmunda izahatlar yazmağa vadar edilirlәr. Ötәn ilin dekabr ayında Bakı şәhәr Baş Tәhsi İdarәsi әmәkdaşları tәrәfindәn aparılan yoxlamalar zamanı, adı çәkilәn tәhsil ocağında çoxsaylı qanunsuzluqlar yenә dә aşkarlanır. Yәni, adı çәkilәn qurumun әmәkdaşları mәktәbdә repititorluq edәn müәllimlәri görürlәr, mәktәbin idman zalının icarәyә verilmәsini aşkarlayırlar vә bütün bunlar haqda akt tәrtib etsәlәr dә, fotovideo çәkilişlәr hәyata keçirsәlәr dә, fakt budur ki, Elmira xanım İsmayılova bu gün dә 275 saylı tәhsil ocağına rәhbәrlik etmәkdәdir. Baxmayaraq ki, qanunvericiliyin tәlәbinә vә tәhsil naziri cәnab Mikayıl Cabbarovun müvafiq әmrinә görә, tәhsil ocaqlarının balansında olan otaqların, avadanlıqların vә s. icarәyә
verilmәsi qanunla qadağan olunur. Yәni, açıqaydın bildirilir ki, dәrs saatlarının sonundan sonra elektrik enerjisindәn, sudan, istilik sistemindәn vә slәrdәn mәqsәdli şәkildә istifadә etmәk yolverilmәzdir. Amma әldә tediyimiz mәlumatlara görә, Elmira xanım verilmiş tapşırıqları vә qanunun tәlәbini qulaqardına vurmaqla, bu gün dә bildiyi addımlarını atmaqdadır. Mәsәlәn, verilәn mәlumatlarda o da bildirilir ki, dәrs saatları başa çatdıqdan sonra kәnar şәxslәr mәktәbin idman zalından karate idman növü üzrә istifadә edirlәr. Sözsüz ki, bu cür istifadә olunma zamanı, xanım direktorun marağı daha öndә tutulur. Olubkeçәnlәr haqda Bakı şәhәr Baş Tәhsi İdarәsinin rәhbәrliyi mәlumatlı olsa da, nәdәnsә Elmira xanıma “qaşın üstә qara var” deyәn olmur.
Demәli, …Rәhbәrliyin imkanlı vәzifә sahibinә çevrilmәsi haqda mәlumatları redaksiyamıza çatdıran mәnbә onu da bildirir ki, “xanım direktorun daha çox gәlir әldә etmәsinin kökündә, onun yuxarı sinif şagirdlәrini dәrslәrdәn yayındırmasıdır. Mәsәlәn, bu gün dә 911 sinif şagirdlәrinin yarıdan çoxu mәktәb üzü tanımırlar. Bütün bunlara baxmayaraq, Elmira xanım dәrsә gәlmәyәn şagirdlәrә qiymәt yazılması mәsәlәsini, daim diqqәtindә saxlayır. Yәni, o, çox zaman müәllimlәrә tәzyiq edәrәk dәrsә gәlmәyәn şagirdlәrә әn azından “3” qiymәti yazdırır. ?gәr hansısa müәllim onun diktәsi ilә oturubdurmursa, o halda xanım direktor ya rüblük sonu, ya da ki, dәrs ilinin sonunda jurnallardakı qiymәtlәrә düzәlişlәr edir vә yaxud da, “2” qiymәti yazılmış fәnn sәhifәlәrini cırıb atır vә yeni sәhifә açmağı da bacarır. Bu cür faktlar 2011/2012, 2012/2013 vә digәr illәrdә daha çox baş verib. 2015/2016cı illәrin tәdrisburaxılış ilindә Taleh adlı şagird hәrbi dәrsdәn “2” qiymәti alsa da, ona ilin yekununda “3” qiymәti yazılır vә o, atestat almağa müvәffәq olur. Ümumilikdә belә bir addımlar atılmaqla, qeyd olunan tәdrisburaxılış ilindә tәqribәn 15 nәfәr şagirdin qiymәtlәrindә düzәlişlәrә yol verilir. Daha vacib problemlәrdәn biri dә, dövlәt tәrәfindәn tәsәrrüfat xәrclәrinә ayrılan vәsaitlәrin “qeybә çәkilmәsi” olur. Çünki, mәktәbin dәhlizlәrindәn qopan vә şagirdlәrin ayaqları altında sınıqsalxaq olan metlaxlar, uzun müddәtdir ki, qaydaya salınmır. Mәktәbin dörd tәrәfini әhatәyә alan hasarın uçubdağılması da, deyәsәn rәhbәrliyi maraqlandırmayan mәsәlәlәrdәndir.
275 saylı mәktәbdә yaşanan vә bәlkә dә kimlәr üçün böyük әhәmiyyәt kәsb etmәyәn problemlәrdәn biri dә, adı çәkilәn tәhsil ocağında xadimә işlәyәn Arzu Novruzovanın çәtin duruma salınmasıdır. Belә ki, bu haqda mәlumatları zәng edәrәk redaksiyamıza çatdıran şәxsin bildirdiyinә görә, xanım Novruzovanın xәbәri olmadan o, bir yarım ştatdan bir ştata salınır. Olduqca ağır durumda yaşayan vә bir tikә çörәyә möhtac qalan
Arzu xanım, niyә belә bir olayla üzüzә qalıb, hәlә dә belә bir sualın cavabını tapa bilmir. Amma, texniki işçilәr siyahısında adları xadimә gedәn vә iş üzü tanımayan Bәsti, Tamara vә Ruslan adlı şәxslәrin ştatları Arzu Novruzovanın ştatından fәrqli ştatlardır. Verilәn mәlumatlarda o da bildirilir ki, mәktәb üzü tanımayan şәxslәrin әmәk haqları da, rәhbәrlik tәrәfindәn “hәzmirabedәn” keçirilir.
Onu da vurğulayaq ki, Elmira xanım İsmayılovanın rәhbәrlik etdiyi tәhsil ocağı ilә bağlı mәlumatlar çapa hazırlanarkәn, açıqlamanın dәrci hәftәnin bazar gününә tәsadüf etdi. Ona görә dә, xanım direktorla әlaqә saxlayıb problemlәrin varlığına münasibәtini dәqiqlәşdirә bilmәdik vә son anda açıqlamanı bitәrәfli qaydada da dәrc etmәyә mәcbur olduq.
P.S. Hörmәtli oxucular! Adı çәkilәn tәhsil ocağında yaşananlarla bağlı, yaxın günlәrdә sizlәri daha әtraflı mәlumatlandırmağa çalışacağıq. Araşdırmamız davam edir. Odur ki, bizi izlәmәyi unutmayın.
Qarşı tәrәfi dә dinlәyә bilәrik
Bu gün, 12:56
İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir
Bu gün, 12:49
Pensiyalarla bağlı ŞAD XƏBƏR: 10 faiz ARTIB
Bu gün, 12:13
Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - VİDEO
Bu gün, 11:59
AZAL Bakı-Dubay reyslərini bərpa edib
Bu gün, 11:52
Kəlbəcərdə 855 ailənin köçürüləcəyi kənddən GÖRÜNTÜLƏR
Bu gün, 11:40
Azərbaycanda illik inflyasiyaya təsir edən amillər açıqlandı
Bu gün, 11:32
Vüsal Nəsirli direktoru işdən çıxardı, yeni vəzifə verdi
Bu gün, 11:01
Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR: Şərtlər sadələşdirilə bilər
Bu gün, 10:53
Azərbaycanda bəzi şəxslərə hər ay 1000 manatadək PUL MÜKAFATI veriləcək
Bu gün, 10:48
Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunun qrafikində DƏYİŞİKLİK OLACAQ
Bu gün, 10:43
Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının təşkilinə görə 3.6 milyon QAZANACAQ
Bu gün, 10:36
Film kimi HADİSƏ - Vəzifəli şəxs inək cəsədinin içində ölkədən qaçdı
Bu gün, 10:06
Bu gündən bu zolaqlarına daxil olan maşınlar CƏRİMƏLƏNƏCƏK
Bu gün, 09:59
TDT liderlərinin Türküstanda kritik toplantısı
Bu gün, 09:43
Çin dönüşü İran planı - İki hərbi seçim var
Bu gün, 09:34
Hərbi Hava Qüvvələrinin polkovniki vəfat etdi
Bu gün, 09:28
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Bu gün, 09:19
ABŞ-də saxlanılan Nikolas Maduronun həbsxana həyatı və vida mesajı
Bu gün, 09:14
İsrail İrana qarşı əməliyyatın yenidən başlaya biləcəyini açıqlayıb
Bu gün, 09:12
Anar Rzayev: "Xırdalan dairəsinə yaxın ərazidə böyük yolötürücüsünün tikintisi planlaşdırılır"
Bu gün, 09:00
Azərbaycanda əcnəbilərə yaşama icazələri vəsiqələri elektron qaydada veriləcək
Dünən, 16:00
Bu peşələrin dövrü başlayır – şirkətlər işçi tapa bilmir
Dünən, 14:02
Ermənistana GETMƏYİN! – Rusiyadan RƏSMİ çağırış, GƏRGİNLİK pikdə
Dünən, 13:55
Gürcüstanda ağır qəza - Azərbaycanlılar həlak oldu
Dünən, 13:50
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı - Fotolar
Dünən, 13:47
Ceki Çan yeni filminin bir hissəsini Azərbaycanda çəkəcək
Dünən, 12:38
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə mayın pensiyaları ödənilib