Azərbaycan düşməni Zatulindən etiraf: Qarabağın itirilməsinin qarşısını ala bilmədik
Sosial
Oxunub: 19
3 noy 2026 | 09:12
Azərbaycan düşməni Zatulindən etiraf: Qarabağın itirilməsinin qarşısını ala bilmədik


Rusiyanın Dövlət Dumasının deputatı, Azərbaycana qarşı qərəzli mövqeyi və ermənipərəst açıqlamaları ilə tanınan Konstantin Zatulin Qarabağ məsələsində Moskvanın bütün imkanlarından istifadə etmədiyini etiraf edib. O, eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyaya xəyanətdə ittiham edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Zatulin «Moskovski komsomolets» qəzetinə açıqlamasında danışıb.

MDB Ölkələri İnstitutunun direktoru olan deputat Rusiya-Ermənistan münasibətlərinin pisləşməsində hər iki tərəfin eyni dərəcədə günahkar olması fikri ilə razılaşmadığını bildirib.

Zatulin 2020-ci il hadisələrinə toxunaraq Rusiyanın Qarabağ uğrunda müharibənin qarşısını almaq üçün bütün imkanlarından istifadə etmədiyini iddia edib.

«Biz Qarabağın itirilməsinə gətirib çıxaran müharibənin qarşısını almaq üçün bütün imkanlarımızdan istifadə etmədik», – deyə o bildirib.

Deputat Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini ermənilər üçün «milli faciə» adlandırıb. O, Azərbaycanda məhkum edilmiş erməniəsilli şəxsləri özünün «dostları və tərəfdaşları» kimi təqdim edərək onların həbsini şəxsi faciəsi hesab etdiyini söyləyib.

Qeyd edək ki, Zatulin uzun illər Qarabağ separatçılarına açıq siyasi dəstək verən, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı qərəzli mövqe sərgiləyən rusiyalı siyasətçilərdən biridir. Onun açıqlamasında da Qarabağ məsələsinə məhz bu mövqedən yanaşdığı görünür.

Paşinyanı Rusiyaya xəyanətdə ittiham etdi

Zatulinin sözlərinə görə, Rusiya-Ermənistan münasibətlərindəki böhranın əsas səbəbkarı Nikol Paşinyandır.

O iddia edib ki, Paşinyanın Qərbə yaxınlaşmaq siyasəti 2020-ci il müharibəsinin nəticəsi deyil, onun siyasi karyerası boyunca izlədiyi şüurlu xəttdir.

Deputat Ermənistan rəhbərliyini Rusiya ilə tarixi əlaqələri zəiflətməkdə, ölkəni Avropa və ABŞ-yə yaxınlaşdırmaqda günahlandırıb.

Zatulin hesab edir ki, İrəvan Avrasiya İqtisadi İttifaqı çərçivəsində Rusiyadan iqtisadi güzəştlər əldə etməyə davam etməklə yanaşı, həmin imkanlardan Qərbə inteqrasiya üçün yararlanmağa çalışır.

«Ermənistan hakimiyyəti Rusiyanı və Avrasiya İqtisadi İttifaqındakı digər müttəfiqlərini aldatmaq istəyir. Onlar iqtisadi əlaqələrdən faydalanaraq Ermənistanın bir düşərgədən digərinə keçidini maliyyələşdirməyə çalışırlar», – deyə düşmən deputat bildirib.

Zatulin Avropa İttifaqını Rusiyanın düşməni adlandıraraq Ermənistanın bu quruma üzvlük istiqamətində atdığı addımları kəskin tənqid edib.

Onun fikrincə, Paşinyan hökumətinin Avropa İttifaqına inteqrasiya ilə bağlı qanun qəbul etməsi Ermənistanın Rusiyanın rəqibləri sırasına keçmək niyyətini nümayiş etdirir.

Deputat İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dondurmasını da tənqid edib.

«Bu, müharibə dövründə xəyanətdir»,-deyə o, qeyd edib.

Zatulin Ermənistan rəhbərliyinin siyasətini «hərbi əməliyyatlar dövründə xəyanət» adlandırıb.

«Biz müharibə aparırıq. Rəsmi olaraq hələ də müttəfiqimiz sayılan ölkənin bu vəziyyəti nəzərə almasını istəyirik», – deyə o vurğulayıb.

Deputat bildirib ki, Moskva bundan sonra Ermənistanla münasibətlərdə öz iqtisadi maraqlarını və Avrasiya İqtisadi İttifaqının gələcəyini əsas götürəcək.

Bununla belə, Rusiya Ermənistanla mədəni əlaqələri qorumağa çalışacaq.

Zatulin sonda Paşinyanın həyata keçirdiyi siyasətə görə cavab verməli olacağını söyləyib.

«Təəssüf ki, o, bunun cavabını təkbaşına deyil, bütün Ermənistanla birlikdə verəcək», – deyə rusiyalı deputat bildirib.
Bu gün, 17:16
Murad Fetiyev xaricdə tutularaq Azərbaycana gətirildi
Bu gün, 16:00
Rusiya Türk Dövlətləri Təşkilatına şərt qoyur? – Tatarıstan yox, bütün ölkə!
Bu gün, 15:30
İrana nüvə zərbəsi, dünyaya fəlakət – Tramp bu riskə gedəcəkmi?
Bu gün, 14:22
Zəngəzurda SAVAŞ TƏHLÜKƏSİ: İranla bağlı NƏ BAŞ VERİR?
Bu gün, 13:39
Şərqi Zəngəzurla bağlı VACİB AÇIQLAMA
Bu gün, 13:11
Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı
Bu gün, 13:01
Azərbaycanın yeni ombudsmanı seçildi
Bu gün, 12:12
Milli Məclis bəyanat qəbul etdi
Bu gün, 12:09
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən əməliyyat
Bu gün, 12:05
MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Bu gün, 12:01
Vəzifəli şəxs rüşvətə görə həbs olunubmuş - Rəsmi
Bu gün, 11:58
Kozinoğlunun saç və dırnaq nümunələrində - Ölümcül maddə aşkarlandı
Bu gün, 11:54
“Ən çox məskunlaşma Ağdam rayonundadır”
Bu gün, 11:49
Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
Bu gün, 10:47
Bu gün Konqresə seçkilər keçiriləcək - Tramp üçün həlledici gün
Bu gün, 10:34
Meşədə yanmış meyiti tapılan Aqil Rəsulov vəzifəli şəxs imiş - FOTO
Bu gün, 09:52
Yeni mənzil alanlara VACİB XƏBƏR: Buna diqqət etməlisiniz!
Bu gün, 09:48
ABŞ-də dəhşət: Milyonçu və ailəsi təyyarə qəzasında həlak oldu
Bu gün, 09:45
UEFA Çempionlar Liqası: IV tura 9 oyunla start veriləcək
Bu gün, 09:41
Qobustanda daha bir körpü yenilənəcək
Bu gün, 09:12
Azərbaycan düşməni Zatulindən etiraf: Qarabağın itirilməsinin qarşısını ala bilmədik
Bu gün, 09:00
Neft və qızıl ucuzlaşır: Azərbaycan nə itirir, nə qazanır?
Dünən, 16:00
Türkiyə yenidən "bölünür" – Ölkə xəritəsini dəyişdirəcək yeni plan!
Dünən, 15:30
Noyabrda 11 gün iş olmayacaq - Tarixlər
Dünən, 14:22
Rusiya və Ukraynada dəhşətli zarafat: Əhaliyə yalançı nüvə xəbərdarlığı göndərildi
Dünən, 13:44
İsrail prezidenti partiyaları toplayır: Yeni hökumət formalaşacaqmı?
Dünən, 13:16
Avropada "SSRİ kabusu" – Rusiya tərəfdarı, tv müxbiri prezident seçkilərində qalib gəlir!