Bu gün Konqresə seçkilər keçiriləcək - Tramp üçün həlledici gün
Dunya
Oxunub: 18
3 noy 2026 | 10:47
Bu gün Konqresə seçkilər keçiriləcək - Tramp üçün həlledici gün


Bu gün ABŞ Konqresinə aralıq seçkilər keçiriləcək.

“Səsvermənin nəticələrinə əsasən Nümayəndələr Palatasının və Senatın tərkibi müəyyənləşəcək.

Belə ki, Konqresin aşağı palatasındakı 435 yerin hamısı, Senatdakı 100 yerdən isə 35-i uğrunda mübarizə gedəcək.

Bundan əlavə, bu gün təxminən 40 ştatda qubernatorların adlarına aydınlıq gələcək.

Ştatların əksəriyyətində məntəqələr yerli vaxtla saat 06:00 və ya 07:00-da açılır. Məntəqələrin bağlanma vaxtı isə ştatlara görə dəyişir. Məsələn, İndiana və Kentukki ştatlarında seçki məntəqələri yerli vaxtla 18:00-da, Alyaskada isə saat 01:00-da bağlanacaq.

Artıq 50 milyondan çox ABŞ vətəndaşı Konqresə seçkilərdə vaxtından əvvəl səs verib.

Seçki prosedurları da ştatdan asılı olaraq fərqlənir, buna görə də səslərin sayılması müxtəlif sürətlə aparılır. Bəzi ştatlar səsverməni, demək olar ki, tamamilə poçt vasitəsilə keçirir, bu isə səslərin sayım prosesini uzada bilər.

Sorğuların əksəriyyətinə görə, demokratlar, ehtimal ki, ABŞ Nümayəndələr Palatasında yerlərin çoxluğunu əldə edə biləcəklər. Proqnozlara görə, onlar aşağı palatada ən azı 222 yerə ümid edə bilərlər, respublikaçıların isə ən azı 195 yer qazanacağı proqnozlaşdırılır. 435 yerlik aşağı palataya nəzarət üçün ən azı 218 yer əldə etmək lazımdır.

Senatda mübarizə daha gərgin ola bilər, lakin demokratların orada da qalib gəlməsi ehtimalı böyükdür. Demokratlar Partiyası Konqresin yuxarı palatasında çoxluq əldə etmək üçün hazırda mövcud olan bütün yerlərini qoruyub saxlamalı, həmçinin ən azı daha dörd yer əldə etməlidir.

Yerli mətbuatın yazdığına görə, Konqresə seçkilər amerikalıların ümumi əhval-ruhiyyəsini və ABŞ Prezidenti Donald Trampın fəaliyyətinə münasibətlərini əks etdirəcək.

Belə ki, demokratlar Nümayəndələr Palatasında və ya Senatda çoxluğu təmin edə bilsələr, Trampın öz qanun layihələrini Konqresdə təsdiqləməsi, həmçinin administrasiyada bu və ya digər vəzifəyə öz namizədlərini Senat vasitəsilə təsdiq etməsi çətinləşəcək. Bundan başqa, demokratlar arasında Trampa impiçment elan edilməsi imkanı müzakirə edilir. Əgər respublikaçılar yenə də Konqresdə nəzarəti saxlaya bilsələr, o zaman Tramp çətinlik çəkmədən öz siyasi kursunu həyata keçirməyə davam edə biləcək.
Bu gün, 17:16
Murad Fetiyev xaricdə tutularaq Azərbaycana gətirildi
Bu gün, 16:00
Rusiya Türk Dövlətləri Təşkilatına şərt qoyur? – Tatarıstan yox, bütün ölkə!
Bu gün, 15:30
İrana nüvə zərbəsi, dünyaya fəlakət – Tramp bu riskə gedəcəkmi?
Bu gün, 14:22
Zəngəzurda SAVAŞ TƏHLÜKƏSİ: İranla bağlı NƏ BAŞ VERİR?
Bu gün, 13:39
Şərqi Zəngəzurla bağlı VACİB AÇIQLAMA
Bu gün, 13:11
Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı
Bu gün, 13:01
Azərbaycanın yeni ombudsmanı seçildi
Bu gün, 12:12
Milli Məclis bəyanat qəbul etdi
Bu gün, 12:09
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən əməliyyat
Bu gün, 12:05
MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Bu gün, 12:01
Vəzifəli şəxs rüşvətə görə həbs olunubmuş - Rəsmi
Bu gün, 11:58
Kozinoğlunun saç və dırnaq nümunələrində - Ölümcül maddə aşkarlandı
Bu gün, 11:54
“Ən çox məskunlaşma Ağdam rayonundadır”
Bu gün, 11:49
Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
Bu gün, 10:47
Bu gün Konqresə seçkilər keçiriləcək - Tramp üçün həlledici gün
Bu gün, 10:34
Meşədə yanmış meyiti tapılan Aqil Rəsulov vəzifəli şəxs imiş - FOTO
Bu gün, 09:52
Yeni mənzil alanlara VACİB XƏBƏR: Buna diqqət etməlisiniz!
Bu gün, 09:48
ABŞ-də dəhşət: Milyonçu və ailəsi təyyarə qəzasında həlak oldu
Bu gün, 09:45
UEFA Çempionlar Liqası: IV tura 9 oyunla start veriləcək
Bu gün, 09:41
Qobustanda daha bir körpü yenilənəcək
Bu gün, 09:12
Azərbaycan düşməni Zatulindən etiraf: Qarabağın itirilməsinin qarşısını ala bilmədik
Bu gün, 09:00
Neft və qızıl ucuzlaşır: Azərbaycan nə itirir, nə qazanır?
Dünən, 16:00
Türkiyə yenidən "bölünür" – Ölkə xəritəsini dəyişdirəcək yeni plan!
Dünən, 15:30
Noyabrda 11 gün iş olmayacaq - Tarixlər
Dünən, 14:22
Rusiya və Ukraynada dəhşətli zarafat: Əhaliyə yalançı nüvə xəbərdarlığı göndərildi
Dünən, 13:44
İsrail prezidenti partiyaları toplayır: Yeni hökumət formalaşacaqmı?
Dünən, 13:16
Avropada "SSRİ kabusu" – Rusiya tərəfdarı, tv müxbiri prezident seçkilərində qalib gəlir!