İran və Türkiyədən informasiya hücumlarını qətiyyətlə pisləyirik - Açıqlama

“Son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi açıq müşahidə olunur”.
“Bu barədə Media və Yayım Şurasının açıqlamasında deyilir.
Bildirilib ki, siyasi-ideoloji motivlərlə müşayiət olunan, ictimai rəyin manipulyasiyası və ölkənin daxili məsələlərinə müdaxilə xarakteri daşıyan bu cür fəaliyyət informasiya məkanından sui-istifadənin və ictimai etimadı sarsıtmaq cəhdlərinin qəbuledilməz nümunəsidir:
“Eyni orfoqrafik xətalar və yazı üslubu ilə kütləvi paylaşımların olunması, oxşar şərhlərin ardıcıl surətdə “copy-paste” edilməsi, eləcə də ölkəmizə heç bir aidiyyəti olmayan foto və video materialların montaj edilərək yayılması koordinasiyalı şəkildə həyata keçirilən trol hücumlarının primitiv və asanlıqla müəyyənləşdirilən üsuludur.
Paylaşım edənlərin xaricidilli olmasına baxmayaraq Azərbaycan dilində yaradılmış bir həştəqlə qısa zaman ərzində 400-dən çox postun paylaşılması, bir çox hallarda bu məzmunun sadəcə həştəqdən ibarət olması və bir hesabdan dəfələrlə eyni məzmunun tirajlanması bu kampaniyaların manipulyativ xarakterini açıq şəkildə nümayiş etdirir və onların təşkilatçılarına və iştirakçılarına qarşı haqlı ictimai narazılıq və hiddət yaradır.
Müxtəlif anonim hesablar vasitəsilə bu kimi paylaşımların həyata keçirilməsi, habelə neqativ şərh və reaksiyalar vasitəsilə vətəndaşların ictimai qaydanı pozmağa təşviq edilməsi həm Azərbaycan Respublikasının, həm də beynəlxalq qanunvericiliyin tələblərinə tamamilə ziddir və hüquqi məsuliyyət yaradır.
İran və Türkiyədən, xüsusilə “Telegram”, “X” və “TikTok” platformaları üzərindən məqsədyönlü informasiya hücumlarının intensivləşməsini informasiya təhlükəsizliyinin qorunması, dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət və dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq prinsipləri ilə uzlaşmayan hal kimi qiymətləndirir və qətiyyətlə pisləyirik.
Həmin ölkələrin media və sosial media seqmentində Azərbaycan haqqında əsassız və qərəzli materialların, Azərbaycan dövlətinin və xalqının ünvanına hədə, təhdid və təhqirin adi hala çevrilməsi, bununla bağlı hakimiyyət orqanları tərəfindən heç bir tədbir görülməməsi ictimaiyyətimiz arasında narahatlıq və ciddi narazılıq doğurur.
Azərbaycan Respublikası Media və Yayım Şurası bir daha vətəndaşları, media subyektlərini və sosial media istifadəçilərini bu cür manipulyativ kampaniyalara qarşı ayıq-sayıq olmağa, həqiqətə uyğun olmayan məlumatların yayılmasında iştirak etməməyə və ölkəmizin nüfuzuna xələl gətirməyə yönəlmiş cəhdlərə qarşı məsuliyyətli və prinsipial mövqe nümayiş etdirməyə çağırır”.


Dünən, 16:00
Avropa hərbi böhrana məhkum edilir: Rusiya "Kölgə Müharibəsi"nə başlayır
Dünən, 15:30
Mirzoyan: "Sabah başlıq oxuya bilərsiz ki, Türkiyə ilə sərhəd açılıb"
Dünən, 14:22
Netanyahudan ŞOK BƏYANAT: "Müxalifət gəlsə, Fələstin dövlətini yaradacaq"
Dünən, 13:32
Sergey Lavrov Bakıya gəlir
Dünən, 13:11
Məktəbli formasına görə saxlanılanlar barədə QƏRAR VERİLDİ
Dünən, 12:36
İstanbulda leysan, sel qadını apardı - Video
Dünən, 12:32
Laos Prezidenti “ASAN xidmət”də - Fotolar
Dünən, 12:12
TƏCİLİ: Husilər Səudiyyə Ərəbistanını "ÜRƏYİNDƏN" VURDU - Ər-Riyadda ARD-ARDA PARTLAYIŞLAR
Dünən, 12:02
Azərbaycanda kartdan karta köçürmələrdə komissiya tutulacaq - RƏSMİ
Dünən, 11:58
Vahid geyim məktəblərdə belə görüntülərə səbəb olur
Dünən, 11:55
Pensiya alanlara ŞAD XƏBƏR
Dünən, 11:51
Ödənişlərlə bağlı yeni qərar verildi - Bu tarixdə qüvvəyə minəcək
Dünən, 11:48
İlham Əliyev: "Azərbaycan beynəlxalq miqyasda istifadə oluna biləcək şəhərsalma təcrübəsi yaradır"
Dünən, 11:45
Kiyev və Moskvanın qarşılıqlı hücumları - Ölənlər və yaralananlar var
Dünən, 11:42
İlham Əliyev: Horadiz–Ağbənd dəmir yolu xətti strateji əhəmiyyət daşıyır
Dünən, 11:17
Nazirlik bu məktəbə 10 milyon pul ayırdı
Dünən, 11:07
“Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar olmamalıdır”
Dünən, 11:03
İran və Türkiyədən informasiya hücumlarını qətiyyətlə pisləyirik - Açıqlama
Dünən, 10:46
“Halk TV”də axtarış aparıldı, yayımı dayandırıldı
Dünən, 10:42
Prezidentdən sərgi iştirakçılarına - Müraciət
Dünən, 10:01
Hindistanın XİN rəhbəri Azərbaycana gəldi
Dünən, 09:57
Kiyev qaranlığa qərq oldu - Video
Dünən, 09:29
Dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi
Dünən, 09:26
Bu rəsmi qurumların saytları açılmır
Dünən, 09:00
Qarabağ ermənilərinə gözlənilməz cavab – İrəvandan uzaqda ev axtarın
13-10-2026, 16:00
Ermənistan parlamentində Zəngəzur qarşıdurması – Azərbaycan 60 hektar meşəni...
13-10-2026, 15:30
Zəngəzura görə İrandan birbaşa həmlə – Ermənistan müxalifətini hərəkətə gətirirlər