Kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalandı - Fotolar

Pekində Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə Çinin Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.
“Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi (KTN) məlumat yayıb.
Bildirilib ki, sənədi Çində səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Çinin kənd təsərrüfatı və kənd işləri naziri Can Cu imzalayıb.
Anlaşma Memorandumunda aqrar sahədə gələcək əməkdaşlığın istiqamətləri öz əksini tapıb. Sənəddə birgə investisiya layihələrinin həyata keçirilməsi, torpaq ehtiyatlarından səmərəli istifadə və texnologiyaların transferi, biznes subyektləri arasında əlaqələrin inkişaf etdirilməsi, eləcə də ixrac imkanları barədə məlumat mübadiləsi yolu ilə ticarət əlaqələrinin genişləndirilməsi öz əksini tapıb. Bununla yanaşı, Memorandum kənd təsərrüfatının rəqəmsallaşdırılması, kənd təsərrüfatı məhsullarının sığortalanması sahəsində təcrübə mübadiləsi, birgə tədqiqatların aparılması və potensialın artırılması istiqamətlərində əməkdaşlığı əhatə edir. Sənəddə nəzərdə tutulan tədbirlərin səmərəli icrasını təmin etmək məqsədilə Fəaliyyət Planının hazırlanması və icrasına nəzarətin həyata keçirilməsi üçün Birgə İşçi Qrupunun yaradılması da nəzərdə tutulur.
İmzalanmadan əvvəl keçirilən görüşdə nazirlər Azərbaycan Prezidenti İlham Əliyevin və ÇXR Sədri Si Cinpinin siyasi iradəsi və rəhbərliyi ilə iki ölkə münasibətlərinin dinamik inkişaf etdiyini qeyd ediblər.
Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin aprelində Çinə dövlət səfəri zamanı aparılan danışıqlar nəticəsində qəbul olunan qərarlar, imzalanan sənədlər, xüsusilə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” Azərbaycan-Çin münasibətlərində daha bir yeni tarixi səhifə açıb. İki ölkənin qurumları dövlət başçılarının ikitərəfli münasibətlərin inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq müvafiq işlər görür. Bu konteksdə kənd təsərrüfatı sahəsində əməkdşalığın irəli aparılmasının hər iki ölkə üçün faydalı olacağına əminlik ifadə edilib.
Azərbaycan ilə Çinin dost və tərəfdaş dövlətlər olduğunu bildirən Çinin kənd təsərrüfatı və kənd işləri naziri Can Cu iki ölkənin kənd təsərrüfatının müxtəlif istiqamətləri, o cümlədən, pambıqçılıq, üzümçülük, şərabçılıq, müasir texnologiyalar və elmi-tədqiqatlar üzrə əməkdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu vurğulayıb. O, Çinin Azərbaycanla kənd təsərrüfatı və emal olunmuş məhsullar üzrə ticarət dövriyyəsini artırmaq istədiyini, Azərbaycandan Çinə məhsul ixracının çoxalmasını təmin etmək məqsədilə Azərbaycan şirkətlərinin Çində keçirilən sərgi və yarmarkalarda daha fəal iştirakının əhəmiyyətli olduğunu vurğulayıb.
Çinli nazir iki ölkənin kənd təsərrüfatı nazirlikləri arasında Anlaşma Memorandumunun imzalanmasının müvafiq sahədə əməkdaşlığın dərinləşməsini təmin edəcəyinə əminliyini ifadə edib.
Azərbaycanda kənd təsərrüfatı sektorunda görülən işlər və əldə olunan uğurlar barədə məlumat verən nazir Məcnun Məmmədov ölkəmizdə aqrar sahənin müasir çağırışlara uyğun inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyini deyib. Əlavə edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsi, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsi prioritetlər kimi müəyyənləşdirilib
M.Məmmədov iki ölkə arasında kənd təsərrüfatı və emal olunmuş qida məhsulları üzrə ticarət əlaqələrinə toxunub, cari ilin 7 ayında ticarət dövriyyəsinin 37,9 milyon ABŞ dolları təşkil etdiyini, Çindən idxalın 25,5 faiz artdığını, Azərbaycandan bu ölkəyə ixracın isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 102,4 faiz çoxaldığını deyib. O, Azərbaycanın artan istehsal potensialını nəzərə alaraq, bu sektorda ticarət əlaqələrinin daha da inkişafı və şaxələndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi ilə yanaşı, ticarət dövriyyəsinin artırılması imkanlarını birgə araşdırmaq məqsədilə mütəxəssislər arasında daha sıx əməkdaşlığın təşviq edildiyini deyib.
Çin ilə Azərbaycan arasında baramaçılıq, pambıqçılıq, kənd təsərrüfatı texnikasının təchizatı və digər sahələrdə əməkdaşlığın artıq səmərəli nəticələr verdiyini bildirən nazir Çin şirkətlərini Azərbaycandakı əlverişli və etibarlı investisiya mühitindən yararlanmağa, işğaldan azad edilmiş ərazilər də daxil olmaqla kənd təsərrüfatı sektorundakı investisiya imkanlarını nəzərdən keçirməyə dəvət edib. O, həmçinin ölkəmizdə hər il keçirilən “Caspian Agro” sərgisində Çindən daha çox şirkətin iştirakının müvafiq sahədə əməkdaşlığa müsbət təsir edəcəyini deyib.
Nazir Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə kənd təsərrüfatı və qida məhsulları üzrə ticarətin şaxələndirilməsini, ağıllı kənd təsərrüfatı, aqrotexnologiyalar, dron texnologiyaları və süni intellektin aqrar sahədə tətbiqi üzrə əməkdaşlığın gücləndirilməsini, eləcə də kənd təsərrüfatı mütəxəssisləri üçün texniki təlimlərin və təcrübə mübadiləsinin genişləndirilməsini təklif edib.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Çin Kənd Təsərrüfatı Elmləri Akademiyasına, Pekin Kənd Təsərrüfatı və Meşəçilik Elmləri Akademiyasına baş çəkib, onların tədqiqatları, əldə etdiyi uğurlu nəticələr barədə məlumatlandırılıb.






Dünən, 20:28
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Dünən, 17:02
İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Fotolar
Dünən, 16:49
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Dünən, 16:45
102 tələbə Prezident təqaüdçüsü oldu - Adlar
Dünən, 16:42
İran Azərbaycanda nəyə nail olmaq istəyir?
Dünən, 16:00
İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır?
Dünən, 15:30
Trampın qərarı respublikaçı və demokrat senatorları birləşdirdi: Ağ Evə ultimatum verildi
Dünən, 14:22
Böyük təhlükə gözlənilir - Fövqəladə vəziyyətə hazırlığa start verildi
Dünən, 13:43
TƏCİLİ XƏBƏRDARLIQ! Qardaş ölkədə sürətlə yayılır - Bu xəstəlikdə qarışdırılır
Dünən, 13:36
“Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Dünən, 13:32
Məktəbli forması ilə bağlı qanunu pozan - 37 nəfər həbs olundu - Video
Dünən, 13:13
Paşinyan Bakıya gələcək? – Azərbaycanda bu tarixdə...
Dünən, 12:41
Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
Dünən, 12:37
İlham Əliyev: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
Dünən, 11:41
Kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalandı - Fotolar
Dünən, 11:35
İlham Əliyevlə Kambocanın Baş naziri məhdud tərkibdə görüşdü - Fotolar
Dünən, 11:23
Əliyev İspaniya Kralını təbrik etdi
Dünən, 10:42
Təhsil Şurası bəyanat yaydı: "Bu, yolverilməzdir"
Dünən, 10:27
Kamboca Baş naziri rəsmi qarşılandı
Dünən, 10:16
Kimin evində varsa, ŞAD XƏBƏR - QİYMƏT ARTDI
Dünən, 10:04
Bu rayonda nöqsanlar aşkarlandı, vəzifəli şəxslərə töhmət verildi
Dünən, 09:58
İki qadını maşın vurub öldürdü
Dünən, 09:54
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi
Dünən, 09:50
Sənədsiz evlərə necə çıxarış almaq olar? - QAYDALAR
Dünən, 09:46
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
Dünən, 09:38
Ramiz Mehdiyev Xalq artistinin verilişini niyə efirdən çıxartdırdı? - VİDEO
Dünən, 09:28
Səudiyyə Ərəbistanında hava limanlarına ardıcıl hücumlar - 19 ölü