Müəllimlər hər gün geyimə görə yoxlanılacaq? – Yeni qaydanın DETALLARI

Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib.
Sənədə görə, müəllimin geyimi onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba, geyimin müxtəlif situasiyalara uyğun seçilməsinə düzgün münasibət formalaşdırmalıdır.
Təhsilverənlərin geyimi və geyim aksesuarları ümumi təhsilin dünyəvi xarakterinə uyğun olmalı, mövsümə uyğun seçilməklə təmiz, səliqəli, sadə və işgüzar üslubu əks etdirməlidir. Pedaqoji fəaliyyətin xüsusiyyətlərinə və şagirdlərin yaş qrupuna uyğun olmayan, eləcə də müəyyən edilmiş geyim tələblərinə zidd olan geyim və geyim elementlərindən istifadə yolverilməzdir. pizza mizza
Müəllimlər əmək fəaliyyətlərini həyata keçirdikləri müddətdə məktəbdə, həmçinin təhsil müəssisəsini təmsil etdikləri rəsmi və təntənəli tədbirlər zamanı bu qaydalara əməl etməlidirlər. Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə isə Pedaqoji Şuranın qərarı əsasında milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilə bilər.
Müəllimlərin geyimi həqiqətən də təhsil səviyyəsinə təsir edirmi? Dress-kod mütləqdirmi?
Globalinfo.az-a danışan təhsil eksperti Sona Əliyeva deyib ki, Nazirlər Kabinetinin müəllimlər üçün geyim tələblərini təsdiq etməsi təhsildə peşəkar standartların formalaşdırılması baxımından müzakirə olunmalı bir addımdır:
“Lakin bir vacib məqamı gözdən qaçırmamalıyıq. Müəllimin geyimi təhsilin keyfiyyətini yüksəldən əsas amil deyil. Geyim sadəcə məktəb mühitində peşəkarlığın görünən tərəflərindən biridir.
Sənədin mahiyyətini də düzgün anlamaq lazımdır. Burada söhbət vahid formadan yox, dress-koddan, yəni təmiz, səliqəli, sadə və işgüzar görünüşdən gedir. Milli tədbirlərdə Pedaqoji Şuranın qərarı ilə milli geyimdən istifadə imkanının saxlanılması da bu yanaşmanın sərt uniforma modelindən fərqləndiyini göstərir. Yəni məqsəd müəllimi bir qəlibə salmaq yox, məktəbdə peşəkar sərhəd yaratmaqdır. Araşdırmalar göstərir ki, daha rəsmi geyim müəllimi daha ciddi və mütəşəkkil, daha sərbəst geyim isə daha yaxın və səmimi göstərə bilər. Şagirdlərin üstünlük verdiyi üslub isə çox vaxt bu ikisinin arasında, işgüzar-sərbəst görünüşdə cəmlənir. Bu baxımdan, sənəddəki sadə və işgüzar yanaşmanın məntiqi var”.
Ekspertin sözlərinə görə, yaxşı geyim yaxşı müəllim yaratmır:
“Dərsin keyfiyyətini müəllimin biliyi, pedaqoji bacarığı, uşaqlarla münasibəti və sinifdə yaratdığı psixoloji mühit müəyyən edir. Ən bahalı kostyum da zəif dərsi yaxşı dərsə çevirə bilməz. Müəllimin səliqəli görünüşü isə uşağa verilən mesajlardan biridir.
Təhsil işçiləri üçün isə həssas məsələ tələbin özündən çox, onun necə tətbiq olunacağıdır. Bu qaydalar müəllimlərin hər gün geyiminə görə yoxlanıldığı, subyektiv qiymətləndirildiyi və cəzalandırıldığı mexanizmə çevrilməməlidir. “Uyğun olmayan geyim” kimi ifadələr aydın meyarlarla müəyyənləşdirilməlidir. Əks halda, peşəkar standart əvəzinə məktəbdə əlavə gərginlik yarada bilərik. Müəllimdən peşəkar görünüş tələb ediriksə, onun peşəkar inkişafına, iş şəraitinə, əməkhaqqına və sosial statusuna da eyni həssaslıqla yanaşmalıyıq. Təhsilin üzü müəllimin geyimi ola bilər. Amma təhsilin ruhu onun biliyi, peşəkarlığı və uşağa təsir etmək bacarığıdır. Geyim tamamlayıcıdır, əsas isə müəllimin özüdür”.
Qeyd edək ki, qərarla bağlı əsas məqamlardan biri də müəllimlər üçün vahid geyim formasının tətbiqi deyil, geyim qaydalarının, yəni dress-kodun müəyyənləşdirilməsidir. Ekspertlərin fikrincə, müəllimlərin işgüzar tələblərə uyğun və müəyyən edilmiş dress-koda əsasən geyinməsi məktəbdə həm təşkilati, həm pedaqoji, həm də idarəetmə baxımından müsbət nəticələr yarada bilər. Belə ki, işgüzar geyim müəllimin peşəkar mövqeyini və məsuliyyətini ön plana çıxarmaqla yanaşı, tədris prosesində sağlam və nizamlı iş mühitinin formalaşmasına da kömək edir. Təhsil ekspertləri müxtəlif müzakirələrdə onu da qeyd edirlər ki, şagirdlər məktəbli forması geyinirsə, müəllimlər üçün də dress-kod tələbləri yanaşması məktəbin ümumi korporativ mədəniyyətinin bir hissəsi kimi qəbul edilməlidir. Bu, həm də məktəbin ictimai nüfuzuna müsbət təsir göstərəcək.
Dünən, 18:23
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
Dünən, 16:00
Avropa kabus ssenarisinə hazırlaşır – Çoxsaylı insan ölümü ilə nəticələnəcək hücum gözlənilir!
Dünən, 15:30
Ebola 4 ölkəyə çatdı, Rusiyada taun şübhəsi – Dünyada təhlükəli xəstəliklər YAYILIR
Dünən, 14:53
İlham Əliyev Berdiməhəmmədovla görüşdü - FOTO
Dünən, 14:22
Fransadakı etirazların arxasında 4 trilyon dollarlıq təhlükə var -CNN
Dünən, 13:39
Şad xəbər gəldi: Ödənişlərin 75 faizi silinir
Dünən, 13:13
SON DƏQİQƏ! Müharibəyə hazırlıq BAŞLADI - Böyük əməliyyat olacaq
Dünən, 12:14
İstanbulda çökən binadan 8 nəfər xilas edilib - Yenilənib
Dünən, 12:07
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi oldu
Dünən, 11:49
Sumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı
Dünən, 11:45
“Sammitdə Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq” - Paşinyan
Dünən, 11:22
“Bu, siyasi dialoqumuzun intensivliyini əks etdirir” - Yenilənib
Dünən, 11:19
“Biz təkcə qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik” - Yenilənib
Dünən, 11:03
Hərbi təlimdə iştiraka dair saxta sənəd vermişdi - Hakim qarşısına çıxarılır
Dünən, 10:59
CHP-dən istefa vermişdi, AKP-yə qoşuldu
Dünən, 10:55
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Dünən, 10:29
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edir
Dünən, 10:25
İlham Əliyev "Avaza" Kompleksində
Dünən, 09:52
Müəllimlər hər gün geyimə görə yoxlanılacaq? – Yeni qaydanın DETALLARI
Dünən, 09:47
Neftimiz 5 dollara yaxın bahalaşdı
Dünən, 09:43
Bakıda itkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans davam edir
Dünən, 09:40
Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı
Dünən, 09:37
İlham Əliyev Türkmənistana gedib
Dünən, 09:11
İrəvanın Qarabağ erməniləri üçün planı dalana dirəndi – Minlərlə sertifikat...
Dünən, 09:00
İki gündür Bakıda su yoxdur – qurum isə “verilib” deyir
7-10-2026, 17:02
İlham Əliyev Vladimir Putinə zəng etdi
7-10-2026, 16:57
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI