Bu marşrut xətləri yeni sistemlə işləyəcək

Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli Qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası”nın tətbiqinə başlanılıb.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
İlk olaraq 130, 205, 211, 500 və 503 nömrəli müntəzəm marşrutlar “brutto müqavilə” sisteminə qoşulub. Tələblərə uyğun olaraq digər marşrutlar da tezliklə bu sistemə qoşulacaq.
Bildirilib ki, yeni “brutto müqavilə” modelinə əsasən, artıq daşıyıcılara qət edilən məsafəyə və xidmətin keyfiyyətinə görə ödənişlər ediləcək. Marşrut üzrə avtobusların sayı, hərəkət intervalı, qət ediləcək məsafə və digər xidmət göstəriciləri əvvəlcədən müəyyənləşdirilir.
Daşıyıcı isə bu tələblərə uyğun göstərdiyi xidmətə görə ödəniş alır. Beləliklə, sərnişin sayının az olduğu saatlarda, o cümlədən axşam saatlarında da avtobusların sərnişənlərə xidmət göstərməsi və qrafikə riayət etməsi təmin olunacaq.
Qeyd edilib ki, bu model sərnişinlər üçün daha müntəzəm, etibarlı və proqnozlaşdırılan ictimai nəqliyyat xidməti formalaşdırmağa imkan verəcək. Eyni zamanda, daşıyıcıların yalnız gəlirli marşrutlara üstünlük verməsinin qarşısı alınacaq və şəhərətrafı azrentabelli marşrutlarda da xidmət səviyyəsinin yüksəldilməsinə şərait yaranacaq.
Dünyanın bir çox ölkəsində sərnişinlərə yüksək səviyyədə və keyfiyyətli xidmət göstərilməsi məqsədilə “brutto müqavilə” modelindən geniş istifadə olunur. Artıq ölkəmizdə bu mütərəqqi modelin uğurlu tətbiqinə başlanılır.
Məlumata əsasən, yeni model daşıyıcıların fəaliyyətinə daha sistemli nəzarət imkanları da yaradır. Müəyyən edilmiş keyfiyyət tələblərinin pozulması halında müqavilə çərçivəsində maliyyə və digər təsir mexanizmləri tətbiq ediləcək. Yaradılmış xüsusi proqram təminatı vasitəsi ilə daşıyıcıların göstərdikləri xidmətin keyfiyyətinin ölçülməsi və xidmətin təşkilinə nəzarət təmin ediləcək.
"Brutto müqavilə" modeli, həmçinin daşıyıcıların maliyyə dayanıqlığını və uzunmüddətli planlaşdırma imkanlarını artıracaq. Bu isə avtobus parkının yenilənməsinə, müasir və ekoloji təmiz nəqliyyat vasitələrinin alınmasına, texniki xidmətin yaxşılaşdırılmasına və xidmət keyfiyyətinə daha çox investisiya yatırılmasına imkan verəcək.
Dünən, 16:00
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
Dünən, 15:30
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
Dünən, 14:19
Prezident və xanımı vidaya əklil göndərdi
Dünən, 14:16
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
Dünən, 13:02
Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI
Dünən, 12:21
Prezident həmkarını təbrik etdi
Dünən, 12:17
Bağçalara növbəyə yazılma prosesi başlayır
Dünən, 12:14
Uşaq bağçasının həyətindəki ağac binanın üstünə aşdı - Video
Dünən, 11:44
Strateji valyuta ehtiyatlarımız 91 milyard dollara çatır
Dünən, 11:41
“COP29 Azərbaycanı qlobal iqlim diplomatiyasının mərkəzinə çevirdi”
Dünən, 11:26
Qonşumuza qarşı BÖYÜK hazırlıq - 200-dən çox qırıcı...
Dünən, 11:16
İsrail Azərbaycanı yəhudilər üçün risk zonasına saldı
Dünən, 11:06
Rusiyaya DƏHŞƏTLİ hücum: xeyli ÖLÜ və yaralı var – Kremldə böyük QƏZƏB
Dünən, 10:29
Bakıda fəaliyyət göstərən iki həkimə cinayət işi açıldı - Ağır ittihamlar
Dünən, 10:14
UEFA Çempionlar Liqası: İlk turun növbəti oyunları keçiriləcək
Dünən, 10:03
Mehriban Əliyevadan xalq artistinin vəfatı ilə bağlı PAYLAŞIM
Dünən, 09:58
Azərbaycanın məşhur Xalq artisti vəfat etdi
Dünən, 09:54
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Dünən, 09:33
Messi bu klubu alır - RAZILIQ ƏLDƏ OLUNDU
Dünən, 09:30
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - YENİLƏNDİ
Dünən, 09:24
Paytaxtın 7 yolunda sıxlıq var
Dünən, 09:13
Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə
Dünən, 09:00
İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş
8-09-2026, 16:00
“Türkiyə qardaşlarına qovuşacaq” – Ərdoğandan tarixi mesaj
8-09-2026, 15:46
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM
8-09-2026, 15:30
Ruslar “köhnə dost”undan üz döndərir – araq istehsalı çöküşdə
8-09-2026, 14:22
Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general – 84 yaşında pasportunu təhvil verib Rusiyaya qayıtdı