Putindən sensasion Gümrü bazası bəyanatı: “Sabah gedərik...”
Dunya
Oxunub: 48
2 sen 2026 | 15:30
Putindən sensasion Gümrü bazası bəyanatı: “Sabah gedərik...”


Rusiya Prezidenti Bişkekdə jurnalistlərlə söhbətində açıq şəkildə bəyan edib: Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını istəmirsə, Moskva “sabah belə” çıxmağa hazırdır.

Putin bildirib ki, Rusiya öz hərbi mövcudluğunu Ermənistana zorla qəbul etdirmək niyyətində deyil.

Əgər erməni xalqı Rusiya hərbi kontingentinin qalmasını istəyirsə, Moskva əməkdaşlığı davam etdirəcək.

"Əgər Ermənistan Rusiya bazasının (Gümrüdə – red.) lazımsız olduğunu düşünürsə, sabah çıxacağıq. Bəs Ermənistan buna hazırdırmı? Davam edin, biz heç kimə heç nə zorla qəbul etdirməyəcəyik. Əgər erməni xalqı orada hansısa Rusiya hərbi mövcudluğunu istəyirsə, biz qalacağıq, işləyəcəyik və əməkdaşlıq edəcəyik", - deyə Putin bildirib.

Rusiya prezidenti qeyd edib ki, Moskvanın Ermənistana hərbi mövcudluğunu zorla qəbul etdirmək niyyəti yoxdur. Onun sözlərinə görə, Rusiya bazasının qalması ilə bağlı qərar Ermənistan tərəfinin və ölkə vətəndaşlarının mövqeyini nəzərə almalıdır.
Bu, əlbəttə, sadəcə diplomatik açıqlama deyil. Bu, Paşinyan hakimiyyətinə ünvanlanmış siyasi mesajdır: Qərbə gedirsinizsə, Rusiyanın təhlükəsizlik çətirindən də imtina etməyə hazır olun. Məsələ ondadır ki, İrəvan son illərdə Moskva ilə məsafəni artıraraq Avropa İttifaqı və ABŞ-la münasibətləri dərinləşdirir. Ermənistanın Qərbə inteqrasiya xətti artıq siyasi şüardan çıxaraq dövlət siyasətinin mühüm istiqamətinə çevrilib. Ukrayna kəşfiyyatının son qiymətləndirməsində də İrəvanın Aİ və ABŞ-la əlaqələri dərinləşdirdiyi və Avropa istiqamətində hərəkəti sürətləndirdiyi qeyd olunur.

Amma burada İrəvan üçün ən böyük problem ortaya çıxır: Qərb Ermənistana Rusiyanın verdiyi hərbi təhlükəsizlik təminatını eyni formada verəcəkmi?

Gümrüdəki 102-ci Rusiya hərbi bazasının yerləşdirilməsi haqqında müqavilənin müddəti 2044-cü ilə qədər uzadılıb. Yəni Moskvanın orada hərbi mövcudluğu üçün hüquqi əsas hələ uzun illər qalır.

Bu, Moskvanın geri çəkilməkdən daha çox İrəvanı seçim qarşısında qoymasıdır. Çünki Rusiya hərbçilərinin Gümrüdən çıxması Ermənistan üçün yalnız Rusiya ilə münasibətlərin pisləşməsi demək olmayacaq. Bu, Cənubi Qafqazın hərbi xəritəsində də dəyişiklik yaradacaq. Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri ətrafında qüvvələr balansı yenidən formalaşacaq. Rusiya Gümrüdən çıxarsa, yaranacaq boşluğun Qərb hərbi strukturları tərəfindən doldurulması Cənubi Qafqazda yeni geosiyasi qarşıdurma xətti yarada bilər. Ermənistanın Rusiya hərbi bazasından imtina edib əvəzində başqa bir böyük gücün hərbi infrastrukturuna çevrilməsi regiona sülh deyil, yeni rəqabət gətirə bilər. İrəvanın əsas dilemması məhz budur: Rusiya bazasını çıxarmaq asandır, onun yerini təhlükəsiz və sabit mexanizmlə doldurmaq isə o qədər də asan deyil. Üstəlik, Paşinyan hakimiyyətinin özü də bu məsələdə tam qətiyyətli mövqe ortaya qoymayıb. Hələ mart ayında Paşinyan Rusiya bazasının Ermənistanın Avropa istiqamətindəki siyasətinə mane olmadığını bildirmişdi.

İndi isə Putin məsələnin siyasi mahiyyətini bir cümlə ilə ortaya qoyur: “İstəmirsinizsə, gedirik”.

Beləliklə, Moskva artıq Ermənistanın Qərbə yaxınlaşmasını sadəcə izləyən tərəf kimi görünmək istəmir. Kreml İrəvana seçim edir.

Ya Gümrü qalır və Rusiya ilə hərbi əməkdaşlıq davam edir, ya da Ermənistan “Qərbə inteqrasiya”nın bütün təhlükəsizlik nəticələrini öz üzərinə götürür.
Dünən, 16:00
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
Dünən, 15:30
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
Dünən, 14:19
Prezident və xanımı vidaya əklil göndərdi
Dünən, 14:16
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
Dünən, 13:02
Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI
Dünən, 12:21
Prezident həmkarını təbrik etdi
Dünən, 12:17
Bağçalara növbəyə yazılma prosesi başlayır
Dünən, 12:14
Uşaq bağçasının həyətindəki ağac binanın üstünə aşdı - Video
Dünən, 11:44
Strateji valyuta ehtiyatlarımız 91 milyard dollara çatır
Dünən, 11:41
“COP29 Azərbaycanı qlobal iqlim diplomatiyasının mərkəzinə çevirdi”
Dünən, 11:26
Qonşumuza qarşı BÖYÜK hazırlıq - 200-dən çox qırıcı...
Dünən, 11:16
İsrail Azərbaycanı yəhudilər üçün risk zonasına saldı
Dünən, 11:06
Rusiyaya DƏHŞƏTLİ hücum: xeyli ÖLÜ və yaralı var – Kremldə böyük QƏZƏB
Dünən, 10:29
Bakıda fəaliyyət göstərən iki həkimə cinayət işi açıldı - Ağır ittihamlar
Dünən, 10:14
UEFA Çempionlar Liqası: İlk turun növbəti oyunları keçiriləcək
Dünən, 10:03
Mehriban Əliyevadan xalq artistinin vəfatı ilə bağlı PAYLAŞIM
Dünən, 09:58
Azərbaycanın məşhur Xalq artisti vəfat etdi
Dünən, 09:54
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Dünən, 09:33
Messi bu klubu alır - RAZILIQ ƏLDƏ OLUNDU
Dünən, 09:30
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - YENİLƏNDİ
Dünən, 09:24
Paytaxtın 7 yolunda sıxlıq var
Dünən, 09:13
Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə
Dünən, 09:00
İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş
8-09-2026, 16:00
“Türkiyə qardaşlarına qovuşacaq” – Ərdoğandan tarixi mesaj
8-09-2026, 15:46
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM
8-09-2026, 15:30
Ruslar “köhnə dost”undan üz döndərir – araq istehsalı çöküşdə
8-09-2026, 14:22
Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general – 84 yaşında pasportunu təhvil verib Rusiyaya qayıtdı