Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər - TARİX

Türkiyədə gələn il minimum əməkhaqqı 28 min 75 lirə (1,114 AZN) olacaq. Bu rəqəm ictimaiyyətimizdə birmənalı fikir yaratmayıb. Kimisi qonşu ölkənin getdikcə zəifləyən iqtisadiyyatı fonunda Azərbaycanda minimum əməkhaqqının az olduğunu vurğulayır, kimisi Türkiyə ilə müqayisəni uğursuz adlandırır.
Azərbaycanda da minimum əməkhaqqı 1000 manata çata biləcəkmi? Minimum maaş nə qədər olmalıdır?
globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova Türkiyədə minimum əməkhaqqının təqribən 250 manat ekvivalentində artırıldığını deyib:
"İlk baxışda bu artım kifayət qədər müsbət və yüksək rəqəm kimi görünür. Lakin ərzaq və kommunal xərclərlə müqayisədə qiymətlər Azərbaycanla demək olar eyni səviyyədə, bəzi məhsullarda isə daha yüksəkdir. Digər mühüm məqam mənzil və kirayə xərcləridir. Hazırda minimum əməkhaqqı 22 104 lirə olduğu halda, kirayə qiymətləri əsasən 25-30 min lirə aralığındadır. Sosial-iqtisadi və psixoloji rahatlıq baxımından mənzil təminatı əsas şərtlərdən biridir. Bu yanaşma Azərbaycan üçün daha aktual hesab olunsa da, Türkiyədə kirayədə yaşamaq ciddi problem kimi qiymətləndirilmir. Bunun əsas səbəbi bank depozitləri üzrə illik faizlərin 38-50 faiz arasında dəyişməsidir. Bir çox hallarda vətəndaşlar daşınmaz əmlaka investisiya etməkdənsə, faiz gəlirləri hesabına kirayə xərclərini ödəməyi üstün tuturlar. Alıcıların digər seçimlərindən biri torpaq sahəsi alaraq azmərtəbəli bina tikməkdir. Bu zaman mənzillərin birində özləri yaşayır, bir neçəsini övladlarına verir, qalanlarını isə kirayə məqsədilə istifadə edirlər".
İqtisadçı bildirib ki, həm Azərbaycanda, həm də Türkiyədə minimum əməkhaqqının artımı adətən inflyasiyanın sürətlənməsi ilə müşayiət olunur:
"Məsələn, əməkhaqqı 27 faiz artırıldıqda, vergi, xidmət və ərzaq qiymətlərində artım ən azı 40 faizə çata bilir. Azərbaycanda minimum əməkhaqqının 1000 manata çatması yaxın dövr üçün real görünmür, lakin növbəti 5 il ərzində mümkün ola bilər. Ölkələrin iqtisadi strukturu və vətəndaş təfəkkürü fərqli olduğu üçün hər hansı modeli birbaşa tətbiq etmək düzgün deyil. Real əməkhaqqının məbləği qiymət sabitliyi ilə uzlaşmalıdır. Əks halda, maaşın 1200 manat olması fonunda ərzaq və mənzil qiymətləri kəskin bahalaşa, əhalinin böyük hissəsi kirayədə yaşamağa məcbur qala bilər. Ona görə də yeni rəqəmlər müəyyənləşdirilməzdən əvvəl zəruri istehlak məhsullarının qiymətində sabitliyin qorunması əsas şərtdir. Qiymət sabitliyi saxlanılmaqla sahibkarın satış həcmi hesabına qazanc əldə etməsi də mümkün olmalıdır".
Ekspert qeyd edib ki, ölkəmizdə Türkiyə modelinin tətbiqi üçün ilk növbədə bank sektorunda ciddi islahatlara ehtiyac var:
"Pul siyasətinin çevikliyi artırılmalı, kredit şərtləri yüngülləşdirilməli, depozit və kredit faizləri arasındakı fərqdən əldə olunan gəlirin daha böyük hissəsi banklardan çox vətəndaşlara yönəldilməlidir. Qardaş ölkə ilə müqayisə aparan vətəndaşlar müəyyən mənada haqlıdırlar. Son illərdə Türkiyədən əmlak alan azərbaycanlıların sayının artması da bunun göstəricisidir. Onların bir qismi düşünür ki, öz ölkəsində işsiz və ya minimum əməkhaqqı ilə yaşamaqdansa, xaricdə əmlak sahibi olub, daha yüksək gəlir imkanları olan mühitdə çalışmaq daha məqsədəuyğundur".
Qeyd edək ki, hazırda Azərbaycanda minimum əmək haqqı aylıq 400 manatdır.
Dünən, 22:31
İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR
Dünən, 16:00
2 ölkə çökür: Ehtiyatlar bitdi, əhali 3 ay davam gətirə bilməz
Dünən, 15:30
Afrika ölkələri Avropadan təzminat tələb edəcək: 300 il əvvəl...
Dünən, 13:34
Prezidentin qızları və gəlini onları ziyarət etdi - Video
Dünən, 13:01
Köç karvanları Xocavənd və Xocalı rayonlarına çatıb
Dünən, 12:12
Üç kəndin adı milliləşdirildi
Dünən, 11:46
Sudan liderindən İlham Əliyevə MƏKTUB
Dünən, 10:55
ABŞ-nin Yaxın Şərqdəki ən böyük diplomatik kompleksi vuruldu
Dünən, 10:50
Son Dəqiqə: İran İsraildə elektrik stansiyasını VURDU
Dünən, 10:32
Bakı metrosunda HƏYƏCANLI ANLAR
Dünən, 10:30
Epşteyn sənədlərində yeni iddialar - Ədliyyə Nazirliyi gizlədilən materialları açıqladı
Dünən, 10:29
DİN Gəncədə əməliyyat keçirdi: Həbs olunan var - VİDEO
Dünən, 10:19
“Real” “Mançester Siti”yə, PSJ “Çelsi”yə qarşı
Dünən, 10:14
“TikTok”da sevgilisi ilə görüntülərini paylaşdı - Cəzalandırıldı
Dünən, 10:05
Son Dəqiqə: İranın daxilində əməliyyatlar başladı
Dünən, 10:02
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
Dünən, 09:27
ABŞ-nin İrandakı əməliyyatı zamanı 150 əsgəri yaralanıb - KİV
Dünən, 09:24
KİV: İran Hörmüz boğazını minalayır
Dünən, 09:17
Ağ Evdən İrana son xəbərdarlıq: "Quru əməliyyatı masadadır, tam təslim olun!"
Dünən, 09:15
Araqçidən dünyaya qorxunc xəbərdarlıq: "Böyük neft krizinə və bahalaşmaya hazır olun"
Dünən, 09:11
İran: Türkiyəyə raket atmamışıq – Araqçi iddiaları təkzib etdi
Dünən, 09:04
Neftin qiyməti ilə bağlı sensasion proqnoz - Martın sonunda nə baş verəcək?
Dünən, 09:00
Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb
10-03-2026, 17:30
İranın İsrailə hücumunda 2 azərbaycanlı həlak oldu - Foto
10-03-2026, 16:00
Hörmüzdən keçən gəmilərdən haqq alınacaq
10-03-2026, 15:30
İran müharibəsi: ABŞ dollarına təhlükə və Trampın ərəb ölkələrinə verdiyi dərs
10-03-2026, 14:22
Sabah hava yağıntılı olacaq