Məktəblərdə aqressiya halları çoxalır: “Bu problem gələcəyi silkələyəcək bəlaya çevrilə bilər...”
Sosial
Oxunub: 30
25 sen 2025 | 09:13
Məktəblərdə aqressiya halları çoxalır: “Bu problem gələcəyi silkələyəcək bəlaya çevrilə bilər...”


Artıq yeni dərs ili başlayıb və çox qısa müddət keçməsinə baxmayaraq, məktəblərdə xoşagəlməz hadisələr diqqət çəkir. Şagirdlər arasında aqressiya halları, bir-birinə qarşı məsuliyyətsiz davranış və hətta zorakılıq faktlarının artması cəmiyyət üçün ciddi narahatlıq doğurur. Əslində məktəb, uşaqların yalnız bilik qazandığı deyil, həm də sosial bacarıqlar, ünsiyyət mədəniyyəti və insanlara hörmət kimi dəyərləri öyrəndiyi mühüm bir mühitdir. Lakin son zamanlar müşahidə olunan mənzərə göstərir ki, bəzi şagirdlər bu prosesdən kənarda qalır və nəticədə neqativ davranış modelləri formalaşır.

Filologiya elmləri doktoru, dosent Vüsalə Ağabəyli Ölkə.az-a açıqlamasında bildirib ki, bu problem təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə müzakirə mövzusudur.

Onun sözlərinə görə, belə halların artması cəmiyyətdə ciddi narahatlıq doğurur və kompleks yanaşma tələb edir:

"Məktəblilər arasında aqressiv və məsuliyyətsiz davranışların artmasının bir neçə əsas səbəbi ola bilər: ailədaxili mühitin təsiri, sosial şəbəkələrdə və oyunlarda zorakı məzmunun çoxluğu, məktəblərdə psixoloji dəstəyin kifayət qədər güclü olmaması və sosial dəyərlərin uşaqlara erkən yaşlardan sistemli şəkildə aşılanmaması. Gərgin ailə mühiti, valideyn nəzarətinin zəifləməsi, telefon və sosial mediada aqressiv məzmunlarda oyunlar, videolarla tez-tez qarşılaşmaq, onları izləmək aqressiyanı gücləndirir. Müasir dövrdə uşaqlara nəzarət mexanizmini təmin etmək çox çətinləşib. İnternet üzərində qazanılan virtual tanışlıq, zorakı məzmunlu oyunlar, o cümlədən, seriallar, video roliklər uşaqlarda aqressiv davranışa təsir göstərir, valideyn və məktəb tərəfindən emosional tənzimləməni çətinləşdirir. Problemlər, ailə büdcəsi o qədər baş qatıb ki, valideynlər çox vaxt öz övladlarını "tanımırlar". Tanımırlar belə ki, o uşağın içində, daxili dünyasında nələr formalaşdığından, hansı istiqamətə getdiklərindən xəbərsiz olurlar. Bəzən isə valideynlərin öz aqressiyası uşaqlara yansıyır, özləri də fərqində olmadan uşaqların sərt, kobud böyüməsinə səbəb olurlar. Belə mühitdə artıq mədəni uşaq anlayışı zəif uşaq anlayışına bərabər tutulur. Bu problem gələcəyi ciddi şəkildə silkələyəcək bəlaya çevrilə bilər.

Bunun üçün məktəblərdə məsuliyyət hissini gücləndirmək və aqressiyanın qarşısını almaq üçün mühüm tədbirlər təşkil edilməlidir, sözdə yox, ad üçün yox, ciddi məzmunlu və konkret auditoriyaya xitabən. Şagirdlərdə empatiya, etik davranış və məsuliyyət mövzularını əhatə edən dəyərlər təlimlərinin təşkili, o cümlədən məhz valideynlərin də cəlb olunması vəziyyətin həlli istiqamətində atılan addımlar olar".

Məktəblərdə aqressiya halları çoxalır: “Bu problem gələcəyi silkələyəcək bəlaya çevrilə bilər...”


V.Ağabəyli qeyd edib ki, məktəblərdə psixoloq və sosial işçi fəaliyyətinin gücləndirmək lazımdır:

"Hansı məktəbdən soruşulsa, deyiləcək psixoloq xidməti mövcuddur. Lakin psixoloq xidmətinin fəaliyyət planı nədən ibarətdir? Kim tərtib edir və kim təsdiqləyir? Fəaliyyətin icrası ilə bağlı hansı monitorinqlər aparılır? Sadəcə şəkillər və press-relizlər kifayətdirmi? Bütün məktəblər bu suala səmimi və canayananlıqla cavab axtarmağa çalışsalar, yenə də məktəblilərə mühüm təsiri olar.

Əvvəllər bir qabdan yemək yeyib, eyni stəkandan su içən, bir-birinin evində gecələyən şagirdlərdən niyə narahat olmurdular, bulinqlər niyə yox idi və ya bu qədər deyildi? Çünki valideynlər özləri də aqressiv deyildi, zərər verə bilmək hissi, kəskin şiddət hissi bu qədər dərin deyildi. Müəllimlər də məktəbə və məktəblilərə doğma yanaşırdı. Məktəb-valideyn əməkdaşlığının genişləndirmək lazımdır, sadəcə valideyn iclasında uşağın aldığı qiymətlə tanışlıq yetərli deyil, valideynlər üçün seminar və maarifləndirici görüşlərin təşkil olunması, problemli vəziyyətlərin daha öncədən aşkarlanması və ona uyğun tədbirlərin təşkil edilməsi vacibdir.

Bundan başqa, məktəblər motivasiyanı təmin etmək üçün məsuliyyətli davranış nümunələrinin şagirdlər arasında mükafatlandırılması və ictimailəşdirilməsinə şərait yaratmalıdır. Təbii ki, obyektiv şərtlərlə! Şagirdlərin məsuliyyətli, mədəni davranışlarını məktəbdə elan lövhələrində paylaşmaqla, tədbirlərdə mükafatlandırmaqla digərlərini də təşviq etmək olar. Lakin bu məsələdə də diqqətli olmaq lazımdır, birini həddindən artıq tərif edib, digərini dayanmadan təndiq etdikdə, daim tənqid olunanda da aqressiyanın təməlini qoymuş olurlar.

Nəticə etibarilə, aqressiyanın və məsuliyyətsiz davranışların azaldılması təkcə məktəbin deyil, həm də ailənin, ictimai qurumların birgə məsuliyyətidir. Sistemli yanaşma tətbiq olunarsa, həm şagirdlərdə məsuliyyət hissi güclənər, həm də məktəb mühiti daha sağlam və təhlükəsiz olar".
Dünən, 21:43
Prezident BMT-dən dünyaya səsləndi - Video
Dünən, 16:00
Əhmədzadə ilə əməkdaşlıq edən Azərbaycan klubları
Dünən, 15:30
Müharibədən sonra neçə uşağa Polad və Xudayar adlarının verildiyi açıqlanıb
Dünən, 13:08
Ursula fon der Lyayen gizli yazışmalarda ittiham olunur: Makronla razılaşma araşdırılır
Dünən, 13:03
Çip savaşı qızışır - Tayvan Vaşinqtonun yanında, Pekin hədəfdə
Dünən, 12:10
“Qarabağ” 5 min cərimələndi
Dünən, 11:54
“Metronun B-04 stansiyasının tikinti işləri 2026-cı ilin sonunadək yekunlaşacaq”
Dünən, 11:50
“Eurolux”un rəhbəri evini satdı - 289 min manatı işçisi ələ keçirdi
Dünən, 11:23
Qırğızıstan parlamenti buraxıldı
Dünən, 11:14
Ərdoğanın Makronla zarafatı gündəm oldu - Video
Dünən, 11:06
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət etdi
Dünən, 11:03
İmişlidə zəhərlənənlərin sayı 59-a çatıb
Dünən, 10:57
Paşinyan Rusiyaya GETDİ
Dünən, 10:50
Rəsmi İrəvanın “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyası
Dünən, 09:40
Masazırda küçədə qumbara və digər hərbi sursatlar aşkar edilib - VİDEO
Dünən, 09:36
Ceyhun Bayramov ABŞ dövlət katibinin ev sahibliyi etdiyi tədbirə qatılıb
Dünən, 09:28
Krımda Rusiyanın logistikasını məhv edirik - Zelenski
Dünən, 09:25
Netanyahu bunu etsə, strateji səhvə yol verəcək – Makron
Dünən, 09:23
Tramp “Rusiyanı dağıtmaq” qərarı vermək üzrədir: Ağ Ev NATO-ya “vur” təlimatı göndərəcək, Kreml üçün çənbər daralır
Dünən, 09:21
Leyla Əliyeva Nyu-Yorkdan ailəvi fotolarını paylaşdı
Dünən, 09:13
Məktəblərdə aqressiya halları çoxalır: “Bu problem gələcəyi silkələyəcək bəlaya çevrilə bilər...”
Dünən, 09:00
"The Economist": Azərbaycanda orta aylıq əməkhaqqı 2030-cu ilə kimi artmaqda davam edəcək
24-09-2025, 16:00
Kanada Fələstin üçün 400 milyon dollar ayrılacağını açıqladı
24-09-2025, 15:30
Tramp Putini sındırdı: “Rusiya kağızdan pələngdir, Ukrayna torpaqlarını geri alacaq, irəli gedəcək” - İLK DƏFƏ
24-09-2025, 14:01
QMİ sədri: Dövlət Şuşada məscidlərlə yanaşı, kilsələri də bərpa edir
24-09-2025, 13:57
Ağdamda minaya düşərək həlak olan "Gizir Xanı" dəfn edilib
24-09-2025, 13:54
Əli Əsədov qərar imzaladı