Tramp “Rusiyanı dağıtmaq” qərarı vermək üzrədir: Ağ Ev NATO-ya “vur” təlimatı göndərəcək, Kreml üçün çənbər daralır
Dunya
Oxunub: 37
25 sen 2025 | 09:23
Tramp “Rusiyanı dağıtmaq” qərarı vermək üzrədir: Ağ Ev NATO-ya “vur” təlimatı göndərəcək, Kreml üçün çənbər daralır



Prezident Donald Trampın Rusiyaya qarşı açıq-aşkar sərt mövqeyə keçməsini onun məcburi siyasi manevri kimi də dəyərləndirmək olar... Çünki Kremlin Ukrayna ilə yanaşı, Şərqi Avropa ölkələrinə qarşı da aqressiv hərbi addımları artıq həm ABŞ-ın, həm də NATO-nun “qırmızı cizgilər”ini ciddi şəkildə aşır...
ABŞ və Rusiya arasında münasibətlərin fərqli məzmun və keyfiyyət qazanmağa başladığı müşahidə olunur. Belə ki, Rusiyanın aqressiv və beynəlxalq hüquq normalarını pozan davranışları Ağ Evdə ciddi qıcıq doğurmağa başlayıb. Xüsusilə də, prezident Vladimir Putinin Ağ Ev sahibi Donald Trampla anlaşmaları kobud şəkildə pozması ABŞ-ın Rusiya siyasətinin sərtləşməsinə yol açıb. Və ona görə də, prezident Vladimir Putinə rəqbət bəsləməsi ilə diqqəti çəkən Ağ Ev sahibi Donald Trampın Ukrayna savaşı ətrafında yaranmış situasiyadan məyusluğunu açıq şəkildə ifadə etməsi qətiyyən təsadüfi deyil.

Onu da qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Trampın Rusiya və Ukrayna ilə bağlı son bəyanatları beynəlxalq ictimaiyyət arasında ciddi rezonans doğurub. Belə ki, Ağ Ev sahibi Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə və daha sonra sosial media vasitəsilə sərt açıqlamalarla diqqəti çəkib. Ağ Ev sahibi Rusiya prezidenti Vladimir Putindən “ümidini kəsdiyini” bəyan edib. Və eyni zamanda, Ukrayna xalqını “cəsur və mübariz”, prezident Volodimir Zelenskini isə “mərd və qətiyyətli lider” kimi dəyərləndirib.

Əslində, prezident Donald Trampın Rusiyaya və onun liderinə qarşı bu sərt ritorikası beynəlxalq məkanda bir qədər təəccüblə qarşılanıb. Çünki prezident Donald Trampın son açıqlamaları onun Rusiya ilə bağlı əvvəlki yumşaq və zaman-zaman Kremllə yaxın münasibətlərə yönəlmiş ritorikasından əhəmiyyətli dərəcədə fərqlənir. Ona görə də, indi Ağ Ev sahibinin bu mövqe dəyişikliyinin səbəbləri, eləcə də, ABŞ-Rusiya münasibətlərinin bundan sonra hansı istiqamətlərə yönələ biləcəyi böyük maraq doğurur.

Məsələ ondadır ki, Ağ Ev sahibi Donald Tramp öz prezidentliyi dövründə Rusiyaya və onun lideri Vladimir Putinə münasibətdə mülayim mövqeyi ilə seçilirdi. Hətta bəzi hallarda, Ağ Ev sahibinin ABŞ kəşfiyyatının məlumatlarını belə, şübhə altına alaraq, Rusiyanın maraqlarını qorumağa çalışdığı iddia olunurdu. Bu baxımdan, onun son bəyanatları, xüsusilə də “Putindən ümidi kəsmək” kimi ifadələri prezident Donald Trampın xarici siyasət ritorikasında yeni bir istiqamətin təzahürü kimi də görünə bilər.

Bununla belə, ABŞ prezidentinin mövqe dəyişikliyi kifayət qədər ciddi suallar da doğurur. Bəzi siyasi müşahidəçilər hesab edirlər ki, Ağ Ev sahibi Donald Trampın bu ritorikası daha çox Rusiyaya qarşı təzyiq kampaniyasının başlanmaq üzrə olduğunu biruzə verən xüsusi strategiya təsiri bağışlayır. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, ABŞ ictimaiyyətində Ukraynaya dəstək əhval-ruhiyyəsi hələ də nisbətən güclü olaraq, qalmaqdadır. Və Ağ Ev sahibi Donald Trampın Ukraynaya yönəlik bu dəstək əhval-ruhiyyəsini, ABŞ-la anlaşmaları pozan Rusiya əleyhinə potensial müqavimət gücünə çevirmək üçün öz mövqeyini sərtləşdirməyə ehtiyac duyduğu da ehtimal olunur.

Ancaq bütün bunlara baxmayaraq, Ağ Ev sahibi Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini tərifləyərək, onu “ağır mübarizənin lideri” kimi təqdim etsə də, bu bəyanatların nə dərəcədə konkret siyasətə çevriləcəyi hələlik müəammalı xarakter daşıyır. Belə ki, prezident Donald Tramp son vaxtlara qədər Ukraynanı və onun lideri Volodimir Zelenskini daha çox ittiham edirdi, Rusiyanın ağır “sülh şərtləri”ni qəbul etməsi üçün rəsmi Kiyevə qarşı siyasi təzyiqlər göstərməyə çalışırdı. Üstəlik, Ağ Ev sahibinin prezidentliyi dövründə Ukraynaya hərbi yardımın gecikdirilməsi və ya ümumiyyətlə, dondurulması kimi hallar da mövcud olub. Və prezident Donald Trampın Ukraynaya qarşı belə sərt təzyiq mərhələsindən sonra indi onun rəsmi Kiyevə münasibətdə dəstəkləyici mövqeyə keçməsi həm də gözlənilməz xarakter daşıyır.

Maraqlıdır ki, prezident Donald Tramp indi yalnız Ukraynaya verdiyi açıq dəstəklə seçilmir, eyni zamanda, Rusiyaya qarşı sərt hərbi təhdidlərlə də diqqəti çəkir. Belə ki, Ağ Ev sahibi NATO ölkələrinə yönəlmiş digər sərt çağırışı ilə Rusiyanın cəzalandırılması ilə bağlı mövqedən qətiyyən uzaq olmadığını biruzə verir. Çünki ABŞ prezidenti birmənalı şəkildə bildirib ki, NATO dövlətləri hava məkanını pozan Rusiya təyyarələrini dərhal və mütləq vurmalıdırlar. Və bəzi qənaətlərə görə, ABŞ liderinin bu çağırışı icra olunarsa, Rusiyanın hərbi təxribatları ucbatından, NATO ölkələrinin iştirakı ilə üçüncü dünya müharibəsi də başlaya bilər.

Göründüyü kimi, prezident Vladimir Putinin davranışlarından məyus olan Ağ Ev sahibi Donald Tramp ABŞ-ı yenidən Bayden adminitrasiyası dövründəki sərt Rusiya siyasətinə geri qaytarmağa başlayıb. Belə ki, Bayden administrasiyası Ukraynaya davamlı hərbi yardım göstərməyi, NATO çərçivəsində koordinasiyalı addımlar atmağı və Rusiya ilə mübarizədə siyasi-diplomatik təzyiqləri əsas strategiya olaraq seçmişdi. Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra bu siyasət ciddi şəkildə dəyişdirilsə də, indi Ağ Ev Rusiya ilə anlaşmaq cəhdlərinin sadəcə, zaman itkisi olduğunu artıq anlamağa başlayıb.

Bütün bunları nəzərə aldıqda, prezident Donald Trampın Rusiyaya qarşı açıq-aşkar sərt mövqeyə keçməsini onun məcburi siyasi manevri kimi də dəyərləndirmək olar. Çünki Kremlin Ukrayna ilə yanaşı, Şərqi Avropa ölkələrinə qarşı da aqressiv hərbi addımlar atması artıq həm ABŞ-ın, həm də NATO-nun “qırmızı cizgilər”ini ciddi şəkildə aşır. Bu baxımdan, Ağ Ev sahibi öz sərt ritorikası ilə əslində, Kremlə son şans vermiş olur. Yəni, əgər, Kreml indiki təhdidkar mövqeyində israrlı olarsa, bu, Rusiyaya qarşı daha prinsipial və radikal qərarlara yol aça bilər. Və prezident Donald Trampın Rusiyanın daha sarsıdıcı zərbələrə məruz qoyulmasında maraqlı olduğu da qətiyyən diqqətdən yayınmır. (musavat.com)
Dünən, 21:43
Prezident BMT-dən dünyaya səsləndi - Video
Dünən, 16:00
Əhmədzadə ilə əməkdaşlıq edən Azərbaycan klubları
Dünən, 15:30
Müharibədən sonra neçə uşağa Polad və Xudayar adlarının verildiyi açıqlanıb
Dünən, 13:08
Ursula fon der Lyayen gizli yazışmalarda ittiham olunur: Makronla razılaşma araşdırılır
Dünən, 13:03
Çip savaşı qızışır - Tayvan Vaşinqtonun yanında, Pekin hədəfdə
Dünən, 12:10
“Qarabağ” 5 min cərimələndi
Dünən, 11:54
“Metronun B-04 stansiyasının tikinti işləri 2026-cı ilin sonunadək yekunlaşacaq”
Dünən, 11:50
“Eurolux”un rəhbəri evini satdı - 289 min manatı işçisi ələ keçirdi
Dünən, 11:23
Qırğızıstan parlamenti buraxıldı
Dünən, 11:14
Ərdoğanın Makronla zarafatı gündəm oldu - Video
Dünən, 11:06
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət etdi
Dünən, 11:03
İmişlidə zəhərlənənlərin sayı 59-a çatıb
Dünən, 10:57
Paşinyan Rusiyaya GETDİ
Dünən, 10:50
Rəsmi İrəvanın “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyası
Dünən, 09:40
Masazırda küçədə qumbara və digər hərbi sursatlar aşkar edilib - VİDEO
Dünən, 09:36
Ceyhun Bayramov ABŞ dövlət katibinin ev sahibliyi etdiyi tədbirə qatılıb
Dünən, 09:28
Krımda Rusiyanın logistikasını məhv edirik - Zelenski
Dünən, 09:25
Netanyahu bunu etsə, strateji səhvə yol verəcək – Makron
Dünən, 09:23
Tramp “Rusiyanı dağıtmaq” qərarı vermək üzrədir: Ağ Ev NATO-ya “vur” təlimatı göndərəcək, Kreml üçün çənbər daralır
Dünən, 09:21
Leyla Əliyeva Nyu-Yorkdan ailəvi fotolarını paylaşdı
Dünən, 09:13
Məktəblərdə aqressiya halları çoxalır: “Bu problem gələcəyi silkələyəcək bəlaya çevrilə bilər...”
Dünən, 09:00
"The Economist": Azərbaycanda orta aylıq əməkhaqqı 2030-cu ilə kimi artmaqda davam edəcək
24-09-2025, 16:00
Kanada Fələstin üçün 400 milyon dollar ayrılacağını açıqladı
24-09-2025, 15:30
Tramp Putini sındırdı: “Rusiya kağızdan pələngdir, Ukrayna torpaqlarını geri alacaq, irəli gedəcək” - İLK DƏFƏ
24-09-2025, 14:01
QMİ sədri: Dövlət Şuşada məscidlərlə yanaşı, kilsələri də bərpa edir
24-09-2025, 13:57
Ağdamda minaya düşərək həlak olan "Gizir Xanı" dəfn edilib
24-09-2025, 13:54
Əli Əsədov qərar imzaladı