Qərar imzalandı: Bu şəxslər 5 il tez pensiyaya çıxacaqlar
Sosial
Oxunub: 187
31 iy 2025 | 10:56
Qərar imzalandı: Bu şəxslər 5 il tez pensiyaya çıxacaqlar


Baş nazir “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb. Yeni sənədlə daha tez pensiyaya çıxanların siyahısı dəqiqləşdirilərək müəyyən əlavələr edilib. Belə ki, qızıl otağının nəzarətçiləri və emal, qırma, daşıma, topaqələviləşdirmə sahələrində nəzarətçilər əlavə olunmaqla mühəndislər, o cümlədən elektrik mühəndislər ilə yanaşı metallurqlar güzəştli siyahıya daxil edilib.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

O, qeyd edib ki, Nazirlər Kabinetinin etdiyi son dəyişikliklər kontekstində bizə ən çox ünvanlanan sorğulardan biri də güzəştli şərtlər ilə pensiya hüququ kimlərə şamil olunması ilə bağlıdır:

“Belə ki, daha tez pensiyaya çıxmaq hüququ yalnız çox uşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlarımıza da şamil olunur. Güzəştli şərtlər ilə pensiya hüququ “Əmək pensiyaları” haqqında Qanunla təsbit olunub. Belə ki, Qanunun 8-ci maddəsi “uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxsləri”, 9-ci maddəsi isə “güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxsləri” müəyyən edir. Sözügedən Qanuna əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Bu o deməkdir ki, çox uşaqlı ailələrdə analar 59, əgər bu hüquqdan atalar isə istifadə edirsə o zaman onlar 60 yaşında pensiyaya çıxırlar. Qanunun 9-cu maddəsinə güzəştli şərtlər ilə pensiya hüququ qaznan vətəndaşlarımızın isə siyahısı kifayət qədər genişdir. Belə ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin Nazirlər Kabinetinin təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bununla yanaşı, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda pensiya yaş həddi 20 il azaldılır”.

Deputat əlavə edib ki, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda 15 il tez əmək pensiyası ala bilirlər: “Eyni zamanda, bir sıra dövlət sektorlarında, o cümlədən prokurorluq, hərbi xidmət, ədliyyə orqanları və s. çalışanların da qulluq müddətindən asılı olaraq daha tez pensiyaya çıxmaq hüquqları vardır. Bütün bunlar ilə yanaşı, daha çox vətəndaşlarımıza tez pensiyaya çıxmaq hüququnun verilməsi ilə bağlı təkliflərimizi də təqdim edirik. Pensiya islahatların dərinləşməsi pensiya yaşının müəyyənləşdirilməsində kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəricilərindən istifadəni daha da aktuallaşdırır”.
Dünən, 10:25
Azərbaycanla İran arasında yüklərin daşınması məqsədilə giriş-çıxış bərpa olunub
Dünən, 10:18
Əraqçi: Tramp Pezeşkianın qonşu ölkələrə qarşı dostcasına jestini məhv etdi
Dünən, 09:50
İsrail İranın mərkəzindəki hədəflərə qarşı yeni zərbələrə başlayıb
Dünən, 09:45
Məsud Pezeşkianın Prezident İlham Əliyevə zəngi Türkiyə mediasında müzakirə edildi - VİDEO
Dünən, 09:34
İranın yeni ali lideri Müctəba Xamenei kimdir? - DOSYE
Dünən, 09:25
Venesueladan ABŞ-yə 100 milyon dollar həcmində qızıl göndərilib
Dünən, 09:21
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
Dünən, 09:00
Novruz tətili yaxınlaşır: Bölgələrdə hotel qiymələri (VİDEO)
8-03-2026, 09:15
Prezidentin sosial media hesablarında 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib
8-03-2026, 09:12
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
7-03-2026, 11:05
Tehran: ABŞ Üçüncü Dünya Müharibəsi üçün saxladığı silahları İrana qarşı istifadə edib
7-03-2026, 11:00
Pezeşkianın və Əraqçinin riyakarlığı: Azərbaycana hücum etməmişik
7-03-2026, 10:52
XİN: Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının böyük hissəsi təxliyə edilib
7-03-2026, 10:48
Rusiya müharibəni qızışdırır: Moskva kəşfiyyat məlumatlarını Tehrana ötürür
7-03-2026, 10:45
Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb
7-03-2026, 10:37
İlham Əliyev Slovakiya Prezidentinə mövqeyinə görə təşəkkür etdi
7-03-2026, 10:34
Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib
7-03-2026, 09:00
İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
6-03-2026, 23:51
SEPAH Bakıda bu strateji obyektləri partlatmaq istəyirmiş - DTX ifşa etdi
6-03-2026, 16:00
BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
6-03-2026, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
6-03-2026, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
6-03-2026, 14:00
İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
6-03-2026, 13:45
Azərbaycan İrandan diplomatik heyətini çıxarır
6-03-2026, 13:11
Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
6-03-2026, 13:02
İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
6-03-2026, 12:29
Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir