Hərbi Prokurorluq Vətən müharibəsi iştirakçıları ilə birlikdə “Heydər Əliyev İli” ilə bağlı tədbir keçirib VİDEO

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə mayın 18-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü və şəhidlərin abidəsi önünə gül dəstələri düzülərək, dahi şəxsiyyətin və qəhrəman Vətən övladlarının parlaq xatirələrinə dərin ehtiram ifadə olunub.
Tədbirdən əvvəl mərasim iştirakçıları dünyaşöhrətli siyasətçinin və bütün şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.
Mərasimdə çıxış edən Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev, Sumqayıt hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Raul Şahverdiyev və digər şəxslər müstəqillik yolumuzu və firavan gələcəyimizi nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.
Çıxışçılar, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ilə yaxın müddət ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş misli görünməmiş uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların əldə olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın əzmkarlığından danışdılar.
Çıxışlarda, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan möhtəşəm Qələbə xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, o dövrdə prokurorluğun, o cümlədən hərbi prokurorluğun Silahlı Qüvvələrlə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, qürur dolu 44 günün unudulmaz təəssüratları xatırlanıb.










Bu gün, 13:17
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış etdi
Bu gün, 13:13
Azərbaycanda bu ödəniş ləğv edilir - Pulsuz olacaq
Bu gün, 13:07
Məktəbli forması ilə bağlı qanunu pozanları nə gözləyir?
Bu gün, 13:02
Müəllimlər də forma geyinəcək
Bu gün, 12:57
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olundu
Bu gün, 11:56
TƏCİLİ: Putin o sənədi imzaladı! Tarix bəlli oldu...
Bu gün, 11:38
SON DƏQİQƏ! Moskva küçələrində hərəkət dayandı
Bu gün, 10:51
“İrana 300 milyard dollar ödəyəcəyimiz xəbəri feykdir”
Bu gün, 10:47
Prezident qəbul keçirdi - Foto
Bu gün, 10:34
Yeni Şuranın vəzifələri bunlar olacaq - Siyahı
Bu gün, 10:14
Bu qurumlar ləğv edilir - Media və Yayım Şurası yaradılır
Bu gün, 09:51
“Onlar ABŞ-dən bir qəpik də almayacaqlar”
Bu gün, 09:42
Bu yollar tıxaclıdır - Siyahı
Bu gün, 09:32
Bakıda atəşfəşanlıq oldu -Fotolar
Bu gün, 09:30
Ərdoğandan NATO bəyanatı: "Heç bir bədbin proqnoz özünü doğrultmadı"
Bu gün, 09:26
Akopyan Ermənistanı birinci xanım qismində təmsil edəcək
Bu gün, 09:11
"Putinin Trampa "yox" deməsi çətin olacaq" — Zelenskidən yeni açıqlama
Bu gün, 09:00
Bu gündən Məhərrəm ayı BAŞLAYIR
Dünən, 12:02
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Dünən, 11:45
DİN: Son iki gündə 84 cinayət açılıb, 32 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Dünən, 11:27
İran-ABŞ anlaşmasının görünməyən tərəfi: Qazanan kim, itirən kim
Dünən, 11:22
ABŞ-la İran razılaşdı: Neft kəskin ucuzlaşdı, qızıl isə bahalaşdı
Dünən, 11:12
XİN: Heydər Əliyevin qayıdışı dövlət müstəqilliyinin möhkəmləndirilməsinin təməlini qoyub
Dünən, 10:46
Məsud Pezeşkian: İrana qarşı aparılan iqtisadi müharibə hərbi qarşıdurmadan daha pisdir
Dünən, 10:41
Tramp Putinə və Si Cinpinə təşəkkür etdi
Dünən, 10:23
Bəzi rayonlara intensiv yağış yağır - Faktiki hava
Dünən, 09:53
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı