Mandatdan “kayf” tutub “çortunu” pozmayan deputat haqqında - Həcü başqadur, Madər!!!

Hacü başqadur, Madər. Ona görə, başqadur ki, onun hər şeyi var. Maşını, evləri, villaları, üstəlik mandatı da...
Hər Həciyə qismət olmayan şeydür ki, 5 dəfə dalbadal parlamentə düşsün. Üstəlik, Milli Məclis sevdası o qədər olsun ki, hətta bundan “kayf” tutsun.
Bizim Hacı Madər Musayevin əntiqə işləri var. Adam uzun illərdən üzübəri yaşamaq, özü də yaxşı yaşamaq üçün mübarizə aparıb. Sağlığına qismət, bu gün hər şeyi var. Di gəl, insafı yoxdur. Nə olsun ki, Həcidir, amma onun da xasiyyəti belədir də...
Hacı Madər Musayev 5 dəfə deputat olsa da, onu seçildiyi dairədə yaşayan insanların heç biri görməyib. Məsələn, Binəqədi rayonuna göydən daş da yağsa, bunun Hacıya heç bir dəxli yoxdur. Bu yaxınlarda rayonun müəyyən qismini su basmışdı. Camaat “lotkay”la hərəkət edirdi. Su o qədər çoxalmışdı ki, hətta bir çox insanların evinin içinə də girmişdi. Məsələ xeyli ictimailəşdi, şişdi, müzakirə olundu, amma Hacı Madərin heç vecinə də olmadı. Cınqırını belə çıxarmadı. Görünür, Hacı həmin vaxt mandatın “kayfın” tuturmuş. Ona görə də, “çortu”nu pozmaq istəməyib.
Deyəcəyik ki, Hacının daha mühüm işləri var idi, sual edəcəksiniz ki, hansı mühüm işlər. Cavab verək ki, Hacının başı bərk qarışıqdır. Kişinin o boyda tikintiləri, o boyda marketləri var. Yazıq bilmir neyləsin, marketi idarə etsin, yoxsa tikintinin pulunu çatdırsın. Bir yandan da krizis... Yazıq lap hövsələdən çıxıb. Ona görə də, yadına nəinki Binəqədi, heç Azərbaycan da düşmür...
Gör, Hacını krizis necə vurub ki, “Favorit”də artıq vaxtı keçmiş mallar satılır. İrad tutacaqsız ki, Həci, o işi görməz. Cavab verəcəyik ki, görüb artıq. Misal üçün, bir müddət əvvəl həmkarlarımız uşaq yeməyi alıb, içində qurdlar çıxıb. Hələ satılan bəzi mallardan siçan tapılması halları da var. Deyilənə görə, Hacı Madər Musayevin “Favoriti” vaxtı keçmiş malları geri qaytaranda şirkətə tövsiyyə edir ki, azacıq xərc çəkib, məsələni bağlamaq olar. Yəni, vaxtı keçmiş malın içi qalır, qutusunun üzərindəki tarixi dəyişib, yenidən istismara göndərilə bilər. Elə buna görədir ki, “Favorit”dən alınan yumurtaları bişirəndə suyun üzündə qalır. Daha doğrusu, xarab olduğu üçün içinin ağı ilə sarısı qarışıb bir birinə.
Düşünəndə ki, əcəba, Həci, tikdirdiyi binalarda da bu standartı tətbiq eləsə, işlər fənadır. Çünki bircə dəfə kiçik zəlzələ olsa həmin binalar “rüku”ya gedmiş olacaqlar. Yəni, bina kəllə-mayallaq gələcək yerə.
Ona görə də, əvvəldən yazdıq ki, Həcü başqadur, Madər!!! jam.az
Dünən, 09:00
Cəbrayılın işğaldan azad olunmasından 6 il ötür
3-10-2026, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
3-10-2026, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
3-10-2026, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
3-10-2026, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
3-10-2026, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
3-10-2026, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
3-10-2026, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
3-10-2026, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
3-10-2026, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
3-10-2026, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
3-10-2026, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı