Arzu Rəhimovu kimlər qoruyur? - İTTİHAM

Son aylar ölkədə aparılan sistemli kadr islahatları və bunun fonunda korrupsiyalaşmış məmurların “arxiv”ə göndərilməsinin şahidiyik. Görünən odur ki, bu islahatar davam edəcək və daha onlarla məmur bərk-bərk yapışdığı bahalı kreslosunu itirməyə məcbur olacaq.
Alman siyasi kluarlarında belə bir deyim var - “Korrupsiyalaşmış məmur hər an partlamağa hazır olan bombadır”. Çünki onun əməlləri insanların səbr kasasını hər an daşıra bilər ki, belə məmurlardan azərbaycanda onlarladır.
Korrupsiyalaşmış, dolanbac yollarla milyonlar qazanmış məmurlar bəzən elə hesab edir ki, kənarda gizlənməklə illərdir törətdiyi əməllərin hesabını ödəməkdən yaxa qurtara biləcəklər. Bəzilər də elə düşünürlər ki, əmrin geriyə oxunması və sərəncam onu məsuliyyətdən uzaqlaşdırır...
Aylardır hər kəsdən gizlənməyə çalışan, mətbuatda adının çəkilməsini müxtəlif vasitələrlə alan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov...
Bəli, həmin Arzu Rəhimov ki, illər öncə Azərbaycanın Müdafiə naziri olmaq üçün nələrdən keçmirdi. Sabiq Müdafiə naziri Səfər Əbiyev büdrəyən zamanlarda bütün gücünü işə salan, mətbuatın gündəmindən düşməyən general-leytenant Arzu Rəhimov indi nədənsə gizlənir? Əcəba, Arzu Rəhimov niyə gizlənsin? Nə bar verir və yaxud onu gizlənməyə vadar edən nədir? “MTN işi” bitmədimi Arzu Rəhimov?
Məlumata görə, Arzu Rəhimovun yaxın adamları orta məktəblərdə gənclərin hərbi vətənpərvərlik mövzusunda olan layihələrdən ildə külli-miqdarda pul qazanır.
Bu pulların bölünmə qaydası çox sadədir. Layihə ilk növbədə 3 mərhələli şəkildə hazırlanır. Birinci mərhələdə layihənin məbləği 5-10 min manat civarında göstərilir və müzakirəyə verilir. İkinci mərhələdə bəzi narazılar ortaya çıxır və səfərbərlik üçün 5-10 min manatın az olduğu məsələsi ortaya atılır. Növbəti sonuncu mərhələdə isə layihənin rəqəmi 10 dəfə şişirdilərək 100-200 min manata çatdırılır. Hər bir layihənin 50 faizi Arzu Rəhimovun payına düşür.
Ümumiyyətlə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti şəffaf olmayan qurumlar siyahısında ilk yerləri tutur. Hərbi komissarlıqlarda yenə əvvəlki kimi rüşvət və korrupsiya mövcuddur, təkcə dəftərxana ləvazimatları adı altında milyonlar silinir.
Hərbi xidmətdən 1 illik möhlət hüququnun qiyməti 2000 manat civarındadır və sairə. Bu vəziyyət barədə Arzu Rəhimov tam məlumatlıdır və ondan gizlin heç kim bir addım atıla bilməz. Elə isə tam korrupsiyalaşmış məmur olar Arzu Rəhimov nədən hələ də vəzifədədir? O bu postda hansı üstünlüklərinə görə qalmalıdır? Arzu Rəhimovun vəzifədən uzaqlaşdırılması üçün daha hansı əməllər törətməsi lazımdır?
Məlum olduğu kimi, Azərbaycan müharibə şəraitində olan ölkədir və hərbi xidmətə yola salınan gənclərin sağlamlığına, fiziki və psixi vəziyyətinə bir başa Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti cavabdehdir.
Faktaz.com
Dünən, 16:24
İlham Əliyev bu şəxsləri medalla təltif etdi
Dünən, 16:00
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir
Dünən, 15:30
Şimaldan İKİBAŞLI Zəngəzur açıqlaması – ABŞ-nin GİZLİ planı
Dünən, 13:11
Azərbaycanda elektrik nəqliyyatı üçün yeni qaydalar hazırlanır
Dünən, 13:00
Deputat pəncərədən tullanıb qaçıbmış...
Dünən, 12:29
Nizami Kino Mərkəzinin divarını cızma-qara edənlər tutuldu
Dünən, 12:23
Azərbaycanda daha bir yol ödənişli olacaq - QƏRAR
Dünən, 11:48
TƏCİLİ! Azərbaycan Ordusu BU İSTİQAMƏTDƏ yürüşə başladı
Dünən, 11:37
Tehrandan İrəvana XƏBƏRDARLIQ: Müharibə davam edərsə, Ermənistan problemlərlə üzləşəcək
Dünən, 11:32
Trampdan yeni İran açıqlaması: Biz hələ başlamamışıq
Dünən, 11:22
SEPAH: "Abraham Linkoln" təyyarədaşıyan gəmisinə raket zərbəsi endirdik
Dünən, 10:42
Elektron siqaret qadağası - Daha hansı məhsullara şamil olunur?
Dünən, 10:38
Gəncədə avtomobil mağazaya girdi - Fotolar
Dünən, 10:20
“Azeri Light”ın qiyməti 18 il əvvəlki rekorda yaxınlaşır
Dünən, 09:38
Sürücülərin nəzərinə!
Dünən, 09:34
İran “Oracle”ı hədəf aldı
Dünən, 09:31
DÇ-ni stadiondan izləmək istəyənlər oxusun!
Dünən, 09:27
Türkiyə millisinə yeni himn bəstələyəcək
Dünən, 09:19
Avropada reaktiv yanacağın qiyməti rekord həddə çatdı
Dünən, 09:15
Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Dünən, 09:00
Azərbaycanda dövlət uşaq müəssisələrində qidalanma rejimində YENİLİK
2-04-2026, 16:00
Ermənistan böyük güclərin toqquşma xəttində: seçki öncəsi polemika və geosiyasi mesajlar
2-04-2026, 15:30
Trampdan QALMAQALLI AÇIQLAMA: "Makron çənəsinə dəyən zərbədən özünə gələ bilmir!"
2-04-2026, 14:23
Mərkəzi Bankdan qiymət artımları ilə bağlı PROQNOZ
2-04-2026, 13:11
Kəlbəcər şəhərinə daha 27 ailə yola salınıb
2-04-2026, 12:29
İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib
2-04-2026, 12:13
Ağdam-Xankəndi dəmir yolunda tikintinin təxminən 43 %-i tamamlandı