Şimaldan İKİBAŞLI Zəngəzur açıqlaması – ABŞ-nin GİZLİ planı
Dunya
Oxunub: 89
3 apr 2026 | 15:30
Şimaldan İKİBAŞLI Zəngəzur açıqlaması – ABŞ-nin GİZLİ planı


“ABŞ-nin Orta Asiyadan vacib mineralların daşınması və İrana nəzarət üçün Ermənistandan keçən bir dəhlizə ehtiyacı var”. Musavat.com bildirir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk TASS-a müsahibəsində bildirib.

“Vaşinqton üçün “Tramp Marşrutu” Orta Asiyadan ABŞ-a vacib mineralların ixracını, eləcə də İranın şimal sərhədinə nəzarəti təmin edən beynəlxalq nəqliyyat dəhlizidir. Bu marşrutla bir çox maraqlar bağlıdır. Hətta hər kəs onu müxtəlif adlarla çağırır - Bakının nöqteyi-nəzərincə, Zəngəzur dəhlizi ölkənin iki hissəsi arasında əlaqənin bərpası, Türkiyə ilə birbaşa əlaqənin açılması və Azərbaycanın Avrasiya nəqliyyat və logistika qovşağı kimi inkişaf etdirilməsi üçün vacibdir”, - deyə Baş nazirin müavini vurğulayıb.

Onun sözlərinə görə, TRIPP layihəsi ilə bağlı sazişin imzalanması Cənubi Qafqazda regional tarazlığı pozub: “Problem ondadır ki, bu sənəd daha dərin prosesləri tətiklədi. Türkmənçay müqaviləsinin imzalandığı 1828-ci ildən bəri mövcud olan regional tarazlığı pozdu”. Overçuka görə, Rusiyanın baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupunda iştirakı Ermənistanın suverenliyini, yurisdiksiyasını, ərazi bütövlüyünü və iqtisadi maraqlarını nəzərə alaraq, mövcud olan bütün ölkələrin maraqlarını "tarazlaşdırmağa" imkan yaratmışdı. O, həmçinin deyib: “Azərbaycan konstruktiv idi və artıq AİB ilə qarşılıqlı bazar açılışları barədə danışıqlar aparan İran Amerikanın Araz çayının şimal sahilinə dəvətinin yaratdığı təhdidlərlə qarşılaşmamışdı”. Baş nazirin müavini əlavə edib ki, Rusiyanın kommunikasiyaların açılması üçün aparılan danışıqlar prosesinə cəlb olunmaması “böyük səhv” idi.

Qeyd edək ki, indiyədək Zəngəzur dəhlizi (TRIPP marşrutu) ilə bağlı Rusiyadan belə sərt rəsmi açıqlama olmayıb. Bu nədir - narahatlıq, yoxsa hədə? Hədədirsə, kimə? ABŞ-nin Zəngəzurla (İranla) bağlı həqiqətənmi hansısa gizli planı var?

Politoloq Murad Sadəddinovun Musavat.com-a bildirdiyinə görə, “Tramp marşrutu” ilə bağlı sənədin imzalanması deyəsən, indi Rusiyanın yadına düşüb: “Məgər TRİPP-lə bağlı sənəd dünən imzalanıb? Ruslara deyəsən, məsələ gec çatır. Gərək bir il keçsin ki, bu barədə nəsə danışsınlar? Yəni açıq-aydın görünür ki, Overçukun çıxışı Ermənistandakı seçkilərlə bağlı idi. Birmənalı şəkildə deyə bilərəm ki, səbəb bundan ibarətdir. Çünki Putinlə Paşinyanın görüşündə o gərginliyi gördük. Bu gərginlikdən sonra Overçuk TRİPP-lə bağlı belə bir açıqlama yaydı. Ancaq Overçuk bütün bunları özbaşına danışa bilməz. Bu, Putinin sözləri idi”.

M.Sadəddinov qeyd edib ki, Rusiya lideri seçkilərlə də bağlı fikirlər səsləndirdi və Paşinyandan konkret cavablar aldı: “Yəni bu mesajlar həm Ermənistan hakimiyyətinə təzyiqdir, həm də Kremlin İrəvandakı elektoratına açıq dəstəkdir. Rusiya Zəngəur dəhlizi ilə bağlı əlindəki imkanlarından istifadə etməyə çalışacaq. Sadəcə, Rusiyanın əlində elə bir imkan qalmayıb. Moskvanın İrəvana qarşı yalnız iqtisadi təzyiq variantı qalıb. Putin də Paşinyanı qazın satış qiyməti ilə bağlı açıq şəkildə təhdid etdi. Əslində, iqtisadi şantaj idi. Yəni Ermənistana qaz həddən ucuz satılır və qiyməti qaldırıla bilər. Amma məsələ budur ki, ruslar qazı heç yerə sata bilmir və az qala yalvarırlar ki, enerji məhsullarını alanlar olsun. Ona görə də Zəngəzur dəhlizi ilə bağlı heç nə edə bilməyəcəklər. İranı da elə vəziyyətə salıblar ki, maşrutun açılmasına əngəl olmağa gücü çatmayacaq”.

Müsahibimizin fikrincə, burada başqa məsələ də var: “Ermənistan dəmiryolunu Rusiyanın əlindən alacaq. Hazırda üç istiqamətdə dəmiryolunun bərpası işləri görülməlidir. Bu layihələr də yüksək texnologiya və maliyyə resursları tələb edir. Rusiyanın isə maliyyəsi yoxdur və beynəlxalq sanksiyalar altındadır. Ermənistan da niyyətini gizlətmir. Hətta dəmiryolunun bərpasında Qazaxıstanın iştirakı gözlənilir. Ona görə Ermənistan bu təzyiq alətini də Rusiyanın əlindən almağa çalışacaq”.
5-08-2026, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
4-08-2026, 15:30
SON DƏQİQƏ: Pezeşkian rəsmən ELAN ETDİ - Tehranda istefa QALMAQALI
4-08-2026, 13:35
Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
4-08-2026, 13:30
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
4-08-2026, 13:24
Prezident onu icra başçısı təyin etdi - Sərəncam
4-08-2026, 12:17
Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
4-08-2026, 11:50
Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
4-08-2026, 11:44
Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
4-08-2026, 11:40
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
4-08-2026, 11:36
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
4-08-2026, 10:48
Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
4-08-2026, 10:39
Əli Əsədov yeni qərar imzaladı
4-08-2026, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
4-08-2026, 10:04
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
4-08-2026, 09:59
2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
4-08-2026, 09:53
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
4-08-2026, 09:46
Bakıda avtomobil neft quyusuna düşdü - Video
4-08-2026, 09:37
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
4-08-2026, 09:31
Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
4-08-2026, 09:26
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır
4-08-2026, 09:21
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
4-08-2026, 09:00
İran tarixi sənədi təsdiqləyir – Azərbaycan da daxil olmaqla...
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
3-08-2026, 15:00
Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
3-08-2026, 14:06
Bu qanunlarda dəyişiklik təsdiqləndi
3-08-2026, 13:55
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib