Azərbaycan Kommunist Partiyasından Ukraynaya ETİRAZ: "Bu, sərsəmlikdir"
Siyaset
Oxunub: 1 533
13 apr 2015 | 19:21
Azərbaycan Kommunist Partiyasından Ukraynaya ETİRAZ: "Bu, sərsəmlikdir"Azərbaycan Kommunist Partiyası (AKP) Ukrayna Ali Radasında qəbul olunmuş Ukraynada kommunist və millətçi-sosialist totalitar rejimlərinin və onların rəmzlərinin təbliğinin qadağan olunması haqqında qanunla əlaqədar öz etirazını bildirib.

AKP sədri Rauf Qurbnaov Modern.az-a açıqlamasında deyib ki, rəhbərlik etdiyi qurum qəbul olunma aktını kəskin pisləyir. Onun sözlərinə görə bu qadağa həm kommunist partiyasının adı, həm də oraq, çəkic, beşgüşəli ulduz, sovet əsgərləri tərəfindən reyxstaq üzərinə sancılan Qələbə Bayrağına da aiddir.
"Belə bir antidemokratik qanun layihəsi, 1948-ci ildə qəbul olunmuş İnsan Hüquqları haqqında Ümumi Bəyannamə ilə təmin olunan insan və vətəndaş hüquq və azadlıqları kobud şəkildə pozur və Sovet tarixini saxtalaşdırır.
Hal-hazırda Ukrayna cəmiyyəti özünün çox çətin dövrünü yaşayır. Dövlətçiliyin hüquqi əsasları sarsılıb, iqtisadi inkişafın səviyyəsinin və xalqın rifahının aşağı enməsi müşahidə olunur.
Hər gün insan təlafatı baş verir, gənclər səpələnmiş vəziyyətdədir, vətəndaşlar öz doğma ölkələrində özlərini təhlükəsiz hiss etmirlər. Hakimiyyətdə olan oliqarxlar mövcud problemləri həll etmək əvəzinə, Sovet xalqının Böyük Vətən Müharibəsində qanmış olduğu tarixi qələbənin 70 - ci ildönümü ərəfəsində kommunist ideologiyasına və sovet simvolikalarına qadağa qoyması Ukrayna hakimiyyətinin bir daha öz antihumanist və repressiv təbitəini ortaya qoymuş olur.
Ölkədə xalq ilə qeyri-bərabər müharibə gedir, sovet dövrünə aid heykəllərin dağıdılması ilə isə vandalizm aktları törədilir. Ukrayna Ali Radasında qəbul olunmuş bu qanun yeni repressiyalara yol açır, vətənin müdafiəsi və dünyanın faşizim vəbasından xilas olunması yolunda qazanılmış qələbələrə görə alınan orden və medalları insanların daşıması qeyri-qanuni hesab edilir".
Partiya sədri hesab edir ki, qəbul olunmuş qanun, onsuz da gərgin olan vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxaracaq. O bildirib ki, kommunist ideologiyasının qadağan olunması, zəhmətkeşlərin və ziyalıların hüquqlarının qorunması, sosializm cəmiyyətinin qurulması uğrunda mübarizə aparan Ukrayna Kommunist Partiyasının da fəaliyyətini qanundan kənarda qoyur.
"Biz, Azərbaycan kommunistlər, bu cür qanunun qəbul olunmasını antidemokratik, insan hüquq və azadlıqlarına hörmətsizlik , bugünkü dünyamız uğrunda canlarından keçmiş insanların xatirəsinə təhqir kimi qəbul edirik. Faşist işğalçılarına qarşı mübarizədə ən böyük töhfəni məhz Kommunist Partiyasının rəhbərliyi ilə Sovet İttifaqı vermişdir. İndi isə kommunist ideologiyası ilə faşizmi eyniləşdirmək sadəcə sərsəmlik və absurddur.
Beləliklə, Azərbaycan Kommunist Partiyası Ukraynada hakimiyyətdə olan xuntanın SSRİ ilə Hitler Almaniyasını eyniləşdirərək ikinci Dünya Müharibəsinin nəticələrini təftiş etmək cəhdlərini əsassız və yanlış hesab edir və bu hadisələrdən dərin narahatçılıq hissi keçirərək Beynəlxalq ictimaiyyəti və sağlamdüşüncəli insanları bu cür xoşa gəlməz hallara qarşı birgə həmrəylik nümayiş etdirməyə çağırır",-deyə Rauf Qurbanov söyləyib.

http://modern.az
Bu gün, 14:44
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
Bu gün, 14:38
SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
Bu gün, 13:48
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Bu gün, 13:21
Sabunçu tuneli bərpa ediləcək
Bu gün, 13:17
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
Bu gün, 12:40
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək
Bu gün, 12:36
Keşlədə sökülən evə görə birdəfəlik maddi yardım veriləcək
Bu gün, 12:29
Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı
Bu gün, 12:18
Yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
Bu gün, 12:14
“Şahdağ” hoteli mənə deyil, qardaşıma məxsusdur” - Deputat
Bu gün, 12:09
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 106 il ötür
Bu gün, 11:00
Dövlət məktəblərində DƏYİŞİKLİK - TƏSDİQLƏNDİ
Bu gün, 10:57
Abşeronda kafedə KÜTLƏVİ DAVA: 2 qardaş bıçaqlandı, 4 nəfər saxlanıldı
Bu gün, 10:54
Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq
Bu gün, 10:50
Evində bu səhvi edənlər 600 manat cərimə ÖDƏYƏCƏK
Bu gün, 10:47
Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
Bu gün, 09:44
Leyla və Arzu Əliyevalar Xan məscidində - FOTOLAR
Bu gün, 09:30
Azərbaycan və Almaniya arasında ticarətin həcmi açıqlandı
Bu gün, 09:26
Maqyar Orbana yaxın oliqarxlara qarşı hərəkətə keçdi
Bu gün, 09:23
Bakıda yolu keçən qadını vuran şəxs futbolçu imiş
Bu gün, 09:18
Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
Bu gün, 09:11
Ermənistan Azərbaycanla sərhəddə silahsız xidmətə keçir - Paşinyan AÇIQLADI
Bu gün, 09:00
Erməni bloger gözlənilməz çağırış: ‘Xaçaturyan azad olmamalı idi!’ – Gərginlik artır”
Dünən, 16:00
Trampdan gözlənilməz etiraf: "Bilmirəm…" – suiqəsd iddiasına şübhə saldı
Dünən, 15:30
Mayda 14 gün iş OLMAYACAQ
Dünən, 14:22
Sülhə qarşı təxribat və Bakıya hücum: Brüsselin məqsədi nədir?
Dünən, 13:11
3 günlük geri sayım başladı? - Tramp İrana xəbərdarlıq etdi