Rəsul Quliyev: «Mən bunu şərəfsizlik hesab edirəm»
Siyaset
Oxunub: 774
14 sen 2017 | 11:52
Rəsul Quliyev: «Mən bunu şərəfsizlik hesab edirəm»













“Mən özümü heç vaxt qorxaq hesab etməmişəm və məni tanıyanların hər biri dediyimi təsdiqləyə bilər. Hətta bugünkü hökumətdə olanlar 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələrini xatırlayıb, daha çox dediklərimi təsdiqləyərlər”.

Bunu eks-spiker Rəsul Quliyev “Yeni Müsavat”a açıqlamasında deyib.

Saakaşvilinin Ukraynaya səs küylü girişi və Rəsul Quliyevin 2005-ci ildə Azərbaycana oxşar qayıdış cəhdini şərh edən eks-spiker ona “qorxaq” deyənlərə sərt reaksiya verib:

“Mən Azərbaycana gəlməkdə qat-qat qətiyyətli idim, nəinki Saakaşvili Ukraynaya getməkdə. Saakaşvili hüquqi dövlətə, mən isə fərqli bir ölkəyə gedirdim. Mənim gedəcəyim ölkənin qonşuluğunda və hətta 1000 kilometrliyində Polşaya oxşar bir sivil dövlət yox idi. Yeganə o vaxt demokratiyaya cəhd edən bir qonşumuz var idi, o da Gürcüstan idi. O zaman bu gün yüksək dəyərlərdən pafosla danışan Saakaşvili Londonda konsulunu mənim qaldığım yerə göndərib, Gürcüstana gəlməməyimi tələb edirdi. Mişa “Bizim Azərbaycanla yaxşı münasibətlərimiz var” deyib (qazı demək olar ki, müftə alırdı. Bu gün rüşvətin əleyhinə çıxış edən Mişa o vaxt, faktiki, Azərbaycandan rüşvət alıb, məni Gürcüstana buraxmadı), məni Gürcüstana buraxmayacaqlarını bildirmişdi. Mən təyyarə ilə uça bilərdim və təyyarənin ölkəyə buraxılmaması ən asan məsələdir. Əlbəttə, Gürcüstana gələ bilsəydim, oradan Azərbaycana keçməyim asan olardı. Hər halda, o zaman sərhəddə məni Mişa kimi 1000-2000 min yox, on minlər qarşılayacaqdı. Bakıya gəlib çatdıqda bu rəqəm bir milyon olardı. Bu gün də Azərbaycana dönməkdə israrlıyam və bu istiqamətdə daha qətiyyətli cəhdlər edəcəyəm”.

R. Quliyev “Saakaşvilinin yanında Timoşenko kimi güclü bir siyasətçi var. Sizin hazırda Azərbaycanda Timoşenkonuz varmı, yaxud 12 il öncə var idimi?” sualına belə cavab verib:

“Yanımda Timoşenko tipli adamların olmasını şərəfsizlik hesab edərdim. Azərbaycan həmin o timoşenkolarla doludur, ondan ağılsız olsalar da. Onlar heç vaxt mənim yanımda ola bilməzlər. Yanımda normal insanlar olacaq, buna şübhə etmirəm”.

Bakıya qayıdış cəhdindən danışan R. Quliyev müxalifət liderlərinin ünvanına ittihamlar da səsləndirib:

“İsa Qəmbər və Əli Kərimli həmin gün Bakıdan 250 km aralı Qəbələyə getmişdilər. Mən Ukraynada ABŞ səfirliyinin təzyiqi ilə buraxıldıqdan sonra Kiyevdə İsa Qəmbərlə görüşdüm. Birdən o, gülməli bir fikir söylədi. Guya mənim buraxılmağımı o, Yuşşenkodan xahiş edib. Mən ona o, Kiyevdə görüşlərə başlayana qədər azad edildiyimi və Yuşşenkonun tapşırığı ilə 5 nəfərdən ibarət qoruyucu verildiyini izah etdim. Bizim çörək yediyimiz restoranın ətrafı da Ukraynanın silahlı qüvvələri tərəfindən qorunurdu. Və onların gözlərinin qarşısında mən gedəndə onlar da maşınlarına minib arxamca sürdülər. Ondan başqa, mənim siyasi sığınacaq statusumun olduğunu və BMT-nın 1951-ci ildən bu statuslu insanların toxunulmazlığı barədə qərarı olduğunu da dedim. Nə üçün bunları sadalayıram; çünki bir neçə il bundan öncə yenidən bu insanın “mən Quliyevi xilas etdim” kimi cəfəngiyyatına rast gəldim”.
Dünən, 16:00
Bu qidalar xərçəngdən qoruyur - Əsl MÖCÜZƏDİR
Dünən, 15:30
Azərbaycan orta güc dövlətlər sırasında
Dünən, 14:22
Azərbaycanda onlardan cəmi 13 nəfər qalıb
Dünən, 12:51
İlham Əliyev Roma Papasını təbrik edib
Dünən, 12:45
Bədxahlara BƏD xəbər - Azərbaycan və Türkiyə BUNU da etdi
Dünən, 12:32
Aralıq dənizində savaş hazırlığı-Türkiyə hədəfdə
Dünən, 11:55
Azərbaycanda pensiya, müavinət, təqaüd və ünvanlı yardım xərcləri artıb
Dünən, 11:51
ÜST-dən 12 ölkəyə hantavirus xəbərdarlığı: Türkiyə də var
Dünən, 11:19
İnsan alverinə qarşı mübarizəyə dair fəaliyyət planı Prezidentə təqdim edilib
Dünən, 11:15
Ölkədə 32 valideyn polis nəzarətinə götürülüb
Dünən, 11:01
Alıcılar risk altında: Bakıda təbii kürü adı ilə görün nə satılır - VİDEO
Dünən, 10:57
"AQTA "at əti" dedi, restoran rəhbərliyi təkzib etdi: "Bizdə ancaq quzu olur" - VİDEO
Dünən, 10:45
Bakı dünyaya kamikadze PUA-larla çıxır - Bədxahlara mesaj
Dünən, 09:48
İran BƏƏ ərazisinə zərbələr endirir - RƏSMİ
Dünən, 09:40
Yeni qatar dayanacağı istifadəyə verildi - Fotolar
Dünən, 09:33
İsrail səfiri Albert Aqarunovun məzarını ziyarət etdi - Fotolar
Dünən, 09:26
Maşın gətirənlərin nəzərinə — Yeni tələb
Dünən, 09:22
MKİ: İranın ballistik raketlərinin 70%-i hələ də qalıb
Dünən, 09:18
ABŞ-nin keçmiş müdafiə naziri: İranla müharibə uzun çəkəcək
Dünən, 09:12
Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb
Dünən, 09:00
Nazirləri bir də belə görün... - VİDEO
7-05-2026, 16:00
Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ
7-05-2026, 15:30
50 minlik ordu Trampdan hücum ƏMRİ GÖZLƏYİR
7-05-2026, 15:05
Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Foto - Video
7-05-2026, 13:28
Ölkədəki apteklərdə saxta dərmanlar satılır?
7-05-2026, 13:24
Oliqarx oğluna qalib gəlmiş Fidan Abbasovanı maşından zorla apardılar
7-05-2026, 12:42
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana alüminium və taxıl göndərilib