Əli Həsənov dialoqun nəticələrini açıqladı
Siyaset
Oxunub: 1 678
13 dek 2014 | 22:20
Əli Həsənov dialoqun nəticələrini açıqladı


















Müxalif partiyaların hamısı dialoqda iştirak etməyib.

Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün müxalifət partiyalarından bir qrupunun rəhbəri ilə keçirdiyi dialoqun nəticələrini açıqlayıb.

Azerinfo.az-ın APA-ya istinadən məlumatına görə, Ə. Həsənov bildirib ki, görüşdə 17 müxalif partiyası təmsil olunub. Onun sözlərinə görə, 3 saata qədər davam edən görüşdə Azərbaycan cəmiyyətini, siyasi partiyaları düşündürən və dövlətin iqtisadi, siyasi, sosial, beynəlxalq münasibətlər sahəsindəki bütün fəaliyyətinə aid olan məsələlər haqqında danışılıb: “Bu görüşün davamlı olması həm hakimiyyət tərəfindən, həm də siyasi partiyalar tərəfindən çox zəruri həqiqət kimi qəbul olundu. Qərara gəldik ki, bundan sonra da onları maraqlandıran, narahat edən məsələlərin birgə müzakirə edilməsi və ortaq nəticəyə gəlinməsinə razılaşdıq".

Şöbə müdiri qeyd edib ki, bugünkü görüşdə həm siyasi partiyaların, həm hakimiyyətin, həm də azad medianın fəaliyyətinə aid olan məsələlər müzakirə olunub, açıq fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin siyasi partiyaların maliyyələşməsi, mənzil qərargahla təmin olunması, siyasi partiyalar və hakimiyyətin tədbirlərində iştirak məsələləri, partiyalar və seçki institutlarının fəaliyyəti müzakirə olunub: “Düşünürük ki, kifayət qədər əlverişli və dinamik görüş oldu. Növbəti görüşlər üçün həm zəmin hazırlandı, həm də mövzular təxmin olundu. Hakimiyyət nümayəndəsi olaraq biz onları dinlədik, ümumiləşdirdik və müvafiq olaraq qərar qəbul eləyən dövlət strukturlarının rəhbərlərinə, o cümlədən də ölkə prezidenti cənab İlham Əliyevə nəticələri çatdıracağıq”.

Ə. Həsənov onu da qeyd edib ki, müxalif partiyaların hamısı dialoqda iştirak etməyib. Onun sözlərinə görə, görüş bugünkü tədbirdə iştirak edən 17 partiyadan 8-nin təşəbbüsü ilə keçirilib.

PA rəsmisi bildirib ki, gələcəkdə bütün siyasi partiyaların bu görüşlərə dəvət olunması ilə bağlı da müzakirə aparılıb.
Bu gün, 11:05
Tehran: ABŞ Üçüncü Dünya Müharibəsi üçün saxladığı silahları İrana qarşı istifadə edib
Bu gün, 11:00
Pezeşkianın və Əraqçinin riyakarlığı: Azərbaycana hücum etməmişik
Bu gün, 10:52
XİN: Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının böyük hissəsi təxliyə edilib
Bu gün, 10:48
Rusiya müharibəni qızışdırır: Moskva kəşfiyyat məlumatlarını Tehrana ötürür
Bu gün, 10:45
Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb
Bu gün, 10:37
İlham Əliyev Slovakiya Prezidentinə mövqeyinə görə təşəkkür etdi
Bu gün, 10:34
Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib
Bu gün, 09:00
İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Dünən, 23:51
SEPAH Bakıda bu strateji obyektləri partlatmaq istəyirmiş - DTX ifşa etdi
Dünən, 16:00
BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
Dünən, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
Dünən, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
Dünən, 14:00
İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
Dünən, 13:45
Azərbaycan İrandan diplomatik heyətini çıxarır
Dünən, 13:11
Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
Dünən, 13:02
İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
Dünən, 12:29
Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir
Dünən, 12:23
Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə
Dünən, 11:33
Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar
Dünən, 11:25
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
Dünən, 11:22
Tramp Ağ Evdə Messi ilə görüşdü: Oğlum sizə fanatlıq edir - FOTOLAR
Dünən, 10:57
Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
Dünən, 10:23
Tramp: İranın özünə gəlməsi üçün 10 il lazım olacaq
Dünən, 10:16
Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
Dünən, 09:44
Son Dəqiqə: ABŞ ayətullahların toplantısını vurdu
Dünən, 09:37
Xameneinin varisinin təyinatını təxirə salındı
Dünən, 09:32
Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı