Kremlin Baklıya qarşı yeni oyunu - “Milyarderlər ittifaqı”...
Siyaset
Oxunub: 918
4 apr 2017 | 13:20
Kremlin Baklıya qarşı yeni oyunu - “Milyarderlər ittifaqı”...
















Bir həftə sonra - aprelin 11-də Rusiya hökumətinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatını ləğv etmək və fəaliyyətini dayandırmaq üçün Ali Məhkəməyə göndərdiyi müraciətə baxılacaq. Ali Məhkəməyə müraciət edən Rusiya Ədliyyə Nazirliyi iddia edir ki, “ÜAK fəaliyyətində Rusiya Federasiyasının mövcud qanunvericiliyini pozub”. Nazirlik bildirir ki, ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təşkilat pozuntuları aradan qaldırmayıb və bu səbəbdən də Ədliyyə Nazirliyi martın 3-də Ali Məhkəməyə “təşkilatın ləğvinə dair” inzibati iddia qaldırılması üçün müraciət edib.

ÜAK bu iddialarla razılaşmır. ÜAK prezidentinin müşaviri, təşkilatın Rəyasət Heyətinin üzvü Kamran Rüstəmov deyib ki, bütün ictimai təşkilatların yoxlanılması Rusiya Ədliyyə Nazirliyinin səlahiyyətində olan məsələdir. O qeyd edib ki, Rusiyada ictimai təşkilatlar haqqında qanuna tez-tez dəyişikliklər olur: “Qanuna əlavə və dəyişikliklər olur ki, ictimai təşkilatlar da öz nizamnamələrini həmin dəyişikliklərə uyğunlaşdırmalıdırlar. Ötən ilin dekabr ayında ÜAK-ın qurultayı keçirildi. Təşkilatın yeni nizamnaməsi qəbul olundu. İndi həmin nizamnamə təsdiqlənmək üçün Rusiya Ədliyyə Nazirliyinə göndərilib. Onlar özləri təyin etdikləri müddətdə buna baxacaqlar. Biz bütün sənədləri təqdim etmişik. Onlar sənədlərdə müəyyən səhvlər tapdılar. Bunlar mexaniki səhvlərdir. Biz onların tövsiyəsi ilə həmin səhvləri düzəltdik, dəyişikliklər etdik, yenidən nazirliyə təqdim etdik. İndi onlardan cavab gözləyirik”.

K.Rüstəmov bildirib ki, ÜAK bir gündə ləğv olunacaq təşkilat deyil: “Konqresin əsası ulu öndər Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putin tərəfindən qoyulub. Bu təşkilatı ləğv etmək asan məsələ deyil. Təşkilatımızın Rusiyanın 70-dən çox regionunda bölmələri fəaliyyət göstərir. Bu böyüklükdə təşkilatı bağlamaq ağlabatan deyil. ÜAK Rusiya və Azərbaycan prezidentlərinə arxalanan təşkilatdır”.

Azərbaycan hakimiyyəti Ədliyyə Nazirliyinin müraciətinə hörmətlə yanaşır və görünür ki, Rusiya rəsmilərinin bu çox mühüm olan bir məsələdə son qərarının iki dövlət arasında münasibətlərə xələl gətirməyəcəyinə ümid edir.

Diasporla İş üzrə Dövlət Komitəsi aprelin 3-də yaydığı bəyanatda bildirib ki, “dünyada və regionda mürəkkəb, ziddiyyətli proseslərin getdiyi indiki şəraitdə ÜAK-ın fəaliyyətinin dayandırılmasının heç də iki ölkənin maraqlarına xidmət etmədiyini çox aydın şəkildə nümayiş etdirir”.

Komitədən bildirilib ki, ÜAK-ın ləğv olunması, yaxud onun ictimai nüfuzunun zədələnməsinə yönəlmiş təşəbbüslər iki xalq arasında qarşılıqlı etimada əsaslanan çoxəsrlik dostluq ənənələrinin, habelə Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinin ruhuna ziddir və bu münasibətlərin inkişafında maraqlı olmayan qüvvələrin mənafelərinə xidmət edə bilər. “Azərbaycan ictimaiyyəti, eyni zamanda Rusiyada yaşayan çoxmilyonlu Azərbaycan icması ümid edir ki, Rusiya Federasiyasının müvafiq qurumları obyektiv, ədalətli, iki ölkənin milli maraqlarına uyğun qərar qəbul edəcək və Rusiya azərbaycanlılarını öz ətrafında birləşdirən ÜAK bundan sonra da həmvətənlərimiz arasında mədəni- mənəvi birliyin və bütövlükdə Rusiya-Azərbaycan dostluğunun möhkəmlənməsində, ikitərəfli münasibətlərin inkişafında mühüm rola malik bir təşkilat kimi uğurla fəaliyyət göstərəcək” deyə, bəyanatda bildirilir.

Azərbaycan Milli Məclisinin deputatları səviyyəsində olan reaksiya isə kifayət qədər sərt tonu ilə seçilir. Məsələn, deputat Rasim Musabəyov Rusiyanı Azərbaycanın ən böyük diaspora təşkilatının fəaliyyətinə əngəl yaratmaqda suçlayıb. R.Musabəyov Azərbaycanda fəaliyyət göstərən Rusiya ictimai birliklərinin gündəmə gəlməsinin mümkünlüyünü deyib.(mənbə: minval.az).

Maraqlıdır ki, Ədliyyə Nazirliyinin müraciətindən bir gün əvvəl Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın ədliyyə naziri Aleksandr Konovalovla görüşüb. Görüş barədə qısa məlumat yalnız tərəflərin ədliyyə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etməsindən ibarətdir. Amma böyük ehtimalla Azərbaycan səfiri məhz ÜAK-la bağlı yaranmış hüquqi problemləri müzakirə etmək üçün nazirlə görüşməyi zəruri bilib. Buna baxmayaraq, Rusiya tərəfi iki ölkə arasında gərginlik yaradacağı şübhə doğurmayan müraciəti Ali Məhkəməyə göndərib. Yeri gəlmişkən, Vahid Rusiya Partiyasında təmsil olunan Aleksandr Konovalov hələ Vladimir Putinin baş nazirliyi dövründən - 2008-ci ildən nazir işləyir. Ötən ilin yayında Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov da Moskvada səfərdə olub və rusiyalı həmkarı ilə görüşüb. Hökumətdə yeni adam olmayan Konovalovun rəhbərlik etdiyi nazirliyin bu addımı əlbəttə ki, ciddi narahatlıq doğurmaya bilməz.

ÜAK-ın qeydiyyatı ilə bağlı yaranmış vəziyyəti minval.az-a şərh edən rusiyalı siyasi texnoloq Denis Kokordinov hesab edir ki, təşkilatın qeydiyyatın ləğv edilməsi kimi bir təhlükə ilə üzləşməsində Rusiyadakı səfir Polad Bülbüloğlunun da məsuliyyəti var. Politexnoloq hesab edir ki, P.Bülbüloğlu təşkilatın fəaliyyətinə bəzi hallarda qısqanc münasibət göstərib, təşkilatın ictimai arenada nüfuzlu nümayəndələrinin ÜAK-dan uzaqlaşdırılmasına nail olub.

Heç kimə sirr deyil ki, Rusiyada azərbaycanlıların mütəşəkkil və güclü təşkilatının fəaliyyət göstərməsi ilk növbədə bu ölkədəki erməni diasporunun maraqlarına cavab vermir. Rusiyadakı erməni lobbisi və onun təsiri altında olan müəyyən rəsmi dairələr də ÜAK-ın fəaliyyətinin dayandırılmasına nail olmağa çalışırlar ki, nazirliyin müraciəti bunu bir daha sübut edir. Amma martın 3-dən, yəni Ədliyyə Nazirliyinin müraciətindən ötən müddətdə Kreml rəhbərliyi bu ciddi siyasi yanlışın qarsısını almaq üçün heç bir çaba göstərmir. Eləcə də hər mümkün məqamda iki ölkə arasında strateji tərəfdaşlıqdan danışan Rusiyanın Bakıdakı səfirliyi də nədənsə susur. Bu isə ağıllara, “əcəba, bu Azərbaycana yönəlmiş aşkar təzyiqin arxasında Kreml rəhbərliyi dayana bilərmi” sualını gətirir.

Rusiyanın Azərbaycandan narazılığını adətən bu cür təşkilat oyunları ilə gündəmə gətirməsi yeni fakt deyil. Yada salaq ki, 2013-cü ildə Kremlin xeyir-duası ilə Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqı ətrafında da ciddi oyunlar qurulmuşdu. Qeyri-rəsmi olaraq “Milyarderlər ittifaqı” adlanan qurum rəsmi Bakının siyasətini hədəfə almışdı ki, tezliklə Azərbaycanın sabiq vitse-primyeri Abbas Abbasovun rəhbərlik etdiyi təşkilatın əslində Kremlin müəyyən dairələrinin əlində oyuncaq olduğu üzə çıxdı. İndi Azərbaycana qarşı qurulmuş yeni “hüquq oyunu”nun arxasındakı qüvvələri ifşa etmək Moskva rəhbərliyinin üzərinə düşür. Əlbəttə ki, özləri bu oyunun bir parçası deyillərsə...
“Yeni Müsavat”
Bu gün, 11:11
Trampın paylaşımı İsrail rəhbərliyini şoka salıb
Bu gün, 10:39
Lənkəranda ağır QƏZA - 7 nəfər yaralandı
Bu gün, 10:30
Premyer Liqa: "Şamaxı" "Karvan-Yevlax"la, "Qarabağ" "Sabah"la üz-üzə gələcək
Bu gün, 10:25
Türkiyədə məktəbə yeni hücum planı: 8 şagirdə qəfil əməliyyat - DETALLAR
Bu gün, 10:19
Azərbaycanla Aİ arasında yeni ikitərəfli saziş üzrə növbəti müzakirələr aparılıb
Bu gün, 10:15
Azərbaycan neftinin qiyməti azalıb
Bu gün, 10:11
Karapetyanın ev dustaqlığı daha 3 ay artırıldı
Bu gün, 10:03
Əhaliyə ŞAD XƏBƏR - Bu gün giriş pulsuz olacaq
Bu gün, 09:59
Başlıbel qətliamından 33 il ötür
Bu gün, 09:00
Banklar hansı müştərilərə kredit vermir?
Dünən, 16:00
İlham Əliyev Antalyada - Bakı-Ankara xətti güc nümayişinə çevrilir
Dünən, 15:30
Dəməşqdən tarixi sülh həmləsi: Əş-Şaraa İsrail ilə saziş imzalamağa hazır olduğunu açıqladı
Dünən, 14:22
Xankəndi Dəmir Yolunun açılış vaxtı açıqlandı
Dünən, 13:06
ADY açıqladı: 2030-cu ilə qədər...
Dünən, 13:00
Rusiya İran taktikasına keçir? – NATO-ya ilginc HƏDƏ
Dünən, 12:18
10 ildən köhnə maşınlara QADAĞA: Bazarda son vəziyyət
Dünən, 12:10
Bakı–Kürdəmir qatarında gediş haqqı bəlli oldu
Dünən, 12:03
İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb
Dünən, 11:45
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü başlayıb - YENİLƏNİB
Dünən, 11:40
Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb
Dünən, 11:35
İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb
Dünən, 11:30
Tramp İrana güzəştə getməli olacaq - “Politico” danışıqların təfərrüatlarını açıqladı
Dünən, 11:10
Paşinyan: Metastaz veriblər, cərrəhi əmaliyyat lazımdı, ya da Nuhun gəmisinə mindirib…
Dünən, 10:52
Azərbaycan XİN Suriyanı Milli Günü münasibətilə təbrik edib
Dünən, 10:48
Bağça müdirindən ağlasığmaz hərəkət: O görüntülər araşdırılır
Dünən, 10:14
Amerikalı nazir açıqladı: ABŞ İrana qarşı yeni əməliyyata başladı
Dünən, 10:03
Avropa çempionatı: Hidayət Heydərov bu gün mübarizəyə başlayır