Azərbaycanda 13 deputata ev verilir: Ən bahalı binalardan birində (ADLARI)
Siyaset
Oxunub: 960
5 yan 2017 | 15:04
Azərbaycanda 13 deputata ev verilir: Ən bahalı binalardan birində (ADLARI)















Paytaxtın "Ağ şəhər” deyilən ərazisinə yaxın yerdə (Gürcüstan, Belarus, Ukrayna, Qazaxıstan səfirliklərinin yaxınlığında) "KAT Ltd” tərəfindən tikintisinə 2003-cü ildən başlanan 2 bloklu 12 mərtəbəli göydələnin istifadəsi 2016-cı ilin dekabr ayının son günlərində baş tutub. Məlumatlı mənbənin bildirdiyinə görə, binanın tikintisinin bu qədər uzun çəkməsi isə hazırda iflas həddində olan adıçəkilən tikinti şirkətinin məsuliyyətsizliyi və səhlənkarlığı üzündən olub.

"Bildiyiniz kimi, 2003-cü ildə mənzilə ehtiyacı olan 54 millət vəkilinə yaşayış binası tikilməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) yerləşdiyi ərazidə yer ayrılmışdı. Ancaq sonradan belə məsləhət bilindi ki, deputatlar üçün bina indi "Ağ şəhər” deyilən əraziyə yaxın yerdə tikilsin, həmin ərazidə isə FHN-nin binası tikilsin.

O vaxtdan da bu yana əzablı günlər başlandı. Binanın tikintisi ilə məşğul olan "KAT Ltd” müxtəlif bəhanələrlə binanın tikintisini düz 13 il uzatdı və axır ki, ötən il son günlərində mənzillərin açarları indiki və sabiq deputatlara təqdim olundu”-deyə, daha sonra məlumatlı mənbə bildirib. Qeyd edək ki, 54 sabiq və indiki deputatdan əslində cəmi 13-ü həmin binada yaşayacaq. Çünki qalan 41 nəfər zamanında həmin şirkət tərəfindən tikilən ayrı-ayrı binalarda mənzillə təmin olunduqları üçün indi onların adlarına olan mənzillər satışa çıxarılacaq.

13 nəfərə düşən mənzillərin həcmi isə hər biri ayrı-ayrılıqda 180-220 kvadratmetrdir və hər bir kvadratmetri də 152 dollardan hesablanıb. Yəni, keçmiş və indiki deputatlar mənzilləri üçün ümumilikdə 35-40 min dollar arası pul xərcləməli olublar. Lakin şirkət indi qalan mənzilləri nə az-nə çox, kvadratmetrini 1800 manatdan çatışa çıxarıb.

Onu da qeyd edək ki, yeni binada mənzil alanlar arasında spiker Oqtay Əsədov, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, parlamentin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, parlament Aparatının Komitə və komissiyalar ilə iş şöbəsinin müdir müavini, sabiq millət vəkili Rifət Ağalarov, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və digər indiki və sabiq millət vəkilləri var (gununsesi.info).
Bu gün, 11:05
Tehran: ABŞ Üçüncü Dünya Müharibəsi üçün saxladığı silahları İrana qarşı istifadə edib
Bu gün, 11:00
Pezeşkianın və Əraqçinin riyakarlığı: Azərbaycana hücum etməmişik
Bu gün, 10:52
XİN: Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının böyük hissəsi təxliyə edilib
Bu gün, 10:48
Rusiya müharibəni qızışdırır: Moskva kəşfiyyat məlumatlarını Tehrana ötürür
Bu gün, 10:45
Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb
Bu gün, 10:37
İlham Əliyev Slovakiya Prezidentinə mövqeyinə görə təşəkkür etdi
Bu gün, 10:34
Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib
Bu gün, 09:00
İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Dünən, 23:51
SEPAH Bakıda bu strateji obyektləri partlatmaq istəyirmiş - DTX ifşa etdi
Dünən, 16:00
BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
Dünən, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
Dünən, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
Dünən, 14:00
İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
Dünən, 13:45
Azərbaycan İrandan diplomatik heyətini çıxarır
Dünən, 13:11
Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
Dünən, 13:02
İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
Dünən, 12:29
Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir
Dünən, 12:23
Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə
Dünən, 11:33
Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar
Dünən, 11:25
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
Dünən, 11:22
Tramp Ağ Evdə Messi ilə görüşdü: Oğlum sizə fanatlıq edir - FOTOLAR
Dünən, 10:57
Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
Dünən, 10:23
Tramp: İranın özünə gəlməsi üçün 10 il lazım olacaq
Dünən, 10:16
Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
Dünən, 09:44
Son Dəqiqə: ABŞ ayətullahların toplantısını vurdu
Dünən, 09:37
Xameneinin varisinin təyinatını təxirə salındı
Dünən, 09:32
Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı