“Tramp Zəngəzur dəhlizindən vaz keçə bilər” iddiası
Dunya
Oxunub: 5
18 mar 2026 | 16:00
“Tramp Zəngəzur dəhlizindən vaz keçə bilər” iddiası


Rusiya nəşrinin yazdıqlarına Bakıdan reaksiya: “TRIPP yolunun aqibəti 7 iyun seçkilərindən asılı deyil...”
Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, “Tramp marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi İranda baş verən hadisələr səbəbindən gecikə bilər. O, keçirdiyi son brifinqdə bildirib ki, hazırda TRIPP ABŞ administrasiyasının prioritetləri sırasında deyil. Musavat.com xəbər verir ki, bu barədə “Moskovskiy komsomelts” nəşri yazır.

“Ermənistanın Sünik vilayəti ərazisindən keçəcək və Azərbaycanı Naxçıvanla birləşdirəcək 42 kilometrlik nəqliyyat dəhlizi barədə razılaşma 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşünün yekununda əldə olunmuşdu. Bu razılaşma ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Bakı və İrəvana son səfəri zamanı da təsdiqlənib. Tərəflər artıq layihənin praktiki həyata keçirilməsinə başlamış və tikintinin bu il başlanması planlaşdırılmışdı. Lakin müharibə bütün planları dəyişə bilər”, - deyə məqalədə bildirilir.

Məqalədə bildirilir ki, Ermənistan faktiki olaraq öz suveren ərazisinin bir hissəsini 99 illik müddətə ABŞ-yə icarəyə verib. “Tramp marşrutu”nu "TRIPP Development" şirkəti idarə edəcək və onun 74 faizi ABŞ-yə məxsus olacaq. 49 ildən sonra müqavilə daha 50 il uzadılacaq, Ermənistanın payı 49 faizə çatacaq, lakin nəzarət paketi (51 faiz) yenə də amerikalılarda qalacaq.

“Bəs İranda baş verən müharibə bu planları puça çıxara bilərmi” sualı barədə nəşrə politoloq Andranik Miqranyan danışıb. Onun fikrincə, hər şey İrana qarşı aparılan müharibə və Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticəsindən asılı olacaq. Ekspert hesab edir ki, əgər amerikalılar Yaxın Şərqdə məğlub olub bölgədən geri çəkilsələr (bəzi ekspertlərin fikrincə, bu mümkündür), onda onlar TRIPP layihəsinin həyata keçirilməsində əvvəlki qədər maraqlı olmayacaq. Onun sözlərinə görə, İran bu layihəyə çox mənfi yanaşır: “Layihə regiondakı digər Amerika obyektləri kimi İran üçün potensial hərbi hədəfə çevrilə bilər. Belə bir təhlükə mövcud olduğu halda layihəni həyata keçirmək çox çətindir. İran artıq göstərib ki, Yaxın Şərqdə amerikalıların tikdiyi obyektləri bombardman etməyə hazırdır. Buna görə də regionda müharibə başa çatmayana, yeni güc balansı formalaşmayana və Ermənistanda seçkilərin nəticələri məlum olmayana qədər TRIPP layihəsinin gələcəyi qeyri-müəyyən olaraq qalır”.

Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a deyib ki, İranla ABŞ-nin müharibəsi TRİPP yolunun, yəni Zəngəzur dəhlizinin aqibətini hər hansı bir formada dəyişə bilməz: “Paşinyan siyasətə küçədən gəlib. Analitik təhlil bacarığı çox zəifdir. Müharibənin nəticəsindən asılı olmayaraq, İranda hakimiyyətə gələcək istənilən kəsim Zəngəzur dəhlizinə son ümid yolu kimi baxacaq. Çünki İran iqtisadiyyatı hazırda embarqoların təsirini minimuma endirməyə çalışır. Hətta Zəngəzur dəhlizinin alternativi olan körpü də Azərbaycanla İran arasında, Araz çayı üzərində inşa olunub. Bütün bunlar gələcəyə hesablanmış addımlardır. Üstəlik, Zəngəzur dəhlizi Çindən Böyük Britaniyaya uzanan "Bir kəmər, bir yol" dəhlizinin tərkib hissəsidir. Yəni İranın ən böyük müttəfiqləri - Çin və Rusiya da bu dəhlizin əsas dəstəkçiləridir. Görünən odur ki, dəhlizin açılmasına hər hansı qlobal əngəl yoxdur. Bir sözlə, TRİPP yolunun aqibəti heç 7 iyun seçkilərindən də asılı deyil. Yəni Ermənistanda seçkilərdə kimin hakimiyyətə gəlməsinin heç bir önəmi yoxdur. Çünki 8 avqust sazişinin digər tərəfi ABŞ-dir".

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev hesab edir ki, TRIPP layihəsinin icrasına başlanılması onsuz da uzanırdı: “Paşinyan üçün prosesin bu ilin iyun ayında keçiriləcək parlament seçkilərindən sonra başlanması məqsədəuyğun hesab olunurdu. ABŞ-nin də keçən ilin avqust ayından bu günə kimi konkret işlərə başlamaması görünür ki, İranla bağlı olacaq hadisələrin öncədən bəlli olmasından irəli gəlirdi. İstənilən halda ABŞ tərəfi, xüsusilə Donald Tramp bu layihənin həyata keçməsində son dərəcə maraqlıdır. Amma nəzərə almaq lazımdır ki, avqustun 8-də razılıq imzalanandan dərhal sonra İran bu layihəyə etirazını bildirmişdi. Rusiya isə açıq şəkildə etiraz etməsə də, özünün bu layihənin operatorlarından biri olmaq istəyini açıqlamışdı. Ermənistanda keçiriləcək parlament seçkilərinin və İranda gedən bu müharibənin TRİPP layihəsinin gələcək taleyinə təsiri böyükdür. İranda baş verən hadisələrdə ABŞ geri çəkilərsə, bu, İranın qələbəsi kimi dəyərləndirilə bilər və rəsmi Tehranın layihənin həyata keçməsinə problemlər yaratması da reallaşar. Eyni zamanda Paşinyan seçkiləri uduzarsa və rusiyayönümlü hakimiyyət formalaşarsa, o zaman Rusiyanın proseslərə təsir imkanı artar. Amma hazırda görünən odur ki Paşinyan seçkiləri udmağı Ermənistan üçün vacib həyatı məsələ kimi qəbul edir. Sorğular da əgər bu gün seçki keçirilərsə, Paşinyanın partiyasının qalib olacağını göstərir. ABŞ isə qısa müddətdə İranda istədiyinə çatmadan, ən azından İran tərəfini danışıqlar masasına oturtmadan geri çəkilməyəcək. Çünki bu onun üçün dünya siyasətində nüfuz və təsir dairəsini saxlamaq üçün əsas şərtdir. Donald Tramp isə hakimiyyətini bərkitmək, əleydarlarının əlinə onu vaxtından əvvəl istefaya göndərmək şansını verməmək üçün bütün variantlardan istifadə etməyi düşünür. Söhbət artıq TRİPP layihəsinin baş tutub-tutmayacağından yox, ABŞ-nin, ümumiyyətlə, dünya siyasətinə təsir imkanlarının qalıb-qalmaması perspektivindən gedə bilər. İranın son günlər ABŞ-a qarşı ultimatum halda yerinə yetirilməsi imkansız olan şərtlər irəli sürməsi, Yaxın Şərqdə olan müttəfiqlərini hədəfə alması ABŞ-nin İrana qarşı əməliyyatları daha da genişləndirməsi üçün legitim səbəblər yaradır və bundan da maksimum istifadə edəcək”.
Bu gün, 16:00
“Tramp Zəngəzur dəhlizindən vaz keçə bilər” iddiası
Bu gün, 15:30
Bakı-Moskva əlaqələrində MÜHÜM gəlişmə - “Soyuq savaş” BİTDİ?
Bu gün, 14:22
Tramp NATO müttəfiqlərindən hərəkətlə deyil, sözlə dəstək istəyir - SƏBƏB
Bu gün, 13:02
Əraqçi: Nüvə silahına dair fətva yeni ali rəhbərin mövqeyindən asılı olacaq
Bu gün, 12:22
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Bu gün, 12:05
Bu sənədiniz olmasa,işdən çıxarılacaqsınız - DİQQƏT!
Bu gün, 11:44
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
Bu gün, 11:12
Son Dəqiqə: İsrailin paytaxtı VURULDU- ÖLƏNLƏR VAR
Bu gün, 11:07
SON DƏQİQƏ: Qalibafa SUİ-QƏSD CƏHDİ: 200 ballistik raket MƏHV EDİLDİ - ŞOK DETALLAR
Bu gün, 10:35
İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi
Bu gün, 10:24
ABŞ Hörmüz sahillərindəki İran raket bazalarına zərbələr endirdi
Bu gün, 10:20
Araqçidən Laricaninin öldürülməsi ilə bağlı AÇIQLAMA
Bu gün, 10:14
İsrail ordusu İranın yeni ali liderini hədələdi
Bu gün, 10:11
UEFA Çempionlar Liqası: 1/4 finala yüksələcək daha dörd komanda müəyyənləşir
Bu gün, 10:08
İlham Əliyev Fridrix Mertslə Yaxın Şərqi müzakirə edib
Bu gün, 10:04
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınır - FOTO
Bu gün, 09:27
Ərdoğan: Müsəlmanların ilk qibləsində ibadətə icazə verilmir
Bu gün, 09:11
"The Intercept": ABŞ-ın İranla müharibə xərcləri 1 trilyon dolları keçə bilər
Bu gün, 09:07
Tramp İran müharibəsinə görə istefa verən məmurdan danışdı
Bu gün, 09:03
BMT İranda qızlar məktəbinə hücumu araşdırmağa başlayıb
Bu gün, 09:00
Miqrantların Rusiyadan deportasiya olunması üçün 20 səbəb
Dünən, 23:07
Prezidentin ailəsini şantaj edən şəxs ifşa olundu, DTX tərəfindən saxlanıldı - ŞOK TƏFƏRRÜAT - VİDEO
Dünən, 16:00
Müctəba Xameneini hakimiyyətə gətirən "Dörd xunta" – 88 üzvə zəng edilərək deyilib ki...GİZLİ PLAN İFŞA OLDU
Dünən, 15:30
Bayram süfrəsində çox yeməyin qarşısını almaq üçün 5 sadə üsul
Dünən, 14:22
Sabah 17 dərəcə isti gözlənilir
Dünən, 13:36
MAXE-lərlə bağlı mühüm XƏBƏR
Dünən, 13:11
Əliyar Ağayev İngiltərə klubunun oyununa təyinat alıb