DTX-nin Akademiyasında Zəfər gününə həsr olunan elmi-praktiki konfrans keçirilib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində DTX-nin Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş "Azərbaycanın Zəfəri: hərbi strategiya, diplomatiya və milli birlik" mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.
Bu barədə DTX-dan məlumat verilib.
Bildirilib ki, tədbirdə DTX-nin rəhbər şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, təhlükəsizlik orqanlarının veteranları, xüsusi təyinatlı və mülki ali təhsil müəssisələrinin professor-müəllim heyəti iştirak ediblər.
Tədbir açıq elan olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Konfransda giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi general-mayor Elşad Nəsirov 44 günlük Vətən müharibəsindəki Zəfəri xalqımızın dövlətçilik tarixinin ən mühüm hadisəsi kimi qiymətləndirərək müvafiq Qələbənin Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu, hərbi strategiya, diplomatik fəaliyyət və xalqın birliyinin nəticəsi olduğunu vurğulayıb. Çıxışda həmçinin, tarixi Zəfərin dövlətimizin qüdrətinin, xalqımızın yenilməz iradəsinin və gələcəyə inamının təcəssümü kimi gələcək nəsillər üçün əbədi qürur mənbəyi olacağı qeyd edilib.
Daha sonra Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov qələbənin əsasında Heydər Əliyev siyasi irsinin davamçısı Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə yanaşı, onun Vətən müharibəsi dövründə xarici mediaya verdiyi müsahibələrin haqlı mövqeyimizin dünyaya çatdırılmasındakı əhəmiyyətinə diqqət çəkib.
Deputat, siyasi elmlər doktoru Rizvan Nəbiyev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkənin iqtisadi, siyasi və hərbi potensialını daha da gücləndirdiyini, əldə olunan nailiyyətlərin regionda dayanıqlı sülh və sabitlik üçün geniş imkanlar açdığını bildirib.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutunun rektoru general-mayor Elçin Məmmədov Ümummilli Lider Heydər Əliyevin milli hərbi kadrların yetişdirilməsini prioritet kimi müəyyənləşdirdiyini, Prezident İlham Əliyevin isə bu xətti ardıcıl davam etdirərək hərbi təhsil sistemini və ordunun potensialını daha da inkişaf etdirdiyini qeyd edib.
Yekunda konfransın mövzusuna həsr olunmuş videoçarx nümayiş etdirilib.
Bu gün, 20:58
“Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq”
Bu gün, 20:54
Prezidentin sakinlə zarafatı: - “Qonşuyuq?”
Bu gün, 18:17
İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video-Yenilənib
Bu gün, 16:00
Moskvadan yeni savaş siqnalı – İrəvan Ukraynanı əvəz etmək yolunda
Bu gün, 15:30
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
Bu gün, 15:28
İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü
Bu gün, 14:22
İpi başqalarının əlində olan Ermənistan – Rusiyadan qopsa onu nələr gözləyir...
Bu gün, 13:54
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Bu gün, 13:12
Azərbaycanda benzin və dizel markalanacaq
Bu gün, 12:51
İlham Əliyev və Mehriban Əliyeva alkoqolsuz içki istehsalı müəssisəsinin AÇILIŞINDA
Bu gün, 12:34
Bu gün qısa iş günüdür
Bu gün, 12:31
Zəfər Günü ilə bağlı hərbi yürüşlər olacaq
Bu gün, 12:28
Ölkəyə gətirilən bu heyvanlar vergidən azad olunur
Bu gün, 12:24
Kiçik sahibkarlara 5 illik vergi güzəşti olacaq
Bu gün, 12:21
Yükdaşıma şirkətlərinin nəzərinə: 8% vergi ödəyə biləcəklər
Bu gün, 12:18
Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyası hazırlanır
Bu gün, 11:08
Şəhid ailələri bu ödənişdən azad olunur
Bu gün, 11:05
Sürücülük vəsiqəsi ilə bağlı QAYDA DƏYİŞİR
Bu gün, 11:01
Şuşa ilə bağlı sevindirici RƏQƏMLƏR
Bu gün, 10:57
Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü
Bu gün, 10:49
DTX-nin Akademiyasında Zəfər gününə həsr olunan elmi-praktiki konfrans keçirilib
Bu gün, 10:40
Bu rayonlara qar yağıb
Bu gün, 10:37
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
Bu gün, 09:41
Casusluq riskinə görə BYD-yə məhdudiyyət qoymağa çağırdılar
Bu gün, 09:37
İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
Bu gün, 09:34
Güllü Muradovanın əri - Həbs edildi
Bu gün, 09:00
Bu yolda bütün zolaqlar üzrə sürət həddi endirildi