İpi başqalarının əlində olan Ermənistan – Rusiyadan qopsa onu nələr gözləyir...
Dunya
Oxunub: 17
6 noy 2026 | 14:22
İpi başqalarının əlində olan Ermənistan – Rusiyadan qopsa onu nələr gözləyir...


Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiyası yolunda Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaqdan başqa heç bir seçimi qalmayıb.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.

Paşinyan ölkəsinin KTMT ilə bütün ipləri qopardığını da rəsmən elan edib: "Birdəfəlik və qəti olaraq bəyan edirəm, bizim KTMT ilə bağlı maraqlarımız tamamilə tükənib. Bu təşkilatla bizi bağlayan heç bir maraq qalmayıb".

Bəs Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması onu hansı problemlərlə qarşı-qarşıya qoya bilər? KTMT ilə iplər qopub, Rusiya ilə də qopmuş hesab edilə bilərmi?

Politoloq Azad Məsiyev Musavat.com-a bildirib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmağın qaçılmaz olduğunu bəyan etməsi İrəvanın dönüklüyüdür. Ermənistan onun bir dövlət kimi dünya xəritəsində mövcudluğunu təmin etmiş Rusiyaya dönük çıxır: “İstər Avrasiya İqtisadi İttifaqı, istər KTMT ilə bağlı Paşinyanın söylədikləri Rusiyaya arxa çevirməkdir. Lakin bundan uduzan Ermənistan özü olacaq. Çünki Rusiya Ermənistan daim təkcə siyasi müttəfiq deyil, həm də iqtisadiyyat, enerji, ticarət, nəqliyyat, miqrasiya və təhlükəsizlik baxımından mühüm tərəfdaşdır. Siyasi qərarların iqtisadi bədəli Paşinyan hökuməti üçün ciddi problemə çevriləcək. Ən ciddi risk Ermənistanın Rusiya bazarına çıxış imkanlarının məhdudlaşmasıdır. Aİİ çərçivəsində Ermənistan Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan bazarlarına gömrük maneələri olmadan çıxış imkanından yararlanır. Bu mexanizmin itirilməsi Ermənistan istehsalçıları üçün əlavə xərclər, gömrük prosedurları və rəqabət çətinlikləri yaradacaq. Ermənistanın kənd təsərrüfatı, ərzaq, içki və yüngül sənaye məhsullarının mühüm satış istiqamətlərindən biri Rusiya bazarıdır. Aİİ-dən çıxış bu məhsulların rəqabət qabiliyyətini zəiflədə, ixracın azalmasına səbəb ola bilər. Ermənistanın Rusiya qazından asılılığı ciddi amildir. Rusiyadan qopmaq Ermənistanın ucuz Rusiya qazından məhrum olması demək olacaq. Rusiyada çalışan Ermənistan vətəndaşları Aİİ-nin vahid əmək bazarı qaydalarından faydalanırlar. Üzvlükdən çıxmaq onların iş icazəsi, tibbi xidmət və digər hüquqi məsələlərdə əlavə çətinliklərlə üzləşməsi demək olacaq”.

Politoloq qeyd edib ki, Moskvanın əlində İrəvana təsir etmək üçün kifayət qədər iqtisadi və siyasi rıçaqlar var: “Yəni Paşinyan nə qədər desədə ki, iplər qopub, əslində Ermənistanın ipi hələ Rusiyanın əlindən tam çıxmış hesab edilə bilməz. Rusiya əlindəki rıçaqlardan istifadə etməyə çalışarsa, Ermənistan üçün vəziyyət daha da mürəkkəbləşə bilər”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirlyinin sözçüsü Mariya Zaxarova Paşinyanın bugünkü bəyanatına münasibət bildirib. O, qeyd edib ki, Cənubi Qafqazda alternativ təhlükəsizlik arxitekturasının yaranması perspektivi yoxdur: “Qərb ölkələri öz hərbi inkişaf və idarəetmə standartları ilə “regiona müdaxilə etməyə” çalışırlar. Bu ölkələr regionda sabitliyi təmin edə bilmir və təmin etmək niyyətində deyillər. İrəvan istənilən vaxt KTMT-də tam hüquqlu iştiraka qayıda bilər, heç kim Ermənistanı zorla təşkilatda saxlamır. Ölkənin nizamnamədə nəzərdə tutulan bütün prosedurları tətbiq etmək və mövcud öhdəliklərini yerinə yetirdikdən sonra təşkilatdan çıxmaq hüququ var”.
Bu gün, 20:58
“Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq”
Bu gün, 20:54
Prezidentin sakinlə zarafatı: - “Qonşuyuq?”
Bu gün, 18:17
İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video-Yenilənib
Bu gün, 16:00
Moskvadan yeni savaş siqnalı – İrəvan Ukraynanı əvəz etmək yolunda
Bu gün, 15:30
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
Bu gün, 15:28
İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü
Bu gün, 14:22
İpi başqalarının əlində olan Ermənistan – Rusiyadan qopsa onu nələr gözləyir...
Bu gün, 13:54
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Bu gün, 13:12
Azərbaycanda benzin və dizel markalanacaq
Bu gün, 12:51
İlham Əliyev və Mehriban Əliyeva alkoqolsuz içki istehsalı müəssisəsinin AÇILIŞINDA
Bu gün, 12:34
Bu gün qısa iş günüdür
Bu gün, 12:31
Zəfər Günü ilə bağlı hərbi yürüşlər olacaq
Bu gün, 12:28
Ölkəyə gətirilən bu heyvanlar vergidən azad olunur
Bu gün, 12:24
Kiçik sahibkarlara 5 illik vergi güzəşti olacaq
Bu gün, 12:21
Yükdaşıma şirkətlərinin nəzərinə: 8% vergi ödəyə biləcəklər
Bu gün, 12:18
Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyası hazırlanır
Bu gün, 11:08
Şəhid ailələri bu ödənişdən azad olunur
Bu gün, 11:05
Sürücülük vəsiqəsi ilə bağlı QAYDA DƏYİŞİR
Bu gün, 11:01
Şuşa ilə bağlı sevindirici RƏQƏMLƏR
Bu gün, 10:57
Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü
Bu gün, 10:49
DTX-nin Akademiyasında Zəfər gününə həsr olunan elmi-praktiki konfrans keçirilib
Bu gün, 10:40
Bu rayonlara qar yağıb
Bu gün, 10:37
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
Bu gün, 09:41
Casusluq riskinə görə BYD-yə məhdudiyyət qoymağa çağırdılar
Bu gün, 09:37
İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
Bu gün, 09:34
Güllü Muradovanın əri - Həbs edildi
Bu gün, 09:00
Bu yolda bütün zolaqlar üzrə sürət həddi endirildi