Bakı-Moskva-İrəvan danışıqları qayıdır? - Deputatdan AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putinin Bişkek səfərinin yekunlarına dair mətbuat konfransında Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin bərpası ilə bağlı müzakirələrə hazır olduqlarını açıqlaması regionda yeni müzakirələrə yol açıb. Moskvanın bu yanaşması Rusiyanın Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması prosesində yenidən daha fəal rol almaq niyyətində olduğu barədə ehtimalları gücləndirib. Xüsusilə, bəzi ekspertlər Putinin açıqlamasını 10 noyabr 2020-ci il razılaşmasından sonra formalaşdırılmış üçtərəfli işçi qrupunun fəaliyyətinin bərpasına işarə kimi qiymətləndirirlər.
Deputat Azər Badamov isə Musavat.com-a bildirib ki, Azərbaycanla Ermənistan arasında faktiki olaraq sülh mövcuddur və liderlərin ikitərəfli qaydada müzakirə edib həll edə bilməyəcəyi məsələlər, demək olar ki, yoxdur:
“O cümlədən, Bişkekdə prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşdə də 8 avqust Vaşinqton razılaşmalarının yüksək qiymətləndirilməsi, TRIPP layihəsinin icrası, sərhədlərin delimitasiyası prosesinin davam etdirilməsi, quru yolların və kommunikasiyaların açılması, münasibətlərin normallaşdırılması, ticarət əlaqələrinin genişləndirilməsi, eləcə də parlamentarilər və vətəndaş cəmiyyətləri arasında təmasların artırılması və bununla da qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsi kimi məsələlər müzakirə olunub. Bütün bunlar göstərir ki, hazırda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və nəqliyyat-kommunikasiya məsələlərinin həlli üçün əvvəlki üçtərəfli formatlara ciddi ehtiyac qalmayıb. Əsas məsələlərin birbaşa Bakı və İrəvan arasında müzakirə edilməsi və qarşılıqlı razılaşmalar əsasında həll olunması daha məqsədəuyğun və effektiv yoldur”.
Azər Badamov vurğulayıb ki, Ermənistanın daxilindəki dəmir yolu şəbəkəsinin Rusiya Dəmir Yollarının nəzarətində olan “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinə məxsus olması müəyyən texniki və praktiki məsələlərdə Rusiyanın prosesə cəlb olunmasını zəruri edə bilər: “Məsələn, Azərbaycan və Türkiyə ilə dəmir yolu kommunikasiyalarının bərpası, Ermənistanın dəmir yolu şəbəkəsinin regional nəqliyyat sistemlərinə inteqrasiyası ilə bağlı texniki məsələlər bu çərçivədə müzakirə oluna bilər. Lakin bu, mütləq şəkildə əvvəlki üçtərəfli işçi qrupunun fəaliyyətinin bərpası demək deyil. Sərhədlərin delimitasiyası məsələsinə gəldikdə isə Azərbaycan və Ermənistan tərəfləri artıq hansı istiqamətdə və hansı prinsiplər əsasında hərəkət etməli olduqlarını kifayət qədər yaxşı bilirlər. Komissiyaların arasında qarşılıqlı razılaşma əsasında iki ölkə arasında sərhəd xəttinin müəyyənləşdirilməsi prosesi davam etdirilə bilər və bunun üçün ayrıca üçtərəfli mexanizmə ehtiyac yoxdur. Eyni zamanda, Ermənistan rəhbərliyinin son dövrlərdə nümayiş etdirdiyi yanaşmalar, o cümlədən Paşinyanın üzərində gəzdirdiyi xəritə də Ermənistanın öz ərazi bütövlüyü və müəyyən edilmiş sərhədləri çərçivəsində yanaşmanı qəbul etdiyini, əvvəlki dövrlərə xas olan bir sıra maksimalist və mifik iddialardan uzaqlaşdığını göstərən siyasi mesaj kimi qiymətləndirilə bilər. Bu baxımdan, Azərbaycanla Ermənistan arasında mövcud məsələlərin mümkün qədər ikitərəfli formatda müzakirə olunması və həll edilməsi ən düzgün yanaşmadır. Bu, həm prosesin daha çevik və operativ aparılmasına, həm də tərəflərin üzərinə götürdükləri öhdəliklərə görə birbaşa məsuliyyət daşımalarına imkan verir”.
Deputat əlavə edib ki, sülh prosesinin ən çətin mərhələləri geridə qalıb: “Hazırda əsas məqsəd əldə olunmuş razılaşmaların praktik müstəvidə həyata keçirilməsi, nəqliyyat-kommunikasiya xətlərinin açılması, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi və Azərbaycan-Ermənistan münasibətlərinin davamlı, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq müstəvisinə keçirilməsidir. Bu prosesdə üçüncü tərəflərin texniki və ya iqtisadi məsələlərdə iştirakı mümkün olsa da, siyasi qərarların qəbul edildiyi əsas formatın Azərbaycan-Ermənistan ikitərəfli dialoqu olması daha məqsədəuyğun hesab edirəm”.
Bu gün, 09:00
Şuşaya 23 döyüşçü ilə hücum etmişdi - Erməni generalı haqqında cinayət təqibi
Dünən, 16:00
Varşava Bakını niyə HƏDƏF alıb? - SENSASİON açıqlamalar
Dünən, 15:30
ABŞ-da COVID peyvəndindən minlərlə hərbçi ölüb - Şok araşdırma başladıldı
Dünən, 14:22
Avropa İttifaqı İrana qarşı əməliyyata qoşuldu
Dünən, 14:00
Ukrayna rusları bu avtomobillərə “keçirdi” - Satışlar 132 faiz artdı
Dünən, 13:39
Lavrov İrəvanla bağlı elə SÖZ dedi ki... – Gərginlik PİK həddə
Dünən, 13:17
Bakı-Moskva-İrəvan danışıqları qayıdır? - Deputatdan AÇIQLAMA
Dünən, 12:11
DYP Bakıda qadının öldüyü qəzanın videosunu yaydı - Anbaan görüntülər
Dünən, 11:36
DTX həbs etmişdi, məhkəmə bu cəzanı verdi
Dünən, 11:06
Polisin Bir Günlük Əməliyyatları: 93 Cinayət Açıldı, 114 Axtarışda Olan Şəxs Saxlanıldı
Dünən, 10:47
Avtomobil şəhid abidəsinə çırpıldı - Video
Dünən, 10:42
Neftimizin qiyməti 105 dollara yaxınlaşdı
Dünən, 10:33
İsrail artilleriyası Suriyaya zərbələr endirib
Dünən, 10:11
Bakıda bu yollar BAĞLANACAQ
Dünən, 10:07
“Uşağı 7 saat nəcis içində saxlayıblar” - Valideyn “Kayu” bağçasından şikayətçidir
Dünən, 10:01
Xırdalanda obyektdə yanğın - Video
Dünən, 09:56
Rusiya Almaniyanı zərbə endirməklə hədələdi
Dünən, 09:52
ABŞ-nin toya hücumuna görə beynəlxalq məhkəməyə müraciət edildi
Dünən, 09:48
Jurnalistin 15 yaşlı oğlu faciəvi şəkildə öldü
Dünən, 09:43
Prezident Melonini təbrik etdi
Dünən, 09:12
“Rusiya olmasaydı, Türkiyə Ermənistana girəcəkdi” - İrəvanda “102-ci hərbi baza” qarşıdurması böyüyür
Dünən, 09:00
Bakının bu rayonunda 15 bina söküləcək
3-09-2026, 16:00
ABŞ-İran münaqişəsi 2027-ci ilə keçəcək - WSJ
3-09-2026, 15:30
Bazarlarımızda bu erməni MƏHSULLARI satılacaq – SİYAHI
3-09-2026, 15:30
Ermənistanda “azərbaycanlılar gəlir” PANİKASI
3-09-2026, 14:22
Asfalt lazım deyil, torpağa da enəcək – Yeni sərnişin təyyarəsi gəlir
3-09-2026, 14:00
Dünyanın milyarderləri qaçmağa yer hazırlayır