Şuşaya 23 döyüşçü ilə hücum etmişdi - Erməni generalı haqqında cinayət təqibi

Ermənistanda 2008-ci il 1 mart hadisələri ilə bağlı aparılan istintaq illər sonra Qarabağ müharibəsinin iştirakçısı olmuş yüksək rütbəli keçmiş polis generalına çatıb.
Ermənistan prokuroru “1 mart” işi çərçivəsində “Şerif” ləqəbi ilə tanınan Qriqor Vardqesoviç Qriqoryan barəsində ictimai cinayət təqibinə başlayıb.
Qriqoryan 2003-cü ildən 2 iyul 2008-ci ilədək Ermənistan polis rəisinin müavini və polis qoşunlarının komandanı vəzifəsini tutub. Onun adı 2008-ci ilin martında İrəvanda müxalifətin etirazlarının dağıdılması ilə bağlı istintaqda keçir.
Lakin Qriqoryanın bioqrafiyasının Azərbaycan üçün daha diqqətçəkən hissəsi onun Birinci Qarabağ müharibəsindəki fəaliyyətidir.
“Şerif” ləqəbli Qriqor Qriqoryan 23 mart 1960-cı ildə Ermənistan SSR-in Ararat rayonunun Vanaşen kəndində anadan olub. 1979–1981-ci illərdə Sovet ordusunda xidmət edib, 1987-ci ildə İrəvan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Erməni bioqrafik mənbələrində Qriqoryanın 1988–1994-cü illərdə Qarabağ müharibəsində iştirak etdiyi göstərilir.
Onun adı xüsusilə 1992-ci ilin mayında Şuşanın işğalı ilə bağlı materiallarda keçir.
Mənbələrə görə, həmin vaxt Qriqoryan Araratdan formalaşdırılmış silahlı dəstələrdən birinə rəhbərlik edib. “Şerif”in komandanlığı altında olan qrup Şuşaya hücum edən qüvvələrin tərkibinə daxil edilib.
Hərbi-tarixi materiallarda hətta onun dəstəsinin tərkibi və qarşısına qoyulan vəzifə barədə məlumat verilir. Həmin məlumatlara əsasən, Araratdan gəlmiş 23 döyüşçü Qriqor Qriqoryanın bilavasitə komandanlığı altında fəaliyyət göstərib.
Şuşaya hücum planında onun qrupuna ayrıca istiqamət ayrıldığı bildirilir. Qriqoryanın rəhbərlik etdiyi dəstə sol cinahdan, “iki qüllə” adlandırılan sahə və uçurumun kənarındakı fərdi evlər istiqamətində irəliləyən qüvvələr sırasında göstərilir.
Beləliklə, Qriqoryanın Qarabağ müharibəsi ilə əlaqəsi yalnız veteran statusu ilə məhdudlaşmır. Erməni mənbələrinin öz məlumatlarına əsasən, o, 1992-ci ilin mayında Azərbaycanın Şuşa şəhərinin işğalı əməliyyatında silahlı bölmə komandiri kimi iştirak edib.
Onun bioqrafiyasında Qarabağ müharibəsində iştirak dövrünün 1988–1994-cü illər kimi göstərilməsi Qriqoryanın hərbi fəaliyyətinin Şuşa əməliyyatından daha geniş dövrü əhatə etdiyini göstərir.
Ararat bölgəsindən yaradılan müxtəlif silahlı dəstələrin sonrakı dövrdə Laçın, Ağdərə, Füzuli və digər istiqamətlərdə döyüşməsi barədə erməni mənbələrində məlumatlar mövcuddur.
Qriqoryanın aldığı təltiflər isə Qarabağ müharibəsindəki dırnaqarası “fəaliyyətinin” sonradan Ermənistan və keçmiş separatçı rejim tərəfindən yüksək səviyyədə qiymətləndirildiyini göstərir.
O, Ermənistanın “İgidliyə görə” medalı və II dərəcəli “Döyüş xaçı” ordeni ilə təltif edilib. Keçmiş separatçı rejim də Qriqoryanı II dərəcəli “Döyüş xaçı” ilə təltif edib.
Ən diqqətçəkən təltiflərindən biri isə 2005-ci ildə ona verilmiş “Şuşanın azad edilməsinə görə” adlı medaldır. Azərbaycan şəhərinin işğalı Ermənistan və keçmiş separatçı rejim tərəfindən uzun illər “azad edilmə” kimi təqdim olunurdu.
Müharibədən sonra Qriqoryan Ermənistanın hüquq-mühafizə sistemində sürətlə yüksəlib.
O, müxtəlif illərdə Ararat rayonunun daxili işlər strukturlarında rəhbər vəzifələr tutub, daha sonra Ararat vilayətinin daxili işlər idarəsinə rəhbərlik edib. Sonradan Ermənistan polis qoşunlarının komandanı və polis rəisinin müavini vəzifəsinə qədər yüksəlib, general-leytenant rütbəsi alıb.
İndi isə Şuşanın işğalında silahlı dəstəyə rəhbərlik etmiş keçmiş generalın adı Ermənistanda tamam başqa bir hadisəyə görə yenidən gündəmə gəlib.
Prokurorluğun qərarı ilə “Şerif” barəsində 2008-ci ilin 1 mart hadisələri çərçivəsində ictimai cinayət təqibinə başlanıb. Beləliklə, Qarabağ müharibəsindən sonra Ermənistanın güc strukturlarında yüksək vəzifələrə yüksəlmiş Qriqor Qriqoryan illər sonra öz ölkəsində cinayət təqibi ilə üzləşib.musavat.com
Bu gün, 09:48
“Survivor”da ayağını itirmişdi - Acundan 100 milyon dollar tələb etdi
Bu gün, 09:41
“Sabah” “Zirə”yə, “Neftçi” “Şəfa”ya qarşı
Bu gün, 09:36
Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
Bu gün, 09:00
Şuşaya 23 döyüşçü ilə hücum etmişdi - Erməni generalı haqqında cinayət təqibi
Dünən, 16:00
Varşava Bakını niyə HƏDƏF alıb? - SENSASİON açıqlamalar
Dünən, 15:30
ABŞ-da COVID peyvəndindən minlərlə hərbçi ölüb - Şok araşdırma başladıldı
Dünən, 14:22
Avropa İttifaqı İrana qarşı əməliyyata qoşuldu
Dünən, 14:00
Ukrayna rusları bu avtomobillərə “keçirdi” - Satışlar 132 faiz artdı
Dünən, 13:39
Lavrov İrəvanla bağlı elə SÖZ dedi ki... – Gərginlik PİK həddə
Dünən, 13:17
Bakı-Moskva-İrəvan danışıqları qayıdır? - Deputatdan AÇIQLAMA
Dünən, 12:11
DYP Bakıda qadının öldüyü qəzanın videosunu yaydı - Anbaan görüntülər
Dünən, 11:36
DTX həbs etmişdi, məhkəmə bu cəzanı verdi
Dünən, 11:06
Polisin Bir Günlük Əməliyyatları: 93 Cinayət Açıldı, 114 Axtarışda Olan Şəxs Saxlanıldı
Dünən, 10:47
Avtomobil şəhid abidəsinə çırpıldı - Video
Dünən, 10:42
Neftimizin qiyməti 105 dollara yaxınlaşdı
Dünən, 10:33
İsrail artilleriyası Suriyaya zərbələr endirib
Dünən, 10:11
Bakıda bu yollar BAĞLANACAQ
Dünən, 10:07
“Uşağı 7 saat nəcis içində saxlayıblar” - Valideyn “Kayu” bağçasından şikayətçidir
Dünən, 10:01
Xırdalanda obyektdə yanğın - Video
Dünən, 09:56
Rusiya Almaniyanı zərbə endirməklə hədələdi
Dünən, 09:52
ABŞ-nin toya hücumuna görə beynəlxalq məhkəməyə müraciət edildi
Dünən, 09:48
Jurnalistin 15 yaşlı oğlu faciəvi şəkildə öldü
Dünən, 09:43
Prezident Melonini təbrik etdi
Dünən, 09:12
“Rusiya olmasaydı, Türkiyə Ermənistana girəcəkdi” - İrəvanda “102-ci hərbi baza” qarşıdurması böyüyür
Dünən, 09:00
Bakının bu rayonunda 15 bina söküləcək
3-09-2026, 16:00
ABŞ-İran münaqişəsi 2027-ci ilə keçəcək - WSJ
3-09-2026, 15:30
Bazarlarımızda bu erməni MƏHSULLARI satılacaq – SİYAHI