Brüsselin tərəddüdü: EUMA sərhədimizdə qalır, yoxsa...
Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasına (EUMA) yeni rəhbər təyin olunub. Bu vəzifəyə Satu Koivu gətirilib.
O, bir neçə gün sonra missiyanın hazırkı rəhbəri Markus Ritteri əvəz edəcək. Missiyanın tərkibinə 200-dən çox beynəlxalq və yerli əməkdaş daxildir. EUMA müşahidəçiləri və mülki ekspertlər Aİ-yə üzv 25 dövləti, həmçinin Kanadanı təmsil edirlər. EUMA öz fəaliyyətinə 2023-cü il fevralın 20-də başlayıb. Aİ Şurası 2025-ci il yanvarın 30-da Ermənistandakı müşahidə missiyasının mandatını iki il müddətinə - 2027-ci il fevralın 19-dək uzadıb. Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter bir müddət əvvəl bildirmişdi ki, Ermənistanda Avropa İttifaqının müşahidə missiyasının mandatının uzadılması ilə bağlı müzakirələr aparılmır.
Xatırladaq ki,
Azərbaycanın rəsmi dairələri dəfələrlə missiyanın Ermənistan ərazisində fəaliyyətinə narazılığını bildirib.
Rəsmi Bakı bu mövqeyini müxtəlif səviyyələrdə – XİN bəyanatlarında, beynəlxalq görüşlərdə və parlament çıxışlarında səsləndirib.
Azərbaycanın mövqeyinə görə, Aİ missiyası yalnız Ermənistan tərəfində fəaliyyət göstərir və Azərbaycan ərazisində analoji mexanizm yoxdur. Rəsmi Bakı hesab edir ki, bu, balanslı yanaşma deyil və regionda obyektivlik prinsipinə zərər vura bilər.
Azərbaycan bəyan edir ki, ikitərəfli danışıqların üçüncü tərəflərin iştirakı olmadan aparılması daha effektivdir. Rəsmi açıqlamalarda vurğulanır ki, müşahidə missiyası sərhəd bölgələrində məlumat toplayır və bu məlumatların necə istifadə olunduğu ilə bağlı suallar var. Azərbaycan tərəfi xüsusilə regional təhlükəsizlik kontekstində bu amili diqqətə çatdırır.
Ermənistan hakimiyyəti isə Aİ missiyasının ölkədə fəaliyyətini davam etdirməsində israrlıdır. Elə bu günlərdə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Aİ missiyasının Ermənistan üçün “sabitlik faktoru” olduğunu iddia etmişdi. Hətta bildirmişdi ki, sülh müqaviləsi imzalansa belə, bu missiyanın rolu əhəmiyyətini itirmir.
Milli Məclisin üzvü Elman Nəsirov Musavat.com-a bildirib ki, Aİ-nin müşahidə missiyasına yeni rəhbər təyin olunması missiyanın bundan sonra da davam etdirilməsi niyyətinin olduğundan xəbər verir: “Onda suallar yaranır ki, Azərbaycanla Ermnistan arasında 2025-ci il 8 avqust Vaşinqton razılaşmaları əldə edildiyi bir reallıqda, sülh müqaviləsinin paraflanması həqiqəti fonunda necə ola bilir Aİ-nin müşahidə missiyasına yeni rəhbər təyin edilir və missiya Ermənistanda fəaliyyətə davam edir. Bu yeni təyinat o anlama gəlir ki, müşahidə missiyası qeyri-müəyyən müddətdə öz missiyasını davam etdirəcək. Halbu ki, belə bir missiyaya ehtiyac qalmayıb. Azərbaycanla Ermənistan sülhə doğru addımlar atırsa o zaman müşahidə missiyasına nə ehtiyac var?! Bu sual aktualdır. Azərbaycan bu gün daha da əmindir ki, həmin missiyaya heç bir ehtiyac yoxdur. Nikol Paşinyan elan edib ki, hətta 7 iyun parlament seçkilərindən əvvəl də sülh müqaviləsi imzalamağa hazırdır. Sülh olması ilk növbədə sərhədlərdə sülh deməkdir. Ona görə də “binokl diplomatiyası” tamamilə yersiz görünür, buna heç bir ehtiyac qalmır”.
Deputatın sözlərinə görə, Aİ-nin missiyanı saxlamasında yəqin motiv o ola bilər ki, Aİ ilə ABŞ arasında münasibətlər kritik dövrünü yaşayır və belə olan halda rəsmi Brüssel düşünür ki, regionda Birləşmiş Ştatlar xeyli fəallaşıb və Aİ-nin regionda fəal şəkildə qalması lazımdır:
“ABŞ-nin Cənubi Qafqazda mövqeyinin Aİ-dən güclü olmasını Brüssel istəmir. Burada Ermənistan hakimiyyətinin də mövqeyi rol oynayır. Müşahidə missiyasının çıxıb getməsi Bakının əsas tələblərindən biri olub. Seçkiyə az qalmış Paşinyan hökuməti missiyanın getməsini ona görə istəmir ki, revanşist müxalifət “Bakının tələbinə əməl etdiniz” deyərək hakimiyyətə qarşı təbliğat aparacaq. Amma bu müvəqqəti vəziyyətdir. Hesab edirəm ki, yeni təyin olunmuş müşahidə missiyasının rəhbəri çox uzun müddətdə vəzifəsində qalmayacaq, missiyanın fəaliyyətinə xitam veriləcək”.
5-08-2026, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
4-08-2026, 15:30
SON DƏQİQƏ: Pezeşkian rəsmən ELAN ETDİ - Tehranda istefa QALMAQALI
4-08-2026, 13:35
Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
4-08-2026, 13:30
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
4-08-2026, 13:24
Prezident onu icra başçısı təyin etdi - Sərəncam
4-08-2026, 12:17
Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
4-08-2026, 11:50
Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
4-08-2026, 11:44
Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
4-08-2026, 11:40
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
4-08-2026, 11:36
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
4-08-2026, 10:48
Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
4-08-2026, 10:39
Əli Əsədov yeni qərar imzaladı
4-08-2026, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
4-08-2026, 10:04
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
4-08-2026, 09:59
2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
4-08-2026, 09:53
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
4-08-2026, 09:46
Bakıda avtomobil neft quyusuna düşdü - Video
4-08-2026, 09:37
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
4-08-2026, 09:31
Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
4-08-2026, 09:26
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır
4-08-2026, 09:21
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
4-08-2026, 09:00
İran tarixi sənədi təsdiqləyir – Azərbaycan da daxil olmaqla...
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
3-08-2026, 15:00
Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
3-08-2026, 14:06
Bu qanunlarda dəyişiklik təsdiqləndi
3-08-2026, 13:55
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib