Gəncə Psixiatriya Xəstəxanasında dəhşətli qətlin ŞOK TƏFƏRRÜATLARI
Hadise
Oxunub: 13
20 noy 2026 | 11:36
Gəncə Psixiatriya Xəstəxanasında dəhşətli qətlin ŞOK TƏFƏRRÜATLARI


Gəncə Psixiatriya Xəstəxanasında palata yoldaşını amansızlıqla qətlə yetirməkdə ittiham olunan Gəncə şəhər sakini Zaur Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Musavat.com xəbər verir ki, hadisə bu ilin aprel ayında xəstəxananın palatalarından birində baş verib. İstintaq və məhkəmə materiallarına əsasən, paranoid şizofreniya diaqnozu ilə müalicə alan Zaur Mustafayev əvvəllər törətdiyi cinayətlərə görə çəkdiyi cəzaları xatırlayaraq, həbsxanada qalmağın psixiatriya xəstəxanasında olmaqdan daha asan olduğu qənaətinə gəlib. O, bu yolla həbsxanaya düşmək üçün palata yoldaşı, ağır depressiya diaqnozu ilə müalicə olunan Miri İsmayılovu öldürməyi planlaşdırıb.

Zaur Mustafayev hadisədən bir neçə gün əvvəl çarpayının üzərindəki döşəyin kənarlarından dartıb çıxardığı ipləri özündə saxlayıb. Cinayət günü o, Mirini qolları arxadan bağlı vəziyyətdə çörək yeyə biləcəyini yoxlayacağını deyərək aldadıb. Zərərçəkmişin razılığından sonra onun əllərini arxadan bağlayıb, çarpayıya uzadaraq kəndirlə boğub öldürüb. Ardından mərhumun meyitini öz çarpayısına uzadaraq üzərinə adyal çəkib və bir müddət sonra xəstəxana əməkdaşlarından birinə əməlini etiraf edib.

İfadəsində əvvəllər Gəncədə cinayət törətdiyini, daha sonra Rusiyada quldurluğa görə cəza aldığını deyən Zaur Mustafayev cəzasını çəkib Gəncəyə qayıtdıqdan sonra onda əsəb xəstəliyinin aşkarlandığını və xəstəxanada qeydiyyata alındığını bildirib:

“Ötən ilin aprelində xəstəxanaya yerləşdirildim. Həbsxana şəraitinin mənim üçün daha asan olduğunu düşündüm və buradan çıxmaq üçün otaq yoldaşımı öldürməyi planlaşdırdım ki, həbs olunub həbsxanaya göndərilim. Mirinin əllərini arxadan bağladıqdan sonra ona siqaret, su və çörək verdim. O da əlləri bağlı vəziyyətdə bunları etdi və qolları bağlı halda da su içib, siqaret çəkib, yemək yeyə biləcəyinə inandı”.

Zaur Mustafayevin qanuni nümayəndəsi isə gecə saatlarında ailəyə zəng vurularaq saxlanılması barədə məlumat verildiyini qeyd edib. O, baş verənlərdə xəstəxana rəhbərliyini və işçilərini ittiham edib:

“Zaur 13 il psixiatriya xəstəxanasında müalicə olunub. Hadisədən əvvəl kimisə öldürəcəyini deyib, amma heç bir tədbir görülməyib. Əsas günahkar xəstəxana işçiləridir, düzgün nəzarət olmayıb, səhlənkarlıq edilib. Qardaşım belə bir hadisəni tək başına törədə bilməzdi. Həmin xəstəxanada iki problemli xəstə var idi – biri qardaşım, digəri isə Miri”.

Mərhum Miri İsmayılovun bacısı ifadəsində qardaşının uzun müddət psixoloji problemlərdən əziyyət çəkdiyini, gecələr yatmadığını və təhlükəsizlik baxımından evdə saxlanmasının çətinləşdiyini bildirib:

“Anam rəhmətə gedəndən sonra evimə gətirib qayğısına qalmağa çalışdım. Amma dəfələrlə evdə qazı açıq qoyurdu, uşaqlarımın yanında saxlamaq mümkün olmurdu. Məcbur qalıb ötən ilin avqustunda onu Gəncə Psixiatriya Xəstəxanasına yerləşdirdim. Bu ilin aprelində zəng vurub öldüyünü dedilər. Ölümündən şübhələndim. Miri xəstə olsa da, heç kimə pislik edəcək insan deyildi”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Zaur Mustafayevin cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi qənaətinə gəlinib. O, cinayət məsuliyyətindən azad edilib və barəsində məcburi müalicə təyin olunub.
Bu gün, 12:35
Vyetnam Azərbaycanda səfirlik açacaq
Bu gün, 12:27
Deputatlar bu tarixdə toplanır
Bu gün, 12:07
Media və Yayım Şurasının müsabiqə qaydaları dəyişir
Bu gün, 12:04
Toyda oynamaq üstündə dava düşdü - Xəsarət alanlar var
Bu gün, 11:59
Orxan Kəngərliyə narkotik tərkibli dərmanlar satan aptek müdiri də tutuldu
Bu gün, 11:44
Bu şəxslər əsgərliyə APARILMAYACAQ
Bu gün, 11:36
Gəncə Psixiatriya Xəstəxanasında dəhşətli qətlin ŞOK TƏFƏRRÜATLARI
Bu gün, 11:15
Məşhur istirahət mərkəzinin rəhbəri vəfat etdi
Bu gün, 11:12
ABŞ-də yaşayan azərbaycanlı aparıcının övladlarının məktəbində bomba təhlükəsi
Bu gün, 11:08
Mingəçevirdə mənzildən yüksəkrütbəli zabitin meyiti tapıldı
Bu gün, 11:03
İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşdü
Bu gün, 10:46
Ağdamda 247 milyon manatlıq istehsal: heyvandarlığın payı açıqlandı
Bu gün, 10:19
Prezident İlham Əliyevin Vyetnama səfəri ilə əlaqədar Hanoyun küçələri Azərbaycan bayraqları ilə bəzədilib
Bu gün, 10:15
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
Bu gün, 09:41
İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib
Bu gün, 09:13
Qarakənd faciəsindən 35 il ötür
Bu gün, 09:00
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Dünən, 16:00
Yeni il sevinci ailələrə neçəyə başa gələcək? — Xərclər açıqlandı
Dünən, 15:30
Britaniya hökuməti: Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya bunları veririk
Dünən, 15:15
İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib - Tam mətn
Dünən, 14:22
Erməni revanşistlərə ŞOK təklif – Bakının O tələbi...
Dünən, 14:00
"Qiyamət günü" TƏŞVİŞİ: Amerikalılar mağazalara HÜCUM ÇƏKDİ, generator və ərzaqlar TÜKƏNDİ
Dünən, 12:39
Sabah respublika üzrə pensiyalar tam ödəniləcək
Dünən, 12:29
Milyonların gözlədiyi oyunda SÜRPRİZ - Alim Qasımovun ifası "GTA 6"da
Dünən, 12:14
Bu rayonda 3 kəndin layihəsi hazırlanır - 2 milyon ayrıldı
Dünən, 11:38
Qayınanasının qızıllarını oğurlayıb nişanlısına “İphone 17” aldı - Bakıda film kimi cinayət
Dünən, 11:34
Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edən şəxslər barəsində qərar verildi