İrəvan "rus dünyası"nı dağıdır, Qafqazın "barıt çəlləyi" partlayır: Rusiyanın "cənub qapısı" bağlanır, Ermənistanda seçki yox, savaş başlayır
Siyaset
Oxunub: 16
16 fev 2026 | 09:16
İrəvan "rus dünyası"nı dağıdır, Qafqazın "barıt çəlləyi" partlayır: Rusiyanın "cənub qapısı" bağlanır, Ermənistanda seçki yox, savaş başlayır


Əgər, Rusiya geopolitik maraqlarını yeni situasiyaya adaptasiya edə bilməzsə, Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası formalaşacaq... Çünki indi baş verənlər ABŞ-Rusiya-Türkiyə üçbucağında Cənubi Qafqazın gələcək güc balansını böyük ölçüdə müəyyən edəcək qəliz geopolitik proseslərin nəticəsidir...
"Yeni Müsavat" xəbər verir ki, Cənubi Qafqaz ətrafında qarşıdurma mühitinin əhatə dairəsi genişlənir. Bu regionda maraqları toqquşan kənar güclər arasında ziddiyyətlər dərinləşir. Cənubi Qafqaza maraqları olan kənar güclərin qarşıdurmasında Ermənistan əsas geopolitik savaş poliqonuna çevrilir. Və bu baxımdan, Ermənistan üzərində böyük oyunların başlandığı müşahidə edilir.

Məsələ ondadır ki, ABŞ-Rusiya-Türkiyə üçbucağında Cənubi Qafqazın yeni geopolitik arxitekturası formalaşmaq üzrədir. Ona görə də, son vaxtlar bu regionda Kreml-İrəvan xətti üzrə artan gərginlik artıq ikitərəfli siyasi-diplomatik böhran çərçivəsini aşır. Ermənistan baş naziri Nikol Paşinyan ilə Rusiya siyasi dairələri arasındakı polemika, o cümlədən də rus deputat-propoqandist Konstantin Zatulin və xarici işlər nazirinin müavini Mixail Qaluzin səviyyəsində verilən sərt mesajlar əslində, daha geniş geopolitik ziddiyyət konfiqurasiyasının tərkib hissəsidir.

Onu da qeyd etmək lazımdır ki, Ermənistan məsələsi artıq ABŞ-Rusiya-Türkiyə üçbucağında "strateji düyünə" çevrilib. Belə ki, Rusiyanın Cənubi Qafqaza nəzarət modeli artıq ciddi şəkildə eroziyaya uğrayıb. Kreml onilliklər boyu Cənubi Qafqazda “təhlükəsizlik təminatçısı” modeli üzərindən Rusiyanın hegemonluq sistemini yaradıb. Ermənistan isə bu sistemin əsas dayağı hesab olunurdu. Kreml həm hərbi baza, həm sərhəd nəzarəti, həm də regional balans baxımından, Ermənistanı Rusiyanın geopolitik for-postuna çevirmişdi.

247WhatsApp Image 2026-02-07 at 18.19.22.jpeg (216 KB) Ancaq son illərdə bəzi əsas faktorlar Rusiyanın Cənubi Qafqazdakı mövqelərini ciddi şəkildə zəiflətdi. Belə ki, 2020-2023-cü illərdə Azərbaycanın savaşda qalib gələrək, öz ərazi bütövlüyünü bərpa etməsindən sonra bu regionda status-kvo da dəyişdi. Xüsusilə də, Kremlin qurduğu "Qarabağ konfiqurasiyası"nın transformasiyası Rusiyanin Ermənistana yönəlik təhlükəsizlik zəmanətlərini də əhəmiyyətdən saldı.

Digər tərəfdən, Ukrayna müharibəsi Rusiyanin hərbi-siyasi resurslarının parçalanmasına və Kremlin əsas diqqətinin məcburən rəqib Qərb düşərgəsinı yönəlməsinə səbəb oldu. Buna paralel olaraq, Kremldən uzaqlaşaraq, Qərbə yaxınlaşma siyasətinə yönələn Ermənistan cəmiyyətində Rusiyanin müttəfiqliyi legitimlik böhranı ilə üzləşdi. Və Rusiya artıq Ermənistanda əvvəlki kimi “mütləq təhlükəsizlik təminatçısı” kimi qəbul edilmir.

Maraqlıdır ki, formal olaraq, Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Ancaq praktiki olaraq, Ermənistanın KTMT-da fəaliyyəti artıq "dondurulmuş" vəziyyətdədir. Və bu, Rusiyanın Cənubi Qafqaz regionundakı təsir mexanizmlərinin arxitekturasına sarsıdıcı zərbələr vuraraq, ciddi şəkildə zəiflədir.

Bütün bunlara paralel olaraq, ABŞ Cənubi Qafqazda geopolitik boşluğun doldurulması baxımından, olduqca uyğun situasiya ilə qarşı-qarşıyadır. Bu istiqamətdə qətiyyətli addımlar atan Ağ Ev üçün Ermənistanın da əhəmiyyəti ön plana keçməyə başlayıb. Və ABŞ hazırda Ermənistan üzərindən manevrlər edərək, Rusiyanın regionda təsir zonasının daraldılması strategiyasını reallaşdırmağa çalışır.

444WhatsApp Image 2026-02-13 at 16.19.07.jpeg (238 KB) ABŞ Cənubi Qafqazı artıq yalnız enerji və logistika marşrutları prizmasından deyil, həm də Rusiya ilə sistemli qarşıdurma kontekstində qiymətləndirir. Ermənistanın Qərblə təhlükəsizlik əməkdaşlığının genişlənməsi, Avropa Birliyinin müşahidə missiyası və rəsmi İrəvan ilə siyasi dialoqun intensivləşməsi Ağ Evin uzunmüddətli planının tərkib hissəsi kimi görünür. Və ABŞ-ın bu strategiyası regionda birbaşa hərbi ittifaq üzrə genişlənmə yox, daha çox mərhələli həm siyasi, həm də təhlükəsizlik inteqrasiyası üzərində qurulub.

Təbii ki, ABŞ-Rusiya qarşıdurması fonunda regionda Türkiyə faktoru da xüsusi əhəmiyyət kəsb edir. Belə ki, rəsmi Ankara artıq Cənubi Qafqazda passiv müşahidəçi deyil, birmənalı şəkildə aktiv geopolitik oyunçudur. Türkiyə üçün Azərbaycanla strateji tandem, Zəngəzur dəhlizi və nəqliyyat-kommunikasiya xətləri hazırda əsas prioritetlər sırasına daxildir.

Rəsmi Ankaranın geopolitik hədəfləri sırasına Ermənistanla normallaşma yolu ilə regionda iqtisadi inteqrasiyanın genişləndirilməsinə nail olmaq da var. Əgər, Ermənistan Türkiyə ilə normallaşmaya gedərsə, bu, Rusiyanın regional balans mexanizmini ciddi şəkildə sarsıda bilər. Çünki Kreml onilliklər boyu Türkiyə-Ermənistan qarşıdurmasını Rusiyanın əsas "təsir alətləri"ndən biri kimi istifadə edib.

Onu da qeyd etmək lazımdır ki, ABŞ-Rusiya-Türkiyə üçbucağında Ermənistan “obyekt” deyil, məhz “qarşıdurma platforması” rolunu oynayır. Rusiya Cənubi Qafqazda Ermənistan üzərindən təhlükəsizlik orbitini qorumağa çalışır. ABŞ bu regionda Rusiyanın sıxışdırılması nəticəsində yaranmaqda olan geopolitik boşluğu doldurmağa cəhd göstərir. Və rəsmi Ankara isə Türkiyə üçün regional liderlik modelini genişləndirir.

Ancaq bütün bunlar Ermənistana münasibətdə bir neçə ssenarini aktuallaşdıra bilər. Belə ki, Kremlin sərt reaksiyası, yəni, Rusiyanin siyasi və iqtisadi rıçaqları aktivləşdirərək, Ermənistanı geri çəkilməyə məcbur etmək cəhdi istisna deyil. Digər tərəfdən, Rusiyanın təzyiqlərinə adekvat olaraq, Ermənistan Qərblə təhlükəsizlik əməkdaşlığını dərinləşdirərsə, regionda yeni güc balansının formalaşması da mümkündür. Eyni zamanda, Türkiyə həm Rusiya, həm də ABŞ-la siyasi-diplomatik dialoq kanallarını qoruyaraq, Ermənistanın Qərbə inteqrasiyasını balanslaşdıra da bilər.

b0cf4ab7-1e01-49cf-9d99-a8aa6d11ef30.jpg (202 KB) Bütün bunları nəzərə aldıqda, bu ilin yayında keçiriləcək növbəti parlament seçkiləri Ermənistan üçün geopolitik dönüş nöqtəsinə də çevrilə bilər. Çünki həmin seçkilər yalnız Ermənistanda ölkədaxili siyasi hakimiyyət uğrunda mübarizə deyil. Yəni, bu, hakimiyyətdə hansı qüvvələrin olmasından asılı olaraq, rəsmi İrəvanın Ermənistan üçün geostrateji istiqaməti müəyyən edəcəyi önəmli mərhələyə çevrilə bilər.

Hazırda Paşinyan hakimiyyəti Ermənistan üçün “sülh və suverenlik” tezisini daha ön plana çəkir. Kreml isə rəsmi İrəvanın davranışları ucbatından təhlükəsizlik və müttəfiqlik modelinin dağılmasının həm Ermənistanda, həm də regionda qeyri-sabitlik yaradacağını vurğulayır. Türkiyə isə Ermənistanla normallaşma perspektivini iqtisadi faktorlar və logistika prizmasında təşviq edir.

Göründüyü kimi, Cənubi Qafqaz artıq təkqütblü Rusiya nəzarət zonası olmaqdan çıxaraq, çoxqütblü rəqabət məkanına çevrilir. Ermənistan isə bu regional transformasiyanın mərkəzində dayanır. Və rəsmi İrəvan Qərb istiqamətində strateji qərar verərsə, Rusiyanın regiondakı təsir mexanizmləri əhəmiyyətli dərəcədə zəifləyəcək.

Belə anlaşılır ki, əgər, Rusiya geopolitik maraqlarını yeni situasiyaya adaptasiya edə bilməzsə, Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası formalaşacaq. Sonrakı mərhələdə bu regionda Türkiyə və ABŞ daha aktiv rol oynayacaq. Bu baxımdan, Ermənistan məsələsi artıq lokal siyasi-diplomatik böhran deyil. Çünki bütün bu baş verənlər ABŞ-Rusiya-Türkiyə üçbucağında Cənubi Qafqazın gələcək güc balansını böyük ölçüdə müəyyən edəcək qəliz geopolitik proseslərin nəticəsidir.
Dünən, 16:00
Yer yeni fəlakətlərin astanasında – HƏYƏCAN TƏBİLİ
Dünən, 15:30
Xurma təhlükəlidir — Həkim açıqladı
Dünən, 14:22
Cenevrədə kritik saatlar! İran və ABŞ nüvə sövdələşməsi üçün masaya oturdu: Əraqçidən həlledici həmlə
Dünən, 14:00
Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ
Dünən, 13:56
Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində iştirak ediblər
Dünən, 12:39
Ramazan və Novruzla bağlı 11 gün iş olmayacaq
Dünən, 12:16
Serbiyanın "Politika" ictima-siyasi qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olunub
Dünən, 11:49
Əliyevdən Rusiyaya açıq MESAJ – Səfirliyimizi və təyyarəmizi vuran ölkə...
Dünən, 11:43
Makrona Münxendə soyuq duş! Liderlər onu görməzdən gəldi- "Arzuolunmaz qonaq" statusu?
Dünən, 11:37
Nazir müavini təyin edilən Cəbrayıl Xanlarov KİMDİR? - DOSYE - FOTO
Dünən, 11:29
TƏCİLİ: Kəmaləddin Heydərova İKİ SÜRPRİZ MÜAVİN təyin OLUNDU – kimlərdir
Dünən, 11:15
İlham Əliyev Litva Prezidentini təbrik edib
Dünən, 11:03
Pezeşkiandan şok etiraf: Cəmiyyət yaralanıb, sağalmazsa pis təsir edəcək
Dünən, 10:46
Pirəkəşküldə və Ağdərədə partlayışlar olacaq - XƏBƏRDARLIQ
Dünən, 10:42
Yol Polisi piyadalara müraciət edib
Dünən, 10:00
Epşteyn işi ilə bağlı 300 tanınmış şəxsin ​siyahısı dərc edildi
Dünən, 09:55
Münxen dönüşü: Avropa rüsvayçılıqla müharibə arasında seçimini etdi
Dünən, 09:49
Azərbaycanın növbəti qələbəsi: “artsax” sözü Qış Olimpiya Oyunlarında silindi
Dünən, 09:40
Köhnə MTK sistemi tarixə qovuşur: Yeni idarəetmə modeli nə vəd edir?
Dünən, 09:34
İlham Əliyev Aleksandar Vuçiçlə görüşü ilə bağlı paylaşım edib
Dünən, 09:29
Xəngəlsevərlərin diqqətinə! - Risk altındasınız
Dünən, 09:16
İrəvan "rus dünyası"nı dağıdır, Qafqazın "barıt çəlləyi" partlayır: Rusiyanın "cənub qapısı" bağlanır, Ermənistanda seçki yox, savaş başlayır
Dünən, 09:07
Azərbaycan Prezidenti: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq
Dünən, 09:00
Brilliant Dadaşovanın ərinə yeni VƏZİFƏ VERİLDİ
14-02-2026, 10:10
ABŞ İrana qarşı uzunmüddətli hərbi əməliyyat hazırlayır
14-02-2026, 10:06
Vens Bakıda Arayikgildən danışıb - “Mövqeyimizi ifadə etdim, vəssalam”
14-02-2026, 09:56
Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından 70 il ötür